Gürcüstandakı azərbaycanlılar: niyə yaxşı təhsil və perspektivli iş əldə etmək bu qədər çətindir?
Gürcüstandakı azərbaycanlılar – dörd milyondan az əhalisi olan ölkənin 300 minə yaxın sakini. Azərbaycanlı icma əsasən Kvemo Kartli regionunda kompakt şəkildə yaşayır – özlərinə məxsus həyatlarıyla, ölkə əhalisinin böyük hissəsinin diqqətindən kənarda, gürcü cəmiyyətindən faktiki təcrid olunmuş vəziyyətdə.
• Gürcüstanın milli azlıqlar yaşayan regionlarında Rusiya təbliğatı necə işləyir?
• Gürcüstanda islam ibadətgahları – azərbaycanlılar hakimiyyətdən onların bərpa olunmasını istəyir
İllər ərzində Gürcüstanda hökumət və qeyri-hökumət təşkilatları bu regionda vəziyyəti dəyişmək üçün çox sayda layihələr düşünüb. Böyük pullar xərclənib. Amma nəticə böyük deyil.
“Bu insanlar yenə də ölkədəki ictimai-siyasi proseslərdə iştirak etmir və özlərini tam mənada cəmiyyətin bir hissəsi kimi hiss etmirlər”, – bu, Gürcüstanın xalq müdafiəçisi Nino Lomcariyanın dəyərləndirməsidir. O 2019-cu ilin iyununda Tbilisidə keçirilən diskussiyaıarda Gürcüstan azərbaycanlıları və erməniləri haqda danışıb .
Bu yaxınlarda Sosial Tədqiqatlar və Analiz İnstitutunun (Soros Fondunun Gürcüstan şöbəsinin dəstəyi ilə) apardığı tədqiqat da eyni nəticəyə gəlib.
[pullquote align=”right”]Məktəblərdə keyfiyyətsiz təhsil – Gürcüstanda azərbaycanlıların həyatındakı problemin kökü[/pullquote]
Niyə Avropa tələblərinə uuyğun qanunvericiliyə rəğmən göstərilən səylər və böyük maliyyələr köklü dəyişikliklərə nail olmaq üçün yetərli olmur?
Biz bu sualın cavabını Kvemo Kartli regionunda azərbaycanlı icmasında axtarmaq qərarına gəldik. Onlarla müsahibə və söhbətlər nəticəsində belə nəticəyə gəldik ki, problemin kökündə əslində icmanın inkişafının və inteqrasiyasının əsasını təşkil etməli olan məktəblər durur.
Yerli pedaqoqların, məktəblilərin və valideynlərin yerli məktəblərə qarşı üç əsas iradı var:
•Gürcüs dili tədrisinin aşağı səviyyədə olması.
•ümumi təhsilin aşağı səviyyədə olması.
•Gürcü məktəbində təhsil çox vaxt problemin həlli deyil, yeni problemlərin yaradılmasıdır.
Hər biri haqda daha təfərrüatlı.
Gürcü dili tədrisinin aşağı səviyyədə olması
Kvemo Kartlidə ümumilikdə 78 məktəb var. Onlardan 58-i qeyri-gürcü məktəbidir. Uşaqlar burada əsasən Azərbaycan və ya rus dilində təhsil alır.
Qeyri-gürcü məktəblərində gürcü dili birinci sinifdən tədris olunur. Amma şagirdlərin əksəriyyəti məktəbi gürcü dilində elementar ifadələri öyrənmədən bitirirlər.
• Gürcüstan: şagirdsiz məktəblər
• Gürcüstanın Bolnisi şəhərində mənim alman evim
Bunun üç əsas səbəbi var.
Birincisi, gürcü dilinə həftədə cəmi beş dərs saatı ayrılıb. Bu informasiya uşaqların niyə məktəbi gürcü dilində kəlmə kəsmədən bitirdiklərini anlamaq üçün yetərli ola bilərdi.
Amma ikinci səbəb də var – dərslik problrmi. Dərsliklər keyfiyyətsiz hazırlanıb, amma hətta onlar da tapılmır. Pedaqoqlar deyir ki, uşaqlar bir neçə il davamlı olaraq kitabları bir-birinə ötürürlər və yeni şagirdlər artıq oxunmaz hala gələn kitablardan istifadə etməli olurlar.
Amma yerlilər deyirlər ki, hətta bu iki səbəb də ən əsas problem deyil. ən böyük çətinlik yerli spesifik tələblərə cavab verməyən pedaqoqlardır.
[pullquote align=”right”]Azərbaycanlı uşaqların əksəriyyəti məktəbi gürcü dilində elementar ifadələri belə öyrənmədən bitirir[/pullquote]
“Bizim gürcü dili müəlliməmiz dərslərə Tbilisidən gəlir. O, azərbaycan dilini ümumiyyətlə anlamır və müvafiq olaraq uşaqlarla ünsiyyət qura bilmir. Dərslər dil öyrənərək yox, müəllimlə uşaqların bir-birinə nə demək istədiklərini az-çox anlamaq cəhdləri ilə keçir”, – Azərbaycan məktəblərindən birinin direktoru JAMnews-a danışıb.
