Heç kəsin etmək istəmədiyi seçim
Facebook sosial şəbəkəsinin azərbaycanlı istifadəçiləri ümumiyyətlə bu sualı vermir. İstifadəçilər əsasən kimin haqlı kimin isə taxsırkar olduğunu mühakimə edirlər. Şəkillərdə türk bayraqının çoxluğu öz-özündən danışır. Vətəndaşların bir qismi nə qədər Sovet İttifaqı üçün darıxsalar da, Türkiyə – Azərbaycana ən yaxın dövlətdir, mədəniyyətin, mentalitetin və dilin oxşarlığı isə türkiyəni adi azərbaycanlı üçün ən sevimli qonşu edir.
Türkiyə hava qüvvələrinin 100 yaşı
Rusiyanı istibdad “Böyük qardaş hesab edənlər türkiyə hərbiçiləri tərəfindən Rusiya təyyarəsinin vurulmasından heyran oldular. “Onlara belə də lazımdır!, “Türklər onları cəzalandırdılar və düz etdilər! kimi şərhlər ortalığa çixdı.
İnsanlar Türkiyə və Rusiyə tərəfindən ciddi addımların atılma ehtimalına sanki inanmırlar. Çoxları fikirləşmir ki, bu məsələ Azərbaycana da təsir edə bilər.
«Düzgün olub olmaması haqqında mübahisə mənasızdır. Türkiyə özünü haqlı saymalıdır, Rusiya da həmçinin. Münaqişə labüddür, buna görə də qoy özləri həll etsinlər. Bizim nə işimizə».
«Birincisi, məncə müharibə olmayacaq. Çünki iqtisadi cəhətdən hər iki ölkə bir birindən asıllıdır. Mən fikirləşirəm ki, Putin və Ərdoğan bunu çox gözəl başa düşürlər, buna görə də belə kritik tədbirlərə əl atmazlar. Amma işdir müharibə başlasa, Azərbaycan bir neçə sahələrdə bu iki ölkə arasında seçim etməli olacaq. Digər tərəfdən isə coğrafi baxımından biz Türkiyə ilə qonşuluqdayıq. Və bu “isti regionda növbəti hərbi toqquşma bizə heç lazım deyil. Hətta Türkiya simasında olan stratejı müttəfiqimizin zəifləməsi bizim maraqlarımıza da zərbə vura bilər. Xüsusilə söhbət Qarabağ münaqişəsinin həllindən gedir».
«Hə, əgər Türkiyə və Rusiya arasında toqquşma baş versə, 1914-18-ci illərdəki kimi seçim etməli olacağıq… Və seçim çətin ki Türkiyənin xeyrinə olsun – bunun səbəbi Qarabağ, Rusiya bazarına bağlılıq, rusiya iqtisadiyyatına investisiyaların olması, Rusiya sərhəd rayonlarının sakinləri ilə problemlərin mümkünlüyü və sair ola bilər. Yaxşısı odur ki, özləri sülh yolu ilə bir təhər bu məsələni həll etsinlər».
Əvvəldə susan rəsmi şəxslər nəhayət həmən fikri bildirdilər – «qoy özləri həll etsinlər». Təhlükəli və hərəkəti bəlli olmayan Rusiya və qardaş Türkiyə arasında hərlənmək perspektivi Bakida heç kimin ürəyincə deyil.
Prezident administrasiya rəhbərinin müavini Məmmədov Novruz öz «Twitter» səhifəsində yazıb ki, Azərbaycan hər iki ölkə ilə tarixi əlaqələrlə bağlıdır: “Hər iki ölkə ilə bizim yüksək dərəcəli münasibətlərimiz var. Azərbaycan istəyir ki, onun dostları arasında heç bir münaqişə olmasın. Azərbaycan Rusiya və Türkiyə münasibətlərinin gərginliyini azaltmaq üçün köməklik göstərməyə hazırdır.