İnsan haqlarından sui-istifadəyə son qoyun
“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktı layihəsi prezident fərmanıyla Konstitusiya Məhkəməsinə göndərilib. Məhkəmənin layihəyə nə zaman baxacağı bəlli deyil, amma artıq referendumun bu il keçiriləcəyi bəyan olunub.
Bu dəyişikliklərə görə, prezidentlik müddəti 7 ilə qədər artırılmalı, onun şəxsən təyin etdiyi vitse-prezident vəzifəsi yaradılmalı, torpaq mülkiyyəti hüququ məhdudlaşdırılmalıdır. Bundan başqa, layihədə insan haqlarına xüsusi yer ayrılır.
“Hüquqlardan sui-istifadəyə yol verilmir, prezidentin insan haqlarına həsr olunan 24-cü maddəyə təklifində deyilir.
Xüsusi mülkiyyət üzərində hüququ təsbit edən 29-cu maddəyə təklif olunan əlavədə deyilir: “Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
46-cı maddəyə (sərbəst toplaşma azadlığı haqqında) əlavədə azadlığa “ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə zəmanət verilir.
Bundan əlavə, parlament deputatı və prezident seçilməklə bağlı müvafiq olaraq 25 və 35 yaş həddinin aradan götürülməsi təklif olunur. Vitse-prezident institutu tətbiq olunur, onu ancaq prezidentin özü təyin edə bilər. Bu redaksiyaya görə, prezidentin öz səlahiyyətlərini icra etməsi mümkün olmadıqda ölkədə hakimiyyət baş naziri deyil, vitse-prezidentə keçir.
Prezident həm də növbədənkənar prezident seçkilərini elan etmək və parlamenti buraxmaq haqqına malikdir.
Təklif qərarın qəbul olunması üçün Konstitusiya Məhkəməsinə göndəriləcək, sonra da referenduma çıxarılacaq.
Çoxları hakimiyyət tərəfindən irəli sürülən və ölkəni iqtisadi böhrandan çıxarmalı olan, iqtisadiyyatı şaxələndiricək “yol xəritəsini (bu da dəfələrlə hökumət tərəfindən vəd edilib) gözləyirdilər.
Həmin gün prezident Azərbaycan nümayəndə heyətinin yay Olimpiya Oyunlarına yolasalma mərasimində idmançılar qarşısında aşağıdakı bəyanatla çıxış edib:
Anar Məmmədli (hüquq müdafiəçisi, keçmiş siyasi məhbus):
“Ağıllı adamlar postneft dövrünə hazırlıqla bağlı Azərbaycan hakimiyyətindən “Yol xəritəsi gözlədiyi zamanda, ölkə başçısı mürtəce referendum aktını təqdim etməklə diktaturaya keçid planını açıqladı. Niyyətləri mürtəce və antidemokratikdir, ancaq səmimidirlər.
Qüdrət Həsənquliyev (parlament deputatı):
Natiq Cəfərli (iqtisadçı, ReAl hərəkatı idarə heyətinin üzvü):
“Bu dəyişikliklər sistemin daşlarını yerindən oynadacaq (pozitiv, ya neqativ – fərq etməz). Güclü sistemdaxili çəkişmə yaradacaq və ən əsası: istəyirlər lap 8 dənə birinci vitse-prezident postunu yaratsınlar, lap elə prezident seçilmə yaşını 16-ya salsınlar, müddətini lap 17 il etsinlər – bunların heç biri ölkədəki dərin iqtisadi problemləri həll etməyəcək.
Facebook istifadəçisinin şərhi:
“Azərbaycan prezidenti ölkə Konstitusiyasına dəyişiklikləri öz şəxsi gündəliyinə yazan kimi daxil edir. Ürəyi istədi dəyişdi, istədi sildi.
Dərc edilib 21.07.2016