Gürcüstanlı siyasətçilər və ekspertlər Qarabağ münaqişəsi haqda. Şərhlər
Regionada hərbi əməliyyatlar: Artıq üçüncü gündür ki, Qarabağda atəş səsləri yüksəlir. Həlak olanlar var.
Bu münaqişənin Gürcüstan üçün anlamı nədir? Regiondakı vəziyyətlə bağlı Gürcüstan siyasətçilərinin və ekspertlərinin şərhlər.
Mixail Saakaşvili, Gürcüstanın üçüncü prezidenti
“Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç nə bunu dəyyişməyəcək”, – Mixail Saakaşvili Facebook-da yazıb.
O, Qarabağ məsələsinə geniş status həsr edib.
“Mənim mövqeyim tam aydındır. Dövlətin ərazi bütövlüyü prinsipinə əsaslanır. Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və bunu heç nə dəyişə bilməz. Təbii ki, bununla yanaşı bu regiondan qovulan hər kəsin öz evinə qayıtmaq, artıq orada yaşayanların isə sakit həyat sürmək haqqı var və bütün hüquqlar müdafiə olunmalıdır”, Saakaşvili yazıb.
Mixail Saakaşvilinin sözlərinə görə, Gürcüstan Qafqazın üç ölkəsi arasında dost münasibətlərinin olmasında maraqlıdır.
“Bizim gələcəyimiz üç Baltika ölkəsi arasındakı münasibətlə kimi olmalıdır və yalnız xarici qüvvələr bizi parçalamaqda və hökm etməkdə maraqlıdır və biz onlara bu imkanı verməməliyik!”.
İrakli Sesiaşvili, parlament çoxluğunu təmsil edən deputat, müdafiə komitəsinin sədri
İrakli Sesiaşvilinin sözlərinə görə, tərəflərin belə bir arzisi olarsa, Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına qoşula bilər.
“Belə bir istək yaranarsa, istənilən istiqamətdə biz hər iki tərəfə humanitar yardım və dəstək göstərməyə hazırıq və əlbəttə ki, bunu beynəlxalq münasibətlər formatında etməliyik”, – Sesiaşvili bəyan edib.
Paata Zakareişvili, konfliktoloq, Gürcüstanın keçmiş dövlət naziri
“Ermənistan da, Azərbaycan da bilməlidir ki, Gürcüstan heç bir tərəfi tuta bilməz”, – Zakareişvili deyib.
Onun sözlərinə görə, Gürcüstan hələlik az-çox özünü doğru aparır:
“Biz qəti və birmənalı şəkildə deməliyik ki, bizim iki strateji qonşumuz var: Türkiyə və Azərbaycan, amma bizim Ermənistanla çox mühriban qonşuluq əlaqələrimiz var. Buna görə də Ermənistan da, Azərbaycan da bilməlidir ki, Gürcüstan heç bir tərəfi tuta bilməz. Onlar başa düşməlidirlər ki, Gürcüstan regionda yeganə ölkədir ki, bu qarşıdurmada sülhdən başqa heç bir marağı yoxdur. Bizim kimisə dəstəkləyəcək istənilən addımımız vəziyyəti daha da sarsıdacaq və düşünürəm ki, onlar bunu çox yaxşı başa düşürlər”, – Zakareişvili bildirib.
Onun sözlərinə görə, bu münaqişə Gürcüstan ərazisinə birbaşa sirayət etməyəcək.
“Əgər Ermənistan və Azərbaycanın qarşıdurması daha genişmiqyaslı regional münaqişəyə keçsə, bu o deməkdir ki, münaqişə Qarabağ hüdudlarını aşacaq, Gürcüstana yaxınlaşacaq, amma mən demək olar ki, bunun Gürcüstan ərazisinə bilavasitə sirayət etməyəcəyinə əminəm”, – Zakareişvili deyib.
Onun sözlərinə görə, Gütcüstanda Qarabağ mövzusunu “ancaq hardasa kabinetlərdə müzakirə edirlər”.
“Təəssüf ki, bu müzakirə bilavasitə Milli Təhlükəsizlik Şurasında aparılmır, çünki Milli Təhlükəsizlik Şurası bizdə real olaraq yoxdur, o funksional deyil”, – ekspert bildirib.
Keçmiş dövlət nazirinin fikrincə, Ermənistan və Azərbaycanın qarşıdurması 4-5 gün davam edəcək.
Tengiz Pxaladze, beynəlxalq münasibətlər üzrə ekspert:
Tengiz Pxaladzenin sözlərinə görə, əgər Qarabağda Ermənistan və Azərbaycan arasında cilahlı qarşıdurma tammiqyaslı müharibəyə keçsə, Gürcüstan üçün qiyamət ssenarisi olacaq.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti hadisələrin inkişafına dair bütün mümkün ssenariləri nəzərdən keçirməli və yaranmış vəziyyətdə qonşu ölkələrlə münasibətlərdə bütün gələcək addımlarını müəyyən etməlidir.
“Münaqişənin eskalasiyası Gürcüstanın bütün istiqamətlər üzrə milli maraqlarına ancaq ziyan vurur. Bu, hərbi, iqtisadi, enerji təhlükəsizliyinə və s. aiddir”, – Pxaladze deyir.
O qeyd edib ki, Gürcüstan qarşıdurma tərəflərinə özünü danışıqların aparılması üçün ölkə kimi təklif edə bilər.
“İlk növbədə Gürcüstan artıq problemi öyrənməli və dəyərləndirməlidir, artıq Milli Təhlükəszilik Şurasının iclası getməlidir və yaranmış vəziyyətdə hadisələrin inkişafı ilə bağlı bütün mümkün ssenarilər müzakirə edilməli və bizim nə edəcəyimiz planlaşdırılmalıdır. Həmçinin bizim bu ölkələrin liderləri ilə kommunikasiyamız olmalıdır, bu çox vacibdir, amma yalnız onlarla yox, ümumilikdə bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətlə. Bununla yanaşı biz elementar olaraq lazım gələrsə, Gürcüstanı danışıqlar aparılması üçün məkan kimi təklif edə bilərik. Bu vəziyyətdə çox sayda başqa addımlar da atıla bilər”, – Tengiz Pxaladze bəyan edib.
Sergi Kapanadze, müxalif “Avropa Gürcüstanı” partiyasından deputat
Kapanadzenin sözlərinə görə, Qarabağ məsələsi üzrə Gürcüstanın mövqeyi sülhü dəstəkləsin.
Onun sözlərinə görə, müharibə halında Gürcüstan üçün arzuolunmaz ssenari inkişaf edə bilər.
“Bizim mövqeyimizin sülhün xeyrinə, daha böyük eskalasiyaya yol verməmək yönündə olması vacibdir, əks halda hamı anlamalıdır ki, mən bilmirəm bu müharibədə kim qalib olacaq, amma Gürcüstan uduzmuş olacaq”, – Kapanadze deyib.
Teona Akubardia, hərbi ekspert, “Aqmaşenebeli strategiyası” siyasi hərəkatının üzvü
Akubardia hökuməti Milli Təhlükəsizlik Şurasının iclasının küçirilməsi ilə bağlı çağırış edib. O hesab edir ki, Qarabağdakı hadisələrin Gürcüstan üçün hansı təhlükələri daşıdığını dəyərləndirmək lazımdır.
“Ölkədə regional sakitliyi təmin etmək və hər iki ölkə ilə tərəfdaşlığın və bizim qanunvericiliyimizin tələb etdiyi kimi tərəfdaşlıq münasibətlərini qorumaq lazımdır”, – Akubardia deyib.