Milli məclisin növbədənkənar keçirilən iclasında bəzi millət vəkilləri karantin rejimini pozmağa görə cəzaların sərtləşdirilməsini tələb ediblər. Belə ki, millət vəkili Siyavuş Novruzov koronavirusa inanmayanların cəzalandırılmasını istəyib, deputat Fəzail Ağamalı sms icazənin ləğv edilməsini tələb edib: “Heç kimə güzəşt olmasın, SMS icazəsi də ləğv edilsin!”. Millət vəkili Elman Nəsirov isə cərimələrin 1000 dollara qədər artmasını istəyib: “Cərimələrin məbləği artırılsın, 1000 dollardan çox olsun…”
Koronavirusun bu günə olan statistikası : sutka ərzində daha 8 ölüm və 544 yeni yoluxma var.
Azərbaycanda son sutka ərzində COVID-19 koronavirusundan səkkiz nəfər ölüb, 544 yeni yoluxma qeydə alınıb.
Bu gün koronavirusla mübarizə aparan 343 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb.
Rəsmi statistikaya görə, hazırda ölkədə yoluxanların ümumi sayı 16 968 nəfər təşkil edir, onlardan bu günə kimi 206-ı ölüb, 9369 nəfər sağalıb.