Gürcüstanda transgenderin və cinsiyyət dəyişikliyinin ilk dəfə rəsmi tanınması
İlk dəfədir ki, Gürcüstanda transgenderlər hüquqi cəhətdən tanınıb. 2021-ci il martın 25-də Gürcüstanın Ədliyyə Nazirliyinin qərarı ilə ölkə tarixində ilk dəfə sorğu təmin edilib: vətəndaş L.M.-in pasportunda gender məlumatı “