Gürcüstanlı və ermənistanlı şagirdlər ABŞ-dan Tbilisiyə xüsusi reyslə gətiriləcək
Paylaşmaq
Paylaşmaq
Gürcüstan və ABŞ hökumətləri təhsil proqramı çərçivəsində ABŞ-da olan 79 gürcüstanlı məktəblinin vətənə qaytarılması yolları ilə bağlı müştərək qərar gəlib – Gürcüstanın baş naziri Giorgi Qaxariya bildirib.
Qaxariya Amerika tərəfinə yardıma görə təşəkkür edib. Qaxariyanın sözlərinə görə, vətənə qayıtmaq üçün eyni reysdən 35 nəfər ermənistanlı məktəbli də yararlanacaq.
Dohada fasilə etməkdə ABŞ-dan Tbilisiyə baş tutucaq reys sabaha planlaşdırılıb.
Xüsusi reyslə Doha vasitəsilə ABŞ-dan Gürcüstana aprelin 10-da 79 gürcüstanlı və 35 ermənistanlı məktəbli gətiriləcək. Uşaqları valideynlərinin xahişi ilə geri gətirirlər. Bütün dünya ölkələrində olduğu kimi ABŞ-da da pandemiyaya görə məktəblər müvəqqəti olaraq bağlanıb.
9 aprel saat 10:00-a olan məlumata əsasən, Gürcüstanda 214 koronavirusa yoluxma halı qeydə alınıb. 4559 nəfər karantin, 353 nəfər stasionarda nəzarət altındadır. 50 nəfər sağalıb, 3 nəfər ölüb.
Dohaya qədər uçuş xərclərini ABŞ hökuməti, Dohadan Tbilisiyə qədər isə Gürcüstan hökuməti öz üzərinə götürüb.
Gürcüstanın baş naziri Giorgi Qaxariya ABŞ hökumətinə minnətdarlığı ifadə edib və bildirib ki, ermənistanlı həmkarlarının xahişi ilə eyni reyslə Dohaya, sonra isə Tbilisiyə ermənistanlı uşaqlar da gətiriləcək.
Gürcüstanda ilk koronavirusa yoluxma halı 2020-ci il fevralın 26-da qeydə alınıb. Martın 21-dən Gürcüstanda fövqəladə vəziyyət, martın 31-dən idə bütün ölkə ərazisində sərt karantin rejimi elan olunub.