“Heç bir NATO!” Rusiya və ABŞ arasında təhlükəsizlik üzrə tarixin ilk danışıqları necə keçdi?
Ukrayna üzrə Rusiya-ABŞ danışıqları
Yanvarın 10-da Cenevrədə təhlükəsizlik məsələləri üzrə Rusiya-Amerika danışıqları Rusiya və Amerika diplomatlarının Ukrayna ətrafında qarşıdurmanı və Rusiyanın NATO-ya qarşı “Şərqi Avropadan geri çəkilmək” tələbini şəxsən müzakirə etdiyi ilk haldır.
Danışıqlar səkkiz saata yaxın davam edib, amma ekspertlərin yekdil fikrinə görə, böyük irəliləyiş baş verməyib. Tərəflərin öz tələblərini bir-birinə açıq ifadə etmələri müzakirələrin davam edəcəyinə ümid yaradır. Amma onlar arasında ziddiyyətlər ciddi olaraq qalır.
Danışıqların əsas nəticələri:
1.
ABŞ yenidən Rusiyanı vəziyyətin deeskalasiyasına və qoşunlarını Ukrayna sərhədindən (orada 100 min hərbçinin cəmləşdiyi ehtimal olunur) geri çəkməyə çağırıb, amma bunun baş verəcəyinə dair heç bir zəmanət ala bilməyib.
2.
Rusiya tələb edib ki, NATO Ukrayna və Gürcüstana heç vaxt üzvlük təklif edilməyəcəyinə dair qəti zəmanət versin, ABŞ isə bunu qətiyyətlə rədd edib.
Optimistlər və pessimistlər: dəyərləndirmə
Görüşün yekunlarına dair optimist ekspertlər bildirirlər ki, danışıqlar işgüzar xarakter daşıyıb, qalmaqalla başa çatmayıb və Rusiya Ukraynaya müdaxilə etmək niyyətində olmadığını israrla bildirib.
Pessimistlər isə xatırladırlar ki, hətta Rusiyanın bu israrından sonra da ABŞ-ın rəsmi şəxsləri bildiriblər ki, hələ də Rusiyanın bu böhranın diplomatik həllini axtarmaqda ciddi olub-olmadığına əmin deyillər.
Danışıqlardan sonra: Vaşinqton və Moskvadan dəyərləndirmə
“Biz heç kimə NATO-nun açıq qapı siyasətinə təsir etməsinə imkan verməyəcəyik, hansı ki, alyans üçün həmişə mərkəzi olub. Bundan başqa, ABŞ RF ilə təmaslar zamanı Ukraynanın taleyi ilə bağlı Ukraynanın iştirakı olmadan, Avropa haqda Avropasız və NATO haqda NATO-suz qərarlar qəbul etmək niyyətində deyil”, – ABŞ dövlət katibinin müavini Vendi Şerman danışıqların nəticələrini şərh edib.
O, həmçinin bildirib ki, ABŞ nümayəndə heyəti Kremlə “istənilən müdaxilə müəyyən xərclər və nəticələrlə müşayiət olunacaq, Rusiyanın 2014-cü ildə, Ukraynaya məxsus Krım yarımadasının ilhaqı zaman üzləşdiyindən xeyli daha artıq”.
Bu tədbirlərə əsas maliyyə müəssisələrinə qarşı sanksiyalar, ixrac nəzarəti, NATO qüvvələrinin müttəfiq ərazidə gücləndirilməsi və Ukraynaya təhlükəsizlik sahəsində yardımın artırılması daxil ola bilər – Vendi Şerman deyib.
Danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov danışıqları “işgüzar və peşəkar” kimi dəyərləndirib, amma ABŞ-a xəbərdarlıq edib ki, “gərginlik riskini doğru qiymətləndirsinlər”.
Он также заявил, что «позиция Москвы непоколебима, а компромиссы — удел Соединенных Штатов».
“NATO-nun şərqə doğru genişlənməməsi” ilə bağlı Rusiyanın mövqeyi qüvvədə qalır.
Danışıqlarda nümayəndələri iştirak etməyən Avropa İttifaqının narahatlığı
Cenevrə danışıqları ABŞ, müttəşiqlər və Rusiyanın rəsmi şəxsləri arasında nəzərdə tutulan bir neçə görüşün ilkidir. Növbəti günlərdə Brüsseldə NATO qərargahında və Rusiyanın da daxil olduğu ATƏT-in daimi şurasında görüşlər keçiriləcək.
