Hakimiyyəti əbədi olaraq saxlamağın 3 yolu
Yayın əvvələrindən Ermənistan əhalisinə ölkə konstitutiyasının yeni versiyası ilə tanış olmaq imkan yaradılıb. Sənədə görə Ermənistan prezident respublikasından parlament respublikasına keçəcək. Referendumun keçirilməsi 9 dekabr tarixinə təyin edilib. Ölkə referendumun lehinə və eleyhinə olmaqla iki qrupa bölünüb, hətta, “YOX adlanan və referendumun əleyhinə olan cəhbə yaradılıb. Bu cəhbədə birləşən siyasi qüvvələr, ictimai təşkilatlar və vətəndaş fəalları ölkədə konstitusion islahatlar keçirməyi qarşılarına məqsəd qoyub.
Konsitusiyada islahatlar etmək Ermənistan prezidenti Serj Sarkisyanın ideyasıdır. Serj Sarkisyan hakimiyyətinin ikinci və sonundu 5 illik dönəmindədir. Onun islahatlar keçirmək fikrinə düşməsi, insanlarda bele bir fikir yaradıb ki, Sarkisyan prezidentlik müddəti bitdikdən sonra hakimiyyəti əldə saxlamaq üçün bu addımı atır. Onun bu məqsədinə xidmət etmək üçün nəzərdə tutulan addımların siyahısı ilə aşağıda tanış ola bilərsiz.
1. Ölkənin mühüm dövlət strukturlarını hakim partiyanın köməyi ilə nəzarətdə saxlamaq
Serj Sarkisyan ölkə konsitusiyasında nə yazılmasından və hakimiyyətdə kimin olmasından aslı olmayaraq, Ermənistanın Respublikaçılar partiyasının lideri olacaq. Bu partiya demək olar ki, bütün dövlət strukturlarına nəzarət edə bilir və yeni parlamentdə asanlıqla çoxluq əldə edə bilər. Bu isə öz növbəsində partiya liderinə hakimiyyətdə nüfüzlu mövqe vəd edir.
Karen Akopcanyan (“Zham.am saytının icmalçısı): “ Serj Sarkisyan konsitusiyada dəyişiklik etməklə Erməsitana qarşı növbəti fırıldağa əl atmaq istəyir. Onun məqsədi aydındır- “ Respublikaçılar partiyasının baş katibi qismində öz hakimiyyətini əldə saxlamaq.
2. Sarkisyanın parlamentin spikeri vəzifəsinə gətirilməsi
Ölkənin əsas qanunverici orqanına nəzərdə tutulan dəyişiklik parlamentin spikeri vəzifəsinin toxunuzlmazlığını nəzərdə tutur. Konstitusiyanın yeni versiyasında prezident və baş nazirin hansı halda vəzifələrini itirəcəkləri barədə məlumat olsa da, parlament sədri barədə heç nə bildirilmir.
Levon Zurabyan ( Parlement deputatı) : “ Parlamentin sədri və hakim partiyanın başqanı vəzifələrinə yiyələnməklə Serj Sarkisyan hakimiyyətin bütün qollarını ələ keçirəcək. Əgər onun bu konstitusion “kələyi baş tutsa, bu halda o parlamentdə çoxluq təşkil etməklə, istənilən vaxt baş nazir postuna öz ətrafına yaxın adamı gətirə bilər. Parlamentli respublikalarının heç bir sədrində bu vaxta qədər belə bir səlahiyyət olmayıb.
3. Hakim partiya xalqın ölkənin idarəetməsində olan rolunu məhdudlaşdıracaq
Yeni Konsitusiya qəbul olunarsa ölkə prezidentlik üsulu ilə idarəedildiyi təqdirdə, ölkədə prezidenti xalq yox, parlamentdə üstünlük təşkil edən partiya seçəcək. Ölkənin əsas fiquru- parlament sədri- parlamentin deputatları tərəfindən seçiləcək. Ölkənin digər bir nüfüzlü ictimai fiquru olan baş naziri parlamentin sədri seçəcək və onun seçimini açıq səsəvermə yolu ilə, əlbəttə ki, parlamentdə üstünlük təşkil edən partiya təsdiq edəcək.
Stepan Daniyelyan ( politoloq): “ Mən düşünürəm ki, parlament üsul-idarəçiliyinin Ermənistan üçün nə dərəcədə uğulu və ya uğursuz olması barədə mücərrəd fikirlər səsləndirmək yerinə, ölkənin inkişafı maneə olan problemləri və yeni Konstitusiyanın köməyi ilə bu problemlərin aradan qaldırılması yollarını müzakirə etməliyik. Bu problemlərdən bəziləri cəmiyyətin hakimiyyəti idarə etməməsi, hər yerdə korrupsiyanın olması, kölgə iqtisadiyyatı, seçkinin saxtalaşdırılması halları və başqalarıdır. Biz yeni konstitusiya lahiyəsinə məhz məsələnin bu tərəfindən yanaşmalıyıq : o yuxarıda sadalanan problemlərin həllində kömək edəcək, ya onların artması üçün zəmin yaradacaq?
Robert Koçaryan (Ermənistanın keçmiş prezidenti): “ Ölkədə köklü dəyişikliklərin çoxdan zamanı gəlib, lakin bu konstitusiya dəyişikliyi deyil.
ƏSAS DƏİŞİKLİKLƏRİN QISA İCMALI
- Təklif olunan dəyişikliklərin nəşr olunmuş lahiyəsində ölkənin prezident respublikasından parlament respublikasına keçidi nəzərdə tutulur.
- Parlament ölkənin xarici və daxili siyasətini öz proqramı əsasında idarə edəcək əsas icraedici orqan olacaq.
- Əgər qanunvericilər prezidentin kim olacağı barədə razılığa gələ bilməsələr parlament buraxılacaq.
- Parlament 5 illik seçiləcək, lakin deputat sayı azaldılacaq. Yeni konstitusiyanın tələbinə görə deputat sayı 101 olacaq ( hazırda 131-dir). Bununla yanaşı, parlamentdə ölkədə olan milli azlıqla da yer ayrılacaq.
- Prezidentin səlahiyyətləri azaldılır və onun ali baş komandan rütbəsi əlindən alınır. Müharibə şəraitində ali baş komandan rütbəsinə baş nazir daşıyır. Prezidentin formal səlahiyyətləri qalır: o ölkənin başçısı kimi qalır və konstitusiyaya riayət olumasına nəzarət edir, bununla yanaşı heç bir partiya mənsubiyyəti olmur.
- Prezident hal-hazırda oluğu kimi ümümxalq səsverməsi ilə yox, yerli icra hakimiyyətinin seçilmiş üzvləri və parlamentdəki deputatlar tərəfindən seçilir.
- Prezidentlik müddəti 5 ildən 7 ilə qədər çoxaldılır. Lakin yeni qanunlara görə bir prezident ikinci dəfə seçilə bilməz.