O, gürcü dili müəlliməsinə hörmət əlaməti olaraq özünü təqdim etmək istəməyib.
Problemdən hansı çıxış yolları var?
əhali səviyyəsində çıxış yolu yoxdur, hər şey dövlətin problemi həll etmək arzusuna (nə ya bu arzunun yoxluğuna) dirənir – bütün həmsöhbətlərimiz qəti şəkildə bunu ifadə edirdilər.
“Fərdi repetitor? Maddi cəhətdən buŞ bizim ailəmiz üçün tamamilə əlçatmazdır. Axı təkcə repetitora pul ödəmirsən, taksiyə də pul verməlisən ki, oğlum kənddən dərs keçmək üçün Marneuliyə gedib-gəlsin. Axı müəllim bura gəlməyəcək”, – regionun kəndlərində yaşayanlar JAMnews-a təkrar-təkrar deyirdilər.
Etiraz etmək olar – axı dövlət büdcəsindən maliyyələşən pulsuz kurslar var. Amma yerli sakinlərlə söhbətdən sonra məlum oldu kiŞ onlar da problemi həll etmirlər.
Bu kurslara tələbat çox böyükdür. Amma bu kurslara qənbul olmaq üçün test imtahanı vermək lazımdır. Çoxları isə ya bu testlərdən keçə bilmir, ya da imtahan verməyə cəsarət etmirlər.
“İmtahat götürənlərin qarşısında biabır olmaq istəmirəm”, – Marneulidən olan 32 yaşlı fermer JAMnews-a deyib.
Bu, çoxluğa aiddir. Amma bu kursların və müxtəlif layihələrin, əlbəttə, nəticəsi də var, xüsusən də gənclər arasında.
Marneulinin rayon mərkəzində bir çox yuxarı sinif şagirdləri JAMnews-a bildiriblər ki, ya beynəlxalq təşkilatlar, ya da dövlət büdcəsi tərəfindən maliyyəlışdirilən qeyri-formal təhsil proqramı onlar üçün böyük dəstək olub.
“Mən 8-ci sinifdən sonra gənclər üçün layihələrdə iştirak etməyə başladım. Bir neçə yay məktəbində, düşərgələrdə, treninq və kurslarda olandan sonra çox tez gürcü dilində danışmağa başladım”, – 17 yaşlı Aytən Rüstəmova danışır.
O, təzəcə məktəbi bitirib və ali məktəbə imtahan verir. Fizioterapevt olmaq istəyir.
“Dəvət olunduğum səfərlərdən sonra sosial şəbəkələrdə çoxlu gürcü “frendlərim” oldu. Universitetə qəbul olandan sonra isə, yəqin ki, gürcülərlə “canlı” tanış olacam və mənim gürcü dostlarım da olacaq, indiki kimi yalnız azərbaycanlılar yox.
İndi mən bu yolu keçdikdən sonra deyə bilərəm ki, məktəbdə həftədə beş gürcü dili dərsi çox mənasız vaxt sərfiyyatı idi”, – Aytən deyir.
Ümumi təhsilin aşağı səviyyəsi
“Paralel reallıq” – Gürcüstanın elm, təhsil, mədəniyyət və idman naziri İrina Abuladze etnik icmalardan olan uşaqların təhsil aldığı məktəbləri belə adlandırır.
Azərbaycan və erməni məktəblərinin uşaqları Gürcüstan məktəblərində təhsil alan şagirdlərin ümumi sayında azlıq təşkil edir – amma buraxılış imtahanlarından kəsilənlər arasında hər il onların sayı 20-25 faiz təşkil edir.
“Niyə sizin uşaqlarınız çox vaxt imtahan verib, ali məktəbə qəbul ola bilmirlər?” – JAMnews müxbiri regionun əsas şəhəri Marneulidə bir çox azərbaycanlı valideynlərdən soruşub.
“Çünki onlara çoxdan istefa vaxtı çatmış müəllimlər dərs deyir”, – əksəriyyət belə cavab verib.
Məktəb müəllimləri hətta statistikaya görə də daha çox yaşlı insanlardır. Onlar əsasən sovet təcrübəsini arxalrında qoyublar. Amma onlardan çoxu şagirlərin və valideynlərin şikayətlənməsinə görə, öz intizamlarında yenilikləri izləmir və onların müasir tədris metodikası haqda təsəvvürləri belə yoxdur.
Hansı çıxış yolları var?
Qeyri-gürcü məktəblərində aşağı kvalifikasiyalı müəllimlər problemini həll etmək üçün 2016-cı ildən IREX beylənxalq təşkilatı Gürcüstan hökumətinin dəstəyi ilə ixtisasartırma proqramları həyata keçirməyə başlayıb.