Müzakirə gündəliyi 2021-ci il dekabrın ortalarında formalaşdırıldığı kimidir – Rusiyanın Avropada təhlükəsizlik üzrə təklifləri.
-
Moskva Vaşinqton və NATO-ya nə təklif edib?
ABŞ-a təklif
ABŞ NATO-nun şərq istiqamətində genişlənməsini istisna edəcəyinə dair öhdəlik götürməli, daha əvvəl SSRİ tərkibində olmuş dövlətlərin alyansa qəbulundan imtina etməlidir. Bu tələb ən azından daima alyans üzvlüyünə can atdıqlarını bildirən Ukrayna və Gürcüstana aiddir.
ABŞ əvvəl SSRİ tərkibində olmuş və NATO üzvü olmayan dövlətlərin ərazilərində hərbi bazalar yaratmamalıdır, o cümlədən də istənilən hərbi fəaliyyətin aparılması üçün onların infrastrukturundan istifadə etməməli, onlarla ikitərəfli hərbi əməkdaşlıq inkişaf etdirməməlidir.
Rusiya silahlı qüvvələrin və silahların, o cümlədən beynəlxalq təşkilatlar, hərbi ittifaqlar və ya koalisiyalar çərçivəsində bu cür yerləşdirmənin qarşı tərəf tərəfindən onun milli təhlükəsizliyinə təhdid kimi qəbul ediləcəyi ərazilərdə yerləşdirilməsindən, nüvə və ya qeyri-nüvə silahları üçün təchiz edilmiş ağır bombardmançı təyyarələrin uçuşlarından və bütün növ yerüstü döyüş gəmilərinin milli hava məkanından və milli ərazi sularından kənarda yerləşən ərazilərdə Rusiya və ya ABŞ ərazisində hədəfləri vura biləcəyi yerlərdə yerləşməsindən qarşılıqlı şəkildə imtina etməyi, habelə bundan çəkinməyi təklif edir.
Rusiya ölkə ərazisindən kənarda yerüstü orta və daha qısa mənzilli raketlərin yerləşdirilməsindən imtina prinsipinə qayıtmağı təklif edib.
Moskva ölkə ərazisindən kənarda nüvə silahının yerləşdirilməsini istisna etməyi təklif edib.
NATO-ya təklif
Rusiya və NATO ölkələrinin 1997-ci il mayın 27-dən artıq bu ərazidə olan qüvvələrdən başqa, bütün digər Avropa dövlətlərinin ərazisinə öz silahlı qüvvələrini və silahlarını yerləşdirməməsi.
Yerüstü orta və daha qısa mənzilli raketlərin digər iştirakçıların ərazisində hədəfləri vura bildiyi rayonlarda yerləşdirilməsi istisna edilsin.
NATO-nun daha da genişlənməsi, o cümlədən Ukraynanın və digər dövlətlərin üzvlüyü istisna edilsin.
NATO ölkələri Ukrayna ərazisində, eləcə də Şərqi Avropa, Zaqafqaziya və Mərkəzi Asiyanın digər dövlətlərində istənilən hərbi fəaliyyətdən imtina etməlidir.
Amma birinci görüşün ABŞ-ın avropalı müttəfiqlərinin, o cümlədən də taleti müzakirə olunan Ukrayna nümayəndələrinin iştirakı olmadan keçirilməsi onlarda narahatlıq doğurub.
Bu narahatlıq üçün əsaslar var. Moskva daha əvvəl dəfələrlə Vaşinqtona Avropa təhlükəsizliyi məsələlərini Avropanın iştirakı olmadan öz aralarında həll etməyi təklif edib.
Məsələn, 2021-ci ilin dekabrında Moskvada brifinqdə Sergey Ryabkov deyib:
“Biz ABŞ-la ikitərəfli əsasla danışıqlar təklif edirik. Əgər bura digər ölkələri də cəlb etsək, biz sadəcə hər şeyi mübahisələrdə və söz-söhbətdə batıracağıq”.
ABŞ Dövlət Departamentinin nümayəndələri isə dəfələrlə əmin ediblər ki, Ukrayna, Avropa və NATO istənilən qərarın qəbulu prosesinə daxil ediləcək.
Daha əvvəl Aİ xarici işlər qurumunun rəhbəri Jozef Borrel Fontelyes bildirib ki, onun fikrincə, Rusiyanın hücum təhlükəsi aktual olaraq qalır. “Sərhədin digər tərəfində 100 000 Rusiya hərbçisi dayanıb. Mən güman edirəm ki, onlar ora qəhvə içməyə getməyiblər”, – o deyib.