Ermənistanın baş naziri və eks-prezidenti bir-birini “diplomatik fiaskoda” günahlandırıblar
Ermənistanın baş naziri Nikol Paşinyan sələflərini “diplomatik fiaskoda” günahlandırıb. Baş nazirin sözlərinə görə, məhz onlara görə son 20-25 ildə Dağlıq Qarabağ məsələsində Ermənistan tərəfi bir-birinin ardınca diplomatik uğursuzluqlara düçar olurdu.
Ötən gün Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bildirib ki, Ermənistan hakimiyyəti Qarabağda müharibəni yaxınlaşdırmaq üçün əlindən gələni edib – düşünülməmiş addımları və bəyanatları ilə Yerevan Bakıya müharibəni başlatmaqdan başqa şans qoymayıb.
Şənbə video-müraciəti zamanı Ermənistanın baş naziri bildirtib ki, müxalifətin tələb etdiyi kimi istefa vermək niyyətində deyil və eks-prezident Koçaryanın ittihamlarına cavab verib.
- Ermənistanda baş nazir vəzifəsinə müxalifətdən iki namizəd, Paşinyan isə istefaya getməyə hazırlaşmır
- “Sıfırdan başlamaq”. Erməni əhali Qarabağı necə tərk edir. VİDEO
DQ məsələsində diplomatik uğursuzluğun günahkarı kimdir?
Nikol Paşinyan bildirib ki, ikinci Qarabağ müharibəsində uğursuzluqdan sonra ərinməyən hər kəs son 25 il ərzində buraxılmış səhvlərə görə məsuliyyəti hazırkı hakimiyyətin üzərinə qoymağa çalışır:
“Məsələ o yerə çatıb ki, Dağlıq Qarabağın danışıqlar prosesindən çıxarılmasına, danışıqların isə Ermənistan-Azərbaycan münasibətləri müstəvisinə keçməsinə səbəb olan insan [Ermənistanın eks-prezidenti Robert Koçaryanı nəzərdə tutur – JAMnews] bizi Qarabağ məsələsinin bizim yürütdüyümüz siyasət nəticəsində ərazi kontekstinə keçməsidə ittiham edir.
Bu məsələ Ermənistan Qarabağın yerinə danışıqlar aparmağa başladığı zaman ərazi mübahisəsi kontekstinə keçib. Və diqqət yetirin, bu fakt 20 ildən də çox əvvəl baş verib”.
Paşinyanın sözlərinə görə hazırkı hakimiyyəti beynəlxalq ictimaiyyətin Azərbaycanın Dağlıq Qarabağa qarşı təcavüzünü Bakının ölkənin ərazi bütövlüyünü bərpa etmək cəhdi kimi qəbul etməsində günahlandırırlar:
“Və bu ittihamı idarəçiliyi zamanı beynəlxalq ictimaiyyətin sənədli şəkildə Ermənistanı Azərbaycan ərazilərinin işğalında günahlandırdığı, özünün isə bunda təhlükəli heç nəyin, “işğal olunmuş” ifadəsində qorxulu heç nəyin olmadığını izah edən bir insan səsləndirir”.
Baş nazir hesab edir ki, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsinə münasibəti 2020-ci ildə yox, son 25 ildə formalaşıb:
“Qarabağ məsələsinə ərazi mübahisəsi kimi baxılmağa başladı və bu, böyük problem idi. Ermənistan işğalçı ölkə kimi qəbul edilməyə başladı. Son 2,5 ildə isə məhz bu tilsimli çevrədən çıxmaq üçün cəhdlər edildi”.
Paşinyan hesab edir ki, 2016-cı ildə Qarabağda hərbi eskalasiya zamanı beynəlxalq ictimaiyyətin Bakının əməllərini qınamaması da keçmiş hakimiyyətin diplomatiyada uğursuzluqlarından xəbər verir:
“Diplomatik uğur mahiyyətcə Artsaxın statusu məsələsinin gündəlikdən çıxaılmasına səbəb olan 2016-cı il təkliflərinin qəbul edilməsindən ibarətdir? Siz iddia edirsiz ki, bizim Rusiya ilə münasibətimiz pisdi, sizinki isə yaxşıdır. O zaman necə oldu ki, bizim strateji müttəfiqimizin təklifi ilə bu məsələ gündəlikdən çıxarılıb?
Axı siz peşəkar diplomatlarsız, siz necə yol vermisiz ki, 2016-cı il hadisələrinin yekunlarına görə Azərbaycan cəzalandırılmayıb? Çünki siz getdiz və üzüyola şəkildə sizə təklif olunana razı olduz. Yəni Azərbaycanın müharibə aparmaq hüququnu legitimləşdirdiz”.
