Həbsxanadan məktublar: tikanlı məftilin o yanı və bu yanı və bütün müqəssirlər
Anastasiya Loqvinenkonun şəkli
“Həbsxanadan məktublar” JAMnews-un yeni layihəsidir. Hər şey redaksiyaya ömürlük həbs cəzasına məhkum olunan adamdan məktub gələndən sonra başladı. Yuri Sarkisyan artıq 23 ildir ki, həbsxanadadır. O ürəyini boşaltmaq üçün bizə yazıb, həm də düşünüb ki, cəmiyyət “tikanlı məftilin o tərəfində” olanları eşitməlidir. Biz onunla razılaşdıq, layihə də bu cür yarandı. Aşağıda – birinci məktub. Biz onun arxasınca yeni məktubların gələcəyini gözləyirik.
Yuri Sarkisyanın birinci məktubu
Ermənistanın həbsxana təxminən beş min məhbus var. Və bundan onlarla çox sayda azadlıqda olan vətəndaş Qanunun sərhədində dayanır. Maraqlıdır ki, adi insanın cinayətkara çevrilməsi prosesi yaratdığı vəziyyətlərin fəsadları barədə, dalana dirədiyi adamlar haqqında çox yaxşı məlumatlı olan hakimiyyətin tam nəzarəti altında keçir.
Amma dövlət məmurlarının maraqları həmişə ictimai maraqlardan daha üstündür. Belə olub, var və olacaq! Heç kim səhv etməkdən sığortalanmış deyil, xüsusən də yaranan vəziyyət bu səhvləri etməyə zəmin yaradırsa. Bir vaxtlar həbsxanalar islah-əmək müəssisələri adlanırdı.
Bu gün islah etmə və əmək funksiyaları ancaq məhkumun özünün üzərinə qoyulur. Həbsxana işçiləri isə var gücü ilə buna kömək edir, məhbusun qarşısına maneələr qoyur, onları dəf etməyə mane olur ki, bu da nəinki iradəni möhkəmləndirir, həm gözlənilməz reaksiya yaradır. Biriləri başını divara döyür, başqaları dözməyib, həyatına son qoyur, özünü şikəst edir, ağlını itirir.
[pullquote align=”right”]Zindan insanın azadlıqda həyat uğrunda mübarizə mexanizmini kiçik miqyasda əks etdirir[/pullquote]
İyirmi üç il əvvəl mən ölüm hökmünə məhkum edildim. Həyatım bir anın içində alt-üst oldu. Bu cür həyat hekayələri kifayət qədərdir: insanlar yaşayır, işləyir, müəyyən uğurlar əldə edir və… uçuruma yuvarlanır. Həbsxananın beşinci mərtəbəsi ömürlük həbs cəzasına məhkum olunanlar üçün ayrılıb.
Yüzlərlə “qatillər” arasında müxtəlif sosial təbəqələrin nümayəndələrinə rast gəlmək olar. Bu, kəndlilər, əsgərlər, tələbələr, həkimlər, bankirlər, iş adamları, siyasətçilər, universitet müəllimləridir. Bir neçə manyak, üç terrorçu və ona yaxın cinayət törətməklə yaşayanlar var.
Hamısının cəza tədbiri, perspektivi eynidir. Qanun qarşısında bərabərlik, hakimlərin ağıllı sifətləri və icraçıların qeyd-şərtsiz səyləri heç kimə şans saxlamır. İnsanlar illüzor ümiddən yapışır, sonra da başqa ümiddən… Sonuna qədər, son nəfəslərinə qədər öz baxışlarını müdafiə edirlər.
Güllələnməyə məhkum olunanların yarısı artıq dünyasını dəyişib. Özü də güllədən yox. Real gerçəklik zülmət tunelə dirənəndə insanlar gözlərini yumur. Onları artıq hadisələrin təbii gedişatı qane etmir və onlar fövqəltəbii nəyəsə üz tuturlar.
İşçi heyətin məhbusların dindarlığına, onların klassik musiqi və fəlsəfəyə olan marağına rişxəndlə yanaşmağının tez-tez şahidi olursan. Bu masqaraçılar anlaya bilmir ki, bütün bu ali və gözəl anlamlara can atma həyatda qalmağın yeganə yoludur. İnsanın ayağının altından torpağı qaçıranda o, Göylərə üz tutur.
Həyatın əvəzində həyat… Bu gün mənim əlli yaşım var. Onda iyirmi altı yaşındaydım. Çoxları eyni bədəli ödəyib. Bu, sadəcə məhkumluq illəri deyil, bu, yaşadığın dünyanı itirməkdir.
