Gürcüstanın qüdrətini necə qaytarmaq olar: Mixail Saakaşvili və Tomas de Vaal müzakirə edir
Gürcüstanın keçmiş prezidenti və Qərbin Cənubi Qafqaz üzrə aparıcı ekspertinin qiyabi dueli nüfuzlu Foreign Policy jurnalının səhifələrində baş tutub.
Onu 5 noyabr 2018-ci ildə Carnegie Endowment for International Peace-in analitiki Tomas de Vaal başlayıb
Mixail Saakaşvilinin cavabı 3 gün sonra gəldi.
Nəticə – siyasətçi və ekspertin fikri nədə üst-üstə düşmədi?
İkinci tur noyabrın 28-də baş tutacaq. Birinci turda hakimiyyətin namizədi Salome Zurabişvili və müxalifətdən olan namizəd Qriqol Vaşadze demək olar ki, bərabər səs topladırlar. Yeni konstitusiyaya əsasən, Gürcüstanda prezident nominal fiqurdur və ölkənin idarəsində xüsusi bir rol oynamır. Amma çoxları bu seçkiləri iki il sonra keçiriləcək və artıq Gürcüstanın özünün əsl hakimiyyətini seçəcəyi parlament seçkilərinin son məşqi hesab edir.
.
Birinci turda hesab
Opponentlər Gürcüstanda prezident seçkilərinin birinci turunu müxtəlif cür qiymətləndirir.
•Gürcüstanda prezident seçkiləri. Niyə hakimiyyət vətəndaş müharibəsi haqda danışır?
•Mixail Saakaşvili haqqında gürcülərdən soruşmaq istədiyiniz altı şey
•Tomas de Vaal: Açıq və qapalı Gürcüstan
De Vaalın fikrincə, Vaşadze və Zurabişvili finişə demək olar ki, eyni nəticə ilə gəlib – 38,6 və 37,7 faiz səslə. Ekspert seçki komissiyasının rəqəmlərindən sitat gətirir və deyir ki, ikinci turda iqtidaryönlü namizədə daha çətin olacaq, çünki birinci turda ona səs verməyənlər, ikinci turda da çox güman ki, verməyəcək.
Saakaşvili də buna diqqət yetirir. O qeyd edir ki, gürcü seçicilərinin 61,36 faizi hakim partiyanın namizədinin əleyhinə səs verib, bununla o nəzərdə tutur ki, Zurabişviliyə səs verməyən bütün seçicilər əslində “Gürcü arzusu”na qarşı çıxıblar.
Hakimiyyətdə olmağın altıncı ilində hər bir ümumilli səsvermə hakim partiyaya etimad referendumuna çevirilir, keçmiş prezident deyir.
İqtisadiyyat vacibdirmi?
Tomas de Vaal hesab edir ki, iqtidaryönlü namizəd birinci turda ona görə qalib gələ bilməyib ki, insanların “Gürcü arzusu”nun tək siyasətdə deyil, həyatın bütün sahələrində dominantlıq etməsindən xoşu gəlmir. Vaşadzenin uğur qazanmasına təsir edən iqtisadiyyatın çətin vəziyyətini de Vaal əlavə amil kimi dəyərləndirir:
«Gürcü arzusu»nun hakimiyyəti dövründə iqtisadi möcüzə baş vermədi»
•Xocalı: necə baş verib. Tomas de Vaalın Qarabağ münaqişəsi haqqında “Qara bağ” kitabından bir parça
Mixail Saakaşvili əksinə, özünün yazdığı kimi, ölkənin sosial-iqtisadi çökməsinə diqqət yetirir. “Məsələ məhz iqtisadiyyatdadır”, — keçmiş prezident deyir və konkret rəqəmlər gətirir.
• Əhalinin 62 faizi ölkənin əsas problemi işsizliyi hesab edir.
• “Gürcü arzusu”nun hakimiyyətdə olduğu müddətdə ümumi daxili məhsul nəinki artmayıb, hətta azalıb.
• Son beş il ərzində larinin məzənnəsi 1 dollara 1,60-dan 2,80-ə qədər artıb.
• Bu zaman Gürcüstanda fiziki şəxslərin kreditlərinin yarısından çoxu dollarladır.
Şəxsiyyətlər vacibdirmi?
Hakim partiyanın vacib məğlubiyyət amili olaraq Tomas de Vaal namizədin uğursuz seçimini hesab edir:
“Keçmiş Fransa vətəndaşı Salome Zurabişvili çox təkəbbürlü özünü aparır və doğma dilində pis danışır”.
Qriqol Vaşadze isə, de Vaal sözünə davam edərək deyir ki, sakit ton saxlayır, bundan başqa da “əhali tərəfindən” sevilən prima balerina Nino Ananiaşvili ilə evlidir.
“Bütün bunlar əhəmiyyətli deyil”, — Mixail Saakaşvili ona cavab verir.
O hesab edir ki, insanlar ona görə hakim partiyanın əleyhinə səs verir ki, “Gürcü arzusu”nun üzvlərinin hansı malikanələrdə yaşadığını və bu zaman əhalinin qalan hissəsinin necə yaşadığını görür.
Saakaşvili həm də xatırladır ki, Tbilisi meri Kaxa Kaladze “şantajçı” adlandırdığı metro işçilərinin tətil keçirməsinə, onun fikrincə, necə təkəbbürlə reaksiya verib.
“Rusiya amili” və ictimai təhlükəsizlik
Tom də Vaal Gürcüstanda seçkiqabağı kampaniyanın aqressiv və neqativ üslubuna xüsusi diqqət yetirir. O cümlədən o yazır ki, hər iki tərəfdən hər iki namizədin “Rusiyayönlü meylləri” ilə bağlı ittihamlar yağdırılıb.
“Bütün bunlar ikinci dərəcəlidir”, — Mixail Saakaşvili cavab verir.
O hesab edir ki, cəmiyyətin ciddi narahatçılığına səbəb olan cəmi iki məsələ var, bu da iqtisadiyyat və təhlükəsizlikdir. Polisə etibar isə Mixail Saakaşvilinin özünün islahatları və nailiyyətlərinin hələ qüvvədə olduğu 2013-cü illə müqayisədə 38 faiz azalıb.
“Bir rəqəm bütün məqaləni əvəz edə bilər,” — Saakaşvili yazır. — “2018-ci ilin aprel ayında Gürcüstanda 67 faiz respondent araşdırmaçılara bildirib ki,”Gürcüstanda vəziyyət psiləşməyə doğru gedir”. Mənim partiyamın 2012-ci ildə populyarlığının ən aşağı olan vaxtlarında da [“Gürcü arzusu” hakimiyyətə gələndə — JAMnews] sorğuda eyni cavabı cəmi 31 faiz sorğu iştirakçısı verib”.