Türkiyənin ikinci Qarabağ müharibəsində iştirakı
Ermənistanın baş naziri çıxışı zamanı Türkiyənin Qarabağ məsələsinə müdaxil olması ilə bağlı öz ünvanına səslənən ittihamlara da toxunub. Amma onun fikrincə, bu da keçmiş hakimiyyətin uğuursuzluğudur:
“Türkiyə Qarabağ məsələsinə “futbol diplomatiyası” nəticəsində müdaxil olub [söhbət Ermənistan prezidenti Serj Sarqsyanın 2008-ci ildə Türkiyə prezidenti Gülü Yerevana iki ölkənin futbol yığmasının görüşünə dəvət etməsindən gedir]. Və Ermənistanın “futbol diplomatiyasının” uğursuzluğa uğraması nəticəsində Türkiyə bildirib ki, Azərbaycan əraziləri işğal altında qalddığı müddətcə Ermənistanla münasibət qurmayacaq. Bu, 10 il əvvəl olub”.
Qarabağ üzrə üçtərəfli razılaşmanın imzalanması haqda
Müharibəni ancaq 9 noyabr bəyanatı kimi sənədin imzalanması ilə dayandırmaq mümkün idi, müharibə başlamamışdan və ya start zamanı – Paşinyan bildirib:
“Yeri gəlmişkən, müharibənin ilk günündən Milli Məclis kürsüsündən mən demişdim ki, elə indi müharibəni dayandıra bilərəm və nəyin hesabına olduğunu da dedim. Bəs niyə o zaman bəyanatlarla çıxış etmirdiz? […]İndi məlum olur ki, hamı torpaqların “5+2” formulu üzrə [DQ ərtafındakı rayonlar] qaytarmaq tərəfdarıdır. Bəs onda niyə bu, 2016-cı, 2018-ci illərdə edilməyib? O zaman müharibənin qarşısı alınardı və Qarabağ məsələsi həll olunardı, üstəlik aprel müharibəsindən sonra siz nəyin nə olduğunu bilirdiz”.
Eks-prezident Robert Koçaryan nə deyib?
Bir gün öncə, dekabrın 4-də eks-prezident Robert Koçaryan “Beşinci Kanala” müsahibəsində bildirib ki. Ermənistan rəhbərliyi ehtiyatsız davranışları və bəyanatları ilə Qarabağda müharibəni yaxınlaşdırsın:
“Birincisi, danışıqlar prosesi bilərəkdən dalana dirənib. Bir-birini təkzib edən bəyanatlarımızla biz elə vəziyyət yaratdıq ki, həmsədrlər Ermənistan tərəfinin nə istədiyini anlaya bilmirdi. Belə təəssürat vardı ki, Ermənistam dalana dirənmək üçün hər şeyi edir. Müharibə də danışıqların Ermənistan tərəfindən pozulduğuna heç kimin şübhəsi qalmadığı zaman başladı”.
Koçaryanın sözlərinə görə, Ermənistan hakimiyyəti Azərbaycanın Qarabağa qarşı təcavüzünü legitimləşdirib:
“Artsaxın mövcudluğunun zəmini öz müqəddaratını təyin etmək hüququdur. Amma Yerevan ğz bəyanatları ilə məsələni ərazi bütövlüyü müstəvisinə gətirdi [Paşiyanın bəyanatı haqda danışır: “Artsax Ermənistandır və nöqtə”]. Nəticədə heç bir ölkə müharibəni başladan Azərbaycanı qınamadı”.
Eks-prezident Ermənistanın hazırkı baş nazirini bütün bu səhvlərin bilavasitə günahkarı hesab edir.
Koçaryan əmindir ki, əgər müharibə onun hakimiyyəti dövründə başlasaydı, məğlubiyyət olmazdı, çünki “bu müharibənin nəticəsini əvvəlcədən müəyyən edən kobud səhvlərə” yol verilməmiş olacaqdı.
Koçaryan bildirib ki, “bugün Ermənistanın baş naziri Nikol Paşinyanın sifəti bizim müharibədəki biabırçı məğlubiyyətimizin rəmzidir”:
“Məğlubiyyətə mərux qalan, kapitulyasiya imzalayan hakimiyyət xalq naminə əvəz olunmalıdır. Onun [Paşinyanın] hər bir layvı, onun hər ekranda görünməsi və ya Facebook-da hər paylaşımı ilə o, bizim məğlub millət olduğumuzu göstərir. Hər bi həlak olanın ailəsinə onların ölümündə kimin günahkar olduğunu xatırladır”.
Bütün ittihamlara baxmayaraq, Koçaryan hesab edir ki, hazırkı vəziyyətdə növbədənkənar parlament seçkiləri keçirməyə dəyməz:
“Biz eyforiyanın [Paşinyanın liderliyi altında “məxməri” inqilabdan sonra 2018-ci ilin dekabrında keçirilən seçkidən danışır] təsiri altında keçirilən seçki nəticəsində nə alındığını gördük. Və artıq bu təcrübəyə sahib ikən yadda anlamaq lazımdır ki, daha sakit şəraitdə seçkilərin təşkili üçün zaman lazımdır. Zaman lazımdır – ən azı bir il”.