Hər gün 400-dən çox xəstə qəbul edən həkim “Avrora” humanitar mükafatı laureatı oldu
Bu il “Avrora” mükafatı laureatı Sudandakı “Şəfqət bacısı” xəstəxanasının cərrahı, həkim Tom Katina olub. Xəstəxana döyüş əməliyyatlarının getdiyi Nubiya dağlarında yerləşir. Katina bu tibb müəssisəsinin yeganə cərrahıdır. İl ərzində o, min əməliyyat həyata keçirir və hər gün 400 nəfərdən çox xəstə qəbul edir.
Erməni genosidini yaşamışların adından Tom Katina 100 min dollar və 1 milyon dollar həcmində qrant alacaq ki, bu da ona xeyriyyəçilik estafetini davam etdirməyə imkan verəcək. O, qrant vəsaitini vaxtilə onu ruhlandırmış təşkilatlara verə biləcək.
Katinanın işlədiyi xəstəxana 450 xəstə üçün nəzərdə tutulub. Xəstəxana acınacaqlı vəziyyətdədir, zaman-zaman xəstələri və yaralıları yerləşdirmək üçün yer olmur. əlavə yerlərə ehtiyac yarananda binanın balkonunda yataqlar açılır.
Xəstəxanada lazımı avadanlıq da yoxdur. Ağrını kəsməküçün köhnə aparatdan istifadə olunur, amputasiya üçün isə son vaxtlara qədər adi mişardan istifadə olunurdu. Tom Katinanın dediyinə görə, ötən ay xəstəxanaya nəhayət, rentgen aparatı verilib.
Mükafata namizədlər sırasında aşağıdakılar yer almışdı:
- İnsan haqları uğrunda mübarizə aparan somalili Fartun Adan və qızı İlvad Elman,
- Əfqanıstanda qadın hüquqlarının müdafiəsi ilə məşğul olan Cəmilə Əfqani,
- Suriyanın Madaya şəhərində səhra hospitalının həkimi Məhəmməd Dərviş,
- Bir də Konqo Demokratik Respublikasında seksual zorakılığa məruz qalmış minlərlə qadına kömək edən Denis Mukvenqe.
“Avrora” mükafatı erməni genosidinə həsr olunmuş 100 LIVES qlobal təşəbbüs çərçivəsində təsis edilib. 1915-ci il Osmanlı Türkiyəsində baş verən hadisələr nəticəsində 1,5 milyondan çox erməni həlak olub, yalnız az sayda insan ayrı-ayrı cəsarətli şəxsiyyətlər, humanitar qurumlar sayəsində xilas ola bilib.
Mükafat “Avrora” adını təsadüfən almayıb. Bu, sağ qalanlardan birinin adıdır. Möcüzə nəticəsində həyatda qalan Arşaluys (Avrora) Martikanyan “Parçalanmış Ermənistan” kitabını yazır və eyniadlı filmdə baş rolu ifa edir. Filmin nümayişindən əldə edilən bütün gəlir (30 milyon dollar) 60 mindən çox yetim qalmış erməninin ehtiyaclarına sərf olunub.
102 il əvvəl törədilmiş cinayət Ermənistanda unudulmayıb. Dünya ermənilər haqda elə həmin möcüzəvi şəkildə sağ qalan insanların sayəsində xəbər tutub, onlardan törəyən nəsillər isə öz əcdadlarının taleyini unutmayıblar – “Avrora” mükafatı dünyaya onların minnətdarlığını çatdırmaq missiyası daşıyır.
İnsanlığa qarşı cinayətin qurbanı olaraq, Ermənistan keçmişi qəbul edib və qınayaraq yeni faciələrin qarşısının alınmasına çağırıb. Təsisçiləri – iş adamları Ruben Vardanyan və Nubar Afeyan, Nyu-York Karnegi korporasiyasının rəhbəri Vartan Qreqoryan 100 LIVES təşəbbüsünün əsasına məhz bu ideyaları qoyublar.
“Avrora” mükafatı sayəsində onlar genosidi yaşamış insanlar adından öz həyatını təhlükəyə ataraq erməniləri xilas edənlərə minnətdarlıq ifadə edirlər. Amma “Avrora” erməni faciəsi ilə məhdudlaşmır, onun hədəfi dünyada baş verən barbarlıqlar haqda bütün dünyaya məlumat vermək və bu problemləri qaldıraraq, ədalətsizliklə mübarizə apararaq və humanitar fəaliyyətlə məşğul olaraq bu işə mühüm töhfə verən insanları mükafatlandırmaqdan ibarətdir.
“Avrora” mükafatının dünyaca məşhur şəxslər tərəfindən təqdim edilməsi artıq bir ənənəyə çevrilib. Ötən il bu Corc Kluni idi, bu il isə mükafatı dünyaca məşhur şansonye Şarl Aznavur təqdim edib. Mükafatın təqdimatından sonra məşhur erməni lay-layı “Ari im soxak” (“Uç, gəl, bülbülüm”) səslənib, səhnədə və zalda olan hər kəs ifaya qoşulub.
Məqalədə ifadə olunan fikirlər müəllifin terminologiyası və nöqteyi-nəzərini əks etdirir, redaksiyanın fikri ilə üst-üstə düşməyə bilər.