“Həddən artıq psixoloji” olan filmlər
Hər yaz bir həftə ərzində Azərbaycan tamaşaçıları simvolik ödənişlə ən yaxşı Britaniya filmlərinə baxa bilər. Artıq üçüncü ildir ki, Britaniyanın “British Council Azerbaijan” təşkilatı “Britaniya kinosunun baharı” festivalını keçirir.
Bu il Bakıda altı film nümayiş olundu. Tamaşaçılar ənənəvi olaraq subtitrlərin keyfiyyətindən narazılıq edirdilər: ingilis dilini başa düşənlər isə razı qaldılar.
1. “Böyüklərin həyat vərdişləri”
“Böyüklərin həyat vərdişləri” filmi sanki uşaqlıq dövründə ilişib qalan 29 yaşlı qızdan bəhs edir. O, baş rollarda baş barmaqları ilə video çarxlar çəkir, anbarda yaşayır və heç nəyi dəyişmək istəmir. Hadisələr cərəyan etdiksə öyrənirik ki, bu cür davranışa səbəb psixoloji travma olub, qəhrəman isə özünün düzgün davranıb-davranmaması barədə düşünməyə başlayıb.
Bu cür daxili dünya üzərində fokuslaşan format tamaşaçıların çoxunun xoşuna gəlmədi, bəziləri hətta zalı tərk etdilər. Müxtəlif səbəblər göstərildi:“Film yaxşıdır, amma sabah imtahanımişim var, evə yolum uzaqdır”, “həddən artıq çox psixologizasiya və az hərəkət var”, “darıxdırıcıdır, filmin ortasında yuxuya getdim, axırda da xoş musiqinin sədaları altında oyandım”.
2. “Mən Deniel Bleykəm”
Tamaşaçılardan biri, Böyük Britaniya vətəndaşı deyir ki, “Mən Deniel Bleykəm” filmi Britaniya cəmiyyəti üçün aktual problemlərdən danışır: onun fikrincə, ölkədə sosial yardım sahəsi idealdan çox uzaqdır. Film infarkt keçirmiş tənha yaşlı kişi və tənha ananın bürokratik maşınla mübarizəsindən bəhs edir.
3. Daşqın
İnsan faciəsindən bəhs edən daha bir ciddi film. Qız qardaşı öləndən sonra ata evinə qayıtmalı olur. Anası çoxdan dünyasını dəyişib, atası ilə uzun illərdir ki, danışmır. İndi isə bir neçə faciə keçirən atası tənha və üzgündür. Ailənin sağ qalan üzvləri bir-biriylə yenidən münasibət qurmağa və bir-birinə dəyər verməyə öyrənməli olacaqlar, axı onların daha heç kimi qalmayıb.
4. “Külü sovrulan”
https://www.youtube.com/watch?v=lp-8E5yHTmk&t=19s
Dostlarına öləndən sonra külünü bütün İngiltərənin üzərində dağıtmağı vəsiyyət edən gənc haqqında filmdir.
Tamaşaçı xanımlardan biri festivaldan sonra öz bloqunda yazdı: “Britaniya ləhcəsi, canlı, adi, iddiasız personajlar, road movie üslubu və gülməli dialoqlar, amma bu, komediya deyil, adi və hamıya məlum olan, bununla belə qıcıqlandırmayan, bezdirməyən həqiqətlər müxtəlif səhnələrə daxil edilib. Həm də bu, yeniyetmələr haqqında film deyil, qəhrəmanların 30-a yaxın yaşı var, buna görə də onların hamısını yaxşı başa düşürsən”.
5. “Fantastik sevgi və onu haradan tapmalı”
https://www.youtube.com/watch?v=EmTfdKKWvNQ
Məhz bu film “Britaniya payızı”nı prosterlərdə təqdim edir. Maykl O’Sallivan özünün The Washington Post üçün resenziyasında onu kökənin üstündə marmeladla müqayisə etdi, “ya o, sizin xoşunuza gələcək, ya da tez doyacaqsız”.
Süjetin mərkəzində qəhrəmanların yenə də tədricən dəyişən daxili dünyasıdır. Qəhrəmanlar şəxsi bağındakı bitkilərə qarşı patoloji qorxusu olan (təbii ki, bu, uşaq travmasının fəsadlarıdır) yazıçı xanım və qonşusu narahat, qoca dul kişidir.
6. “Etel və Ernest”
Animasiya filmi XX əsrdə Londonda yaşayan fəhlə ailəsindən bəhs edir. Film Reymond Briqqsin avtobioqrafik komiksi əsasında çəkilib və onun valideynlərindən bəhs edir. Film çox pozitiv alınıb, qəhrəmanlar heç vaxt nikbinliyini itirmir, həm də çox dramatikdir, axı onlar müharibədən keçiblər və Londonda bombardman altında olublar.
Britaniya filmlərindən başqa, festivalın açılışında yerli filmlər də göstərilib: yerlimiz Natiq Rəsulovun qısametrajlı “İkinci güllə” filminin süjeti Kinematoqrafçılar İttifaqının müsabiqəsində qalib gəlib.
Filmdəki hadisələr yüksək dağ kəndində toy gecəsi cərəyan edir. Qədim adətə görə, gəlin bakirə çıxarsa, tüfəngdən iki, əks halda bir güllə açılır. Təsadüf mərasimi təhlükə altına qoyur, daha sonra ssenaridə ənənəvi Azərbaycan mövhumatçılığı və insanların cəmiyyətdən asılılıq mövzusu açılır.
Rejissor filmi internetdə ilin axırında yerləşdirməyi planlaşdırır. Hələliksə onu ancaq festivallarda və qapalı nümayişlərdə görmək olar.