Həbsxana kamerasının pəncərəsindən səma və ulduzlar görünür: onlar dəyişməzdir. Sanki dünya da elə olduğu kimi qalır. Amma bu, belə deyil. Hər şey saniyə-saniyə əbədilikdə itir: əşyalar məhv olur, insanlar ölür…
Başqasının bədbəxtliyinin səbəbi olan insan başına lənət gətirir. Niyəsini də bilir. Və peşmançılıq çəkir. Peşman olmaya bilməz də. Bu vəziyyət o qədər də birmənalı deyil. Həbsxana və onun “sakinləri” haqqında hamının xəbəri var, axı onlar təkcə cinayətkarların təcrid edilməsi üçün nəzərdə tutulmayıb, onlar həm də digərlərini qorxutmaq üsuludur. Buna görə də orada baş verən qeyri-qanuni hərəkətlər barədə məlumatlar vaxtaşırı mətbuatda yayılır.
Hakimiyyəti ifşalar qorxutmur – bu ifşalar ona lazımdır. Halbuki bu, başqa anlamda təqdim olunur. İki dovşanı birdən öldürməyin parlaq nümunəsi: qorxu insanların iradəsini iflic edir, susqunluq isə razılıq kimi qiymətləndirilir. Öz davranışlarına bəraət də həbsxana məhkumlarını islaholunmaz canilər obrazında nümayiş etdirən hakimlərdən alınır. Susdurulmuş vicdanla isə məsuliyyət barədə düşünmədən həyatını davam etdirmək olar.
Kütləni idarəetmə rıçaqları da belədir, onlar da kütləni dövlətin şəxsə qarşı bütün cinayətlərinin iştirakçısına çevirir. Sistemin sinizmi bununla bitmir. Məhkumun azadlıqla tərəfdarlarının olduğu halda həbsxana divarları və mühafizənin etibarsızlığını anlayan hakimiyyət bu məsələni də həll edir.
Məhkumun onun doğmalarından başqa daha çalışqan dustaqxana gözətçiləri yoxdur və olmayıb. Onlar öz yaxınlarını bütün doğru və yalanlarla qəti addımlardan çəkindirir, öz qorxuları ilə onun əl-qolunu bağlayırlar. Bu “divarlar” da baş daşı kimidir…
Uzaq 90-larda özün üçün baş verənlərin səbəbini aydınlaşdırmaqla bağlı ilkin cəhdlər xoş olmayan təsadüflə əlaqələndirilirdi: yəni doğru məkan və zaman deyildi… Və ancaq vaxt keçəndən sonra anladım ki, təsadüflər olmur, necə ki, təqdir də olmur: hər şey insanın öz əlindədir.
Amma artıq çox gec idi… Uşaqlığım, yeniyetməliyim və gəncliyim sovet hökuməti və kommunist partiyası ilə bəslənən başqa talelərdən heç nə ilə fərqlənmirdi. Öz xoşbəxt uşaqlığımıza görə minnətdarlıq hissi ilə döyüşə can atır, sinəmizi qabağa verir və öləndən sonra şöhrət qazanmağa hazırıydıq: alternativimiz də yoxuydu.
Ordu coşqunluğumuzu bir qədər azaltdı. Sonra da sovetlərin dağılması öz əhəmiyyətli töhfəsini verdi… Çətin ki, mənə və mənim əsgər yoldaşıma kriminalla bağlı fikir gələrdi, insan cildində qarşımıza çıxmasaydı.
İqtisad fakültəsinin tələbəsi ola-ola mən kiçik biznesdə vasitəçilik edirdim, kimlərinsə qazdığı quyuları doldurur və körpülər qururdum. Bu, çoxlarının xoşuna gəlmirdi: “ara” uşaqları ortaya çıxdı və müvafiq problemlər yarandı. Təşkilat dağıldı, əsgərlik dostluğuna da son qoyuldu. Sonra da hər şeyin axırı gəldi.
Qətli nə izah etmək, nə də ona bəraət qazandırmaq olar. Bütün bunlardan qaçmaq da mümkün deyil. Altı ay orda-burda gizlənəndən sonra həbs edildim. 1996-cı ildə Ermənistan Ali Məhkəməsi məni ölümə məhkum etdi. 2003-cü ildə Prezident ömürlük verdi…
Sağ ola-ola dəfn olunanlar qəbirin qapağını açmağa çalışır, sağ olduqlarını yada salmağa, ailələrin, həyat yoldaşlarının, uşaqlarının həyatını, arzularını xatırlatmağa çalışır… Heç olmasa nəyisə düzəltməyə can atır: ətraf aləmdə olmasa da öz içində. Dəmir-beton divarlar və insanların soyuqluğu arasında onlarla il.
Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews-un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır.