İlk Ermənistan Respublikasının ad günü
Mayın 28-i Ermənistanda Respublika günü qeyd edilir. Bu bayram həmçinin “İlk Respublika günü” adlanır. Beləliklə, Sovet Ermənistanı ikincidir, öz müstəqilliyini 1991-ci ildə ümumxalq referendumu nəticəsində elan edən Ermənistan Respublikası isə üçüncü oldu.
• Gürcüstan müstəqillik gününü qeyd edib. Fotoreportaj
• Azərbaycan, Ermənistan və Gürcüstan 100 il əvvəl azad olduqları zaman nə ediblər?
İlk Ermənistan Respublikası Zaqafqaziya Demokratik Federativ Respublikasının dağılması nəticəsində yaranıb. O, müharibələr prosesində doğulub “böyüdüyü kimi də sovet hakimiyyətinin qurulması nəticəsində dağılıb.
Müstəqillik haqqında xoş xəbəri toplaşan minlərlə insana hökumət binasının eyvanından dövlət və ictimai xadim Aram Manukyan bəyan edib.
“Zaqafqaziya siyasi ittifaqının dağılması nəticəsində yaranan yeni vəziyyətdə Ermənistan Milli Şurası Ermənistanın vilayətlərində özünü ali və yeganə hakimiyyət elan edir. 28 may 1918-ci ildə Tiflisdə, bir neçə gün sonra isə Yerevanda elan edilən bu bəyanatla əslində Birinci Ermənistan Respublikası elan edildi.
Türkiyə ilə döyüşən Ermənistan elə balacaydı ki, (onun sahəsi 10 min kvadrat kilometrdən azıydı), bir çoxları onu Ararat Respublikası, Yerevan Respublikası adlandırırdılar. Amma özünün 2,5 illik mövcudluğu tarixində o çar Rusiyasının tərkibində özünün olan vilayətləri qaytara bildi. Onun ərazisi Oltu şəhərindən (müasir Türkiyənin Ərzurum əyalətində) Meqriyə qədər uzanırdı.
Hökumət var gücü ilə xarici təzyiqə müqavimət göstərməyə, eyni zamanda da ona “miras qalan yüz minlərlə yetimin, həm də Osmanlı Türkiyəsində soyqırım zamanı güclə xilas ola bilən insanların qayğısına qalmağa çalışırdı.
Minlərlə qaçqının mühafizəsində mühüm rolu sərkərdə Andranik Ozanyan oynadı, o, Birinci Respublikanın mövcudluğu dövründə eyni zamanda həm döyüşüb, həm danışıqlar aparıb, həm insanları arxasınca aparmağa və on minlərlə köçkünün təhlükəsizliyini təmin etməyə çalışıb.
O günlərdə hədsiz səviyyədə yoxsulluq varıydı. Vəsaitin azlığını hətta hakimiyyət nümayəndələri öz üzərlərində hiss edirdilər. Birinci Respublikanın ikinci baş naziri, o vaxta qədər 7 il ərzində Tiflisin meri olan Aleksandr Xatisyan dəfələrlə rəsmi tədbirlərdə iştirak üçün digər hakimiyyət nümayəndələrinə öz paltarını verib.
Sonuncu baş nazir isə bir gün tək şalvarı oğurlandığı üçün işə gedə bilmədi. Xanımı hökumətə bu haqda məlumat verməli olub.
Ermənistan sovetləşdiriləndən sonra 28 mayı diaspora erməniləri qeyd etməyə davam edirdilər. Onların böyük hissəsi Osmanlı Türkiyəsindən qaçqınlar və ya onların övladları idi, onların arasında Ermənistandan olan, həmin illərdə və sovetləşdirmə dövründə xaricə köçən emiqrantlar da varıydı.
Bütün şəkillər “Daşnaksütun partiyası Erməni İnqilabi Federasiyası tarix muzeyində çəkilib
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.