Gürcüstannın oyun biznesinin ziddiyətli məqamları
Statistika deyir ki, dünya əhalisinin 51 faizi heç olmasa ildə bir dəfə klublarda, kazinolarda qumar oynayırlar. Gürcüstanda isə bu göstərici 94% olub. Demək olar ki, 47 faiz insan əyləncə xətrinə yox, daimi olaraq pul qazanmaq məqsədi ilə oynayır.
Qumar oynayanların əksəriyyəti boynuna alır ki, onlar qazanmaqdan daha çox itirirlər, və yalnız sorğuda iştirak edənlərin 2 faizi, oyun səbəbi ilə onlarda mailiyyə problemlərinin yarandığını başa düşür.
Gürcüstanda oyun biznesi inkişaf edib və böyük gəlir gətirir. Bu gəlirlərdən yalnız kazino və klub sahibləri yox, həm də dövlət büdcəsi xeyir götürür. Məsələn, keçən il kazinolara lisenziya verilməsi üçün dövlət büdcəsinə 105 milyon lari [$52 mln], kazinolardan gələn vergidən isə 177 milyon lari [$90 mln] toplanılıb.
Hal – hazırda Gürcüstanda minlərlə kazino fəaliyyət göstərir. Onlardan bir çoxu artıq öz ayağı üstündə dura bilən böyük kompaniyalardı.
Bir çox bələdiyyələr məhz kazinodan gələn gəlirlər əsasında öz daxili büdcəsinin ortalama 24 faizini toplayır.
Kazinoların çoxu əsasən Tbilisidədir, lakin ölkənin Batumi, Kutaisi, Zuqdudi, Qori, Kabuleti, Axalçixe, Borjomi, Duşeti, Kazbeqi kimi digər şəhərlərində də oyun biznesi inkişaf edir. İllik dövlət vergisi ( oyun biznesinə icazə) şəhərdən aslı olaraq dəyişir. Məsələn, Tbilisidə vergi ildə 5 milyon lari [$2 mln], Borjomidə isə 100 min laridir [$50,000].
Bəzi yerlərdə kazinoların sahibləri ümumiyyətlə vergidən azad ediliblər. Məsələn, Anakliya, Qanxumuri və Kabuletidə kazinonu açıb bir il vergi verməmək kimi üstünlük var.
Kazino sahibləri bildirir ki, onların sakinlərinin çoxu xarici ölkə vətəndaşlarıdır. Əsasən, Gürcüstana məhz kazino oynamaq üçün gələn Türkiyə vətəndaşlarıdır. Buna görə də bir çoxları iddia edir ki, kazinolar turistləri cəlb edən məkanlardan biridir.
Bir çox böyük şəhərlərdə kazinolar əla iş yerləridir. Orada ödənilən maaş dövlət qulluqçularının maaşları ilə eynidir. Hətta bəzən daha çoxdur. 2013-cü ildə qumar mərkəzlərində 5 min adam çalışırdı. Bu isə Gürcüstanda işlə təmin olunan əhalinin 0.3 faizi deməkdir.
Kazinoların varlığının bu qədər çox müsbət cəhətləri olmasına baxmayaraq, Gürcüstanda hələ də onlara çünasibət birmənalı deyil. Sorğuda iştirak edən respondentlərin 63 faizi düşünür ki, qumarxanalar bağlanmalıdır. 29 faiz respondent isə düşünür ki, onların fəailiyyəti qismən məhdudlaşdırılmalıdır.
Gürcüstanda ilk kazino hələ ötən əsrin əvvəllərində -1921-ci ildə açılmışdır. Lakin çox az zaman sonra – Sovet hakimiyyətinin qurulmasından sonra qumarxanaların fəaliyyəti qadağan olmuşdur. Lakin, gizli fəaliiyət göstərən oyun klubları mövcud idi. Məsələn. 1989-cu ildə bu tip klubların Batumidə fəaliyyət göstərdiyi barədə məlumatlar var. Kazinolar qanuni olaraq ilk dəfə 1990-ci ildən biznes sahəsi kimi fəaliyyətə başladılar. Həmin dövrdən bu yana bu sahə böyüyür və inkişaf edir.
Mənbələr: Beynəlxalq Şəffaflıq Təşkilatı, Gürcüstan Statistika komitəsi, və Gürcüstan maliyyə Nazirliyinin dövlət gəlirləri idarəsi.