Həmrəylik - sərhədsizdir
Fransanın Ermənistan üçün dost ölkə olduğunu hər kəs bilir. Buna görə də Parisdəki teraktdan sonra başsağlığı verən yalnız prezident və xarici işlər naziri olmadı… İnsanlar əli boş və ya gül dəstəsi ilə fransız xalqı ilə həmrəy olduğunu bildirmək üçün Fransa səfirliyinə gedirdilər.
Yerevanın mərkəzində yerləşən Fransız meydanı isə əllərində “Biz Fransız xalqının yanındayıq, Vive la France, “ Biz Fransızlar ilə həmrəyik, “Terrorizmə son plakatları və şamlar ilə gələn insanlar ilə dolu idi.
Sosial şəbəkələrdə də susmadılar. Feysbukdakı istifadəçilərin bir qisminin fikirləri ilə tanış olaq.
Tiqran Xemalyan : “İnsanlar sual verir ki, niyə yalnız Parisdə baş verən terror insanların yadına humanizmi salır. Eyni teraktlar Beyrut, Aleppo, Qüds, Benqazi və Bağdadda da olub. Bu sualın bir cavabı var. Çünki, Beyrut, Aleppo, Qüds, Bağdad – bunlar müharibə zonasıdır və orada yaşayanlar bu reallıq ilə barışmaq məcburiyyətindədir. Ancaq Paris – sülh, azadlıq, bayram, şənlik deməkdir. Paris elə bir yerdir ki, insanlar Beyrutdan, Bağdaddan, Aleppodan qaçıb ora miqrasiya etmək istəyir. Paris sığınacaqdır, nağıldır. Paris dünyanın azadlıq, sülh şəhəri olmaq üçün çox qurbanlar verib. Bunu başa düşməyən adam, müharibə ilə sülhün, barbarlıq ilə mədəniyyətin, quldarlıq ilə azadlığın da fərqini anlaya bilməz. Parisdə terror aktı həyata keçirilənlər məhz bu fərqi yox etmək istəyir, onlar azadlıq, şənlik və sülhün sərhədlərini dağıtmaq istəyir. Buna görə də bütün dünya Parisi – sərhədi, şənliyi, nağılı, azadlığı – dəstəkləyir.
Ruzanna Melyan: “Bir neçə gün əvvəl Parisdən qayıtmışam. Bəxtim gətirdi! Bu gün ürəyim orada yaşayan dostlarım üçün o qədər narahat, günahsız yerə qətlə yetirilənlər üçün o qədər kədərlidir ki, məhz indi orada olmaq istəyirəm. Oraya gedib Fransaya olan məhəbbətimi etiraf etmək, dostlarıma səxavətlərinə, mehribanlığına, incə zövqlərinə, və vətən həsrətini az da olsa unutmağa kömək edən qayğıkeşliyinə görə təşəkkür etmək istəyirəm. Biz sizinləyik!.
Anna Simonyan: “Əziz feysbuk mən bu gün hamının düşündüyü kimi düşünmürəm… Bir çox insandan fərqli olaraq mən kimin gühahkar olduğunu bilmirəm. Mən təxliyyə zamanı öz himnlərini oxuyan o fanat ordusunu düşünürəm. O himn ki, onun sədaları altında kral devrilib, o himn ki, bir dəfə ləğv edilib və sonradan bərpa edilib, dahi və gücsüz hökmdarlar, müharibələr, qan və işğallar görüb. Bir anlıq düşünün ki, artıq 300 ildən çoxdur ki, fransızlar çətin anlarda bu sözləri oxuyur: allons enfants de la patrie, le jour de gloire est arrivé. Budur dövlətçilik!.