Proqramın benefisiarları məktəb direktorları və 7-12-ci siniflərə dərs deyən kimya, biologiya, riyaziyyat, fizika, coğrafiya, ingilis dili müəllimləridir
[pullquote]““Niyə qeyri-gürcü məktəblərinin məzunları çox vaxt universitetə qəbul ola bilmir?” – “Çünki onlara çoxdan istefa vaxtı çatmış müəllimlər dərs keçir”»[/pullquote]
Bu kursu keçənlərdən biri Marneuli rayonu Candərə kənd məktəbinin gənc direktoru Vüsal Bayramovdur.
“Proqram heç də hamı üçün əlçatan deyildi və mən hər təlimdən sonra öz məktəbimizin müəllimləri üçün təlimi “təkrarlamağa” çalışırdım. Mənim özümə bu biliklər çox kömək oldu”, – Vüsal deyir.
Bəs vəziyyətin ən labüd kimi görünən çıxış yolu ilə bağlı məsələ nə yerdədir – azərbaycanlı uşaqların gürcü məktəblərdə təhsil alması necə nəticə verir?
Gürcü məktəbində təhsil – problemin həlli deyil, əlavə problemlərin yaranmasıdır
Getdikcə daha çox azərbaycanlı valideyn uşaqlarını gürcü məktəblərinə qoyur ki, gələcəkdə övladı ali təhsil almaq, yaxşı iş tapmaq, siyasətçi, nazir ola bilmək şansı qazansın.
“Mənim oğlum gürcü məktəbində oxuyur, yoldaşımla belə qərara gəldik ki, yalnız bu yolla o, doğma ölkədə özünü təsdiq edə biləcək”, – adını açıqlamaq istəməyən Marneuli sakini deyib. – “Azərbaycan dilini o, onsuz da bilir, daha çoxuna ehtiyac yoxdur”.
Amma vəziyyət göründüyü qədər birmənalı deyil.
Marneulinin Kizialcilo kəndindən 18 yaşlı Aysel Nəsibova danışır ki, ailəsində onun harada təhsil almasıl müzakirə olunanda atası gürcü məktəbində israr edib ki, qızı gürcü dilinə hakim olsun.
Amma 9-cu sinifdən sonra Aysel məktəbi yarım qoymalı olub – attestat imtahanını verə bilməyib.
“Birinci sinifdən dərslər çox ağır gəlirdi. Evdə dərslərimə kömək edə bilmirdilər – repetitorla məşğul olmalı olurdum. Beşinci sinfə qədər gürcü dilini elementar səviyyədə bolirdim. Çox vaxt kimya, fizika dərslərində müəllimin izah etdiklərini ümumiyyətlə anlamırdım. Sinif yoldaşlarımdn xahiş edirdim ki, mənə kömək etsinlər, amma onlar da çox yardımçı ola bilmirdilər, axı onlar da mənimlə gürcü dilində danışırdılar”, – Aysel danışır.
Vətəndaş İnteqrasiyası və Millətlərarası Münasibətlər Mərkəzinin rəhbəri Şalva Tabatadze hesab edir ki, azərbaycanlı uşaqların gürcü məktəblərinə verilməsi doğru deyil:
“Gürcü məktəbləri və onların proqramları azərbaycanlı əhaliyə uyğunlaşdırılmayıb. Nəticədə həm gürcü dili, həm də digər fənləri zəif bilən şagird əldə etmiş oluruq. Amma tendensiya azərbaycanlı əhali arasında dərin kök salıb və təəssüf ki, dövlət onbu dəstəkləmir”.
Məktəbdən sonra
Uzun illər boyu gürcü dilini bilmədikləri üçün azərbaycanlı və erməni gənclər Gürcüstanda ali təhsil almaq imkanından məhrum olub.
Vəziyyət 2009-cu ildə dövlət “1+4” təhsil proqramını işə salandan sonra dəyişməyə başlayıb.
İdeya ondan ibarətdir ki, gürcü dili ana dili olmayan abituriyentlərin ali təhsil müəssisələrinə qəbul imtahanını ana dilində versin, daha sonra isə bir il müddətində intensiv gürcü dilini öyrənsin. Bundan sonra onları avtomatik olaraq seçdikləri tədrisin gürcü dilində keçildiyi fakültəyə keçirirlər.
2017-2918-ci tədris ilində bu hazırlıq proqramından 792 tələbə yararlanıb. Bu, əvvəlki illərlə müqayisədə iki-üç dəfə çoxdur.
Amma özlüyündə bu rəqəm azərbaycanlı və erməni məzunların ümumi sayı ilə müqayisədə çox azdır. Onlardan çox az hissəsi tələbə olur.
Başqa bir kədərli statistika da mövcuddur.
Azərbaycanlı və erməni abituriyentlərin ən azı 80 faizi hazırlıq kursundan sonra təhsili dayandırır və ya bakalavriatın ortasından universiteti atır. Həmsöhbətlərimizin çoxunun dediyinə görə, oxumaq çox çətin olur, çünki məktəblərin verməli olduğu ümumi təhsil səviyyəsi və gürcü dili biliyi yetərsiz olur.