Pandemiya müxalifətin təqibi üçün bəhanə kimi – HRW 2020-ci ildə Azərbaycan haqda
Azərbaycanda əsas problemlər hakimiyyətin müxalifətçilərə qarşı hərcmərcliyi, seçkilərdə kütləvi pozuntular, azad toplaşmaq hüququnun qorunmaması, o cümlədən də insan haqları sahəsində pozuntulardan ibarətdir.
Bütün bunlar haqda Human Rights Watch beynəlxalq insan haqları təşkilatının hazırladığı 2020-ci il hesabatında deyilir.
İkinci Qarabağ müharibəsi
Sənəddə vurğulanır ki, sentyabrın 27-də Azərbaycan və Ermənistan, o cümlədən də Dağlıq Qarabaın de-fakto hakimiyyəti arasında hərbi əməliyyatlar başlayıb. Bu da Dağlıq Qarabağdan on minlərlə insanın köçməsinə səbəb olub.
Rusiyanın vasitəçiliyi ilə imzalanan atəşkəs noyabrın 10-dan altı həftəlik hərbi əməliyyatları dayandırıb: Ermənistan Dağlıq Qarabağın statusu müəyyən edilmədən bir neçə ərazini Azərbaycana güzəştə getməli olub, Rusiya atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək üçün ora sülhməramlı qüvvələrini göndərib.
Döyüşən tərəflər beynəlxalq humanitar hüququn pozulmasına yol veriblər, həticədə dinc sakinlər ziyan görüb – HRW qeyd edib.
Azərbaycanda insan haqlarının pozulması
2020-ci ilin fevralında Avropa İndsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanın araşdırmaçı jurnalist Xədicə İsmayılovanı susmağa vadar etmək və cəzalandırmaq üçün 2014-cü ildən 2016-cı ilə qədər qanunsuz olaraq həbsdə saxladığını təsbit edib.
Bir ay sonra Bakı məhkəməsi gözlənilmədən araşdırmaçı jurnalist Əfqan Muxtarlının və vaxtından əvvəl həbsdən azad olunması haqda qərar qəbul edib və onun xaricdə yaşayan ailəsinin yanına getməsinə imkan verilib. Muxtarlı saxta ittihamlarla aldığı altı illik cəzanın yarısını həbsdə keçirib.
Avqustda bloqer və Azərbaycan Xalq Cəbhəsi Partiyasının yüksək vəzifəli fəalı Fuad Əhmədli siyasi motivli ittihamlarla dörd illik məhkumluqdan sonra azadlığa buraxılıb.
Hazırda hakimiyyəti tənqid edən ən azı üç jurnalist və bloqer siyasi motivlərlə həbsxanadadır – hesabatda deyilir.
Pandemiya siyasi silah kimi
HRW öz hesabatında vurğulayır ki, prezidenti İlham Əliyev koronavirusun yayılmasının azaldılması üçün qəbul olunmuş tədbirlərdən “satqın, düşmən və beşinci kolon” adlandırdığı siyasi opponentlərinin təqibi üçün istofadənin mümkünlüyünə eyham vurub.
Onun bu çıxışından bir neçə gün sonra hakimiyyət onlarla fəal və bloqeri həbs edib. Onlardan çoxu dövlətin karantin mərkəzlərindəki şəraiti və ya hökumətin pandemiya nəticələri üzündən maddi çətinliklər yaşayan insanlara adekvat kompensasiya ödəyə bilməməsini tənqid ediblər.
Məhkəmələr onların əksəriyyətini Covid-19 pandemiyası ilə bağlı təcrid qaydalarının pozulması və ya polisə müqavimət göstərilməsi kimi ittihamlarla 10 sutkadan 30 sutkaya qədər azadlıqdan məhrum ediliblər, halbuki bu hallar baş verməyib.
Siyasi müxalifətin təqibi
Martda hakimiyyət müxalif “Müsavat” partiyasının aparıcı fiqurlarından olan Tofiq Yaqublunu xuliqanlıqla bağlı uyduqma ittihamla həbs edib. Sentyabrda o, dörd il üz ay müddətinə azadlıqdan məhrum edilib.
Sentyabrda məhkəmə aclıq aksiyası nəticəsində səhhətində yaranan problemlər üzündən xəstəxanaya yerləşdirilməli olan Yaqublunun haqqında qətimkan tədbirini dəyişərək onu ev dustaqlığına göndərib.
2020-ci ilin iyulunda hakimiyyət iyulun 14-də Dağlıq Qarabağ və qonşu Ermənistanla bağlı keçirilən etiraz aksiyası nəticəsində yaşanan ictimai asayişin pozulması və digər qanun pozuntuları ilə əlaqədar olaraq AXCP-nin 17 yüksək vəzifəli fəalını həbs edərək haqlarında cinayət işi qaldırıb. Mitinq zamanı bir qrup şəxs qısa müddətə parlament binasına daxil olub, ehtimala görə binaya əhəmiyyətsiz dərəcədə ziyan vurub.
Həbs olunan 17 nəfər AXCP üzvündən əksəriyyəti mitinqdə iştirak etməyib.
Toplantı azadlığı
Azərbaycan faktiki olaraq Bakının mərkəzi rayonlarında etiraz aksiyasının keçirilməsinə qadağa qoyub – HRW qeyd edib.
Fevralda parlament seçkilərində ehtimal olunan pozuntulara etiraz etmək istədikləri zaman polis müxalifətin yüzdən çox tərəfdarını, o cümlədən də parlamentə namizədləri saxlayıb. Razılaşdırılmamış etiraz aksiyası başlamazdan əvvəl polis bir neçə nəfər fəalı evindəcə saxlayıb.
Polis onların çoxunu Bakıdan 200-300 kilometr məsafədə yerləşən rayonlara aparıb və yolda tərk edib.
Siyasi məhbuslar problemi və seçkilərdə pozuntular
Avropa Şurasının Parlament Assambleyası (AŞPA) 2020-ci ildə Azərbaycanda siyasi məhbus probleminin “sistemli xarakter daşıdığı” və birdəfəlik həll edilməli olduğu bildirilmiş qətnamə qəbul edib.
AŞPA, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və digər müstəqil müşahidəçilər 2020-ci ilin fevralında keçirilən parlament seçkilərinin azad və ədalətli səsvermə ilə bağlı beynəlxalq standartlara uyğun olmadığını aşkarlayıblar.