İnklyüziv təhsilin tətbiqi zamanı meydana çıxan 10 problem
Ermənistanda faliyyət göstərən 1232 məktəbdən 182-də inklyüziv təhsil tətbiq olunur. 2025-ci ilə qədər ölkənin bütün ümümtəhsil məktəblərinin inklyüziv sistemə keçirilməsi nəzərdə tutulmüşdu.
JAMnews inklyuziv sistemin mövcud olduğu məktəblərin hazırlıq səviyyəsini yoxlayarkən aşağıdakı problemləri aşkar etmişdir.
1. İnklyüziv məktəblərin binası şagirdləri qəbul etməyə hazır deyil
Arabalar üçün olan panduslar həm məktəbin içərisində, həm də çölündə olmalıdır, lakin ancaq birinci mərtəbədə panduslar var. Binalar dayaq –hərəkət sistemində problemi olan xəstələr üçün uyğun deyil. Məsələn, dayaq-hərəkət sistemində problem olan şagirdin 3-cü mərtəbədə dərsi ola biləcəyi heç kimin ağlına gəlməyib. Bir çox uşaq bu problemlərə görə məktəbə getməkdən imtina edir. Bu gün inklyüziv məktəblərə əsasən səhhətində heç bir ciddi problemi olmayan uşaqlar gedir.
2.İnklyüziv məktəblərin (İM) sanitar qovşaqları məhdudiyyətli uşaqların istifadəsi üçün uyğunlaşdırılmayıb
Bunlar əsasən sanitar qovşaqları acınacaqlı vəziyyətdə olan tipik məktəblərdir.
3. İM-də müxtəlif fiziki xəstəlikləri olan şagirdlərlə işləmək üçün xüsusi bilikləri olan müəllimlər və uyğun idman zalı yoxdur.
4. İM –in sinifləri lazimi avadanlıqlarla təhciz olunmayıb
Buna baxmayaraq müəllimlər iddia edir ki, mütəxəssiz –müəllimlərin xüsusi şəraitdə öyrədilməyə ehtiyacı olan uşaqlarla işlədiyi siniflər mütləq işıqlı olmalıdır. Partalar rahat olmalıdır, oyun və şəkillərin köməyi ilə təlimin daha asan qavranılması üçün lazımı iş ləvazimatları ilə təmin olunmalıdır.
5. İM peşəkar mütəxəssizlər azdır
Xüsusi təlimə ehtiyacı olan uşaqlar üçün müxtəlif mütəxəssislərdən ibarət komanda olmalıdır. Şagirdlərin sayından aslı olmayaraq, onlarla ümümi və xüsusi təhsil üzrə müəllim, psixoloq, loqoped çalışmalıdır. Lakin reallıqda bu komandanı toplamaq mümkün olmur.
6. Təhsil planının hazırlanması
Bu plan hər bir uşaq üçün onun müəllimləri və valideyinləri ilə birlikdə fərdi qaydada hazırlanmalıdır. Lakin, valideyinlərin əksəriyyəti fərdi plan hazırlamağın mümkün olduğundan xəbərsizdir. Bir çox müəllimlər isə bu məsələyə məsuliyyətsiz yanaşırlar və fərdi planın hazırlanmasına diqqət ayırmırlar.
7. Xüsusi təlimə ehtiyacı olan şagirdlər xəstə və bacarıqsız kimi qəbul edilir
Bir çox müəllimlər hələ də düşünür ki, valideyinlər xüsusi təlimə ehtiyacı olan uşaqları yalnız “ evdən çıxıb ünsiyyət yaratması və cəmiyyətlə qaynayıb-qarışması üçün məktəbə gətirir.
8. Müəllimlərin ixtisaslaşması üçün müvafiq kursların olmaması
İnklüziv təhsil sahəsində biliklərlə yanaşı müəllimlərin öz sahəsində peşekar bacarıqlarını artırmağı lazımdır. Bir çox hallarda xüsusi təlimə ehtiyacı olan uşaqlarla iş zamanı elə suallar meydana gəlir ki, müəllimlər onlara cavab tapmaqda çətinlik çəkir.
9. İnklyüziv təhsil məktəbə qədər təsisatlardan başlamalıdır
Uşaqları 6 yaşına qədər evdə saxlayırlar daha sonra məktəbə gətirirlər. Onlarda psixoloji problemlər, stress yaranır və inteqrasiya prosesi zəif gedir.
10. Məktəblərdə (cəmiyyətin bir çox sahələrində olduğu kimi) hələ də xüsusi təhsilə ehtiyacı olan uşaqlara qarşı qərəzli və stereotip düşüncə var.
- 2000-ci ildə orta ümümtəhsil məktəblərində həyata keçirilən islahatlar çərçivəsində inklyüziv təhsilin tətbiqi Ermənistan Respublikasının başlıca vəzifələrindən hesab olunurdu. 2005-ci ildə “Xüsusi təlimə ehtiyacı olan uşaqların təhsilə cəlb edilməsi haqqında qanun lahiyəsi qəbul edilmişdir. Bu qanunun qəbulundan sonra məktəblərdə inklyüziv təhsilin tətbiqinə başlanılmışdır.
Dərc olunub: 20.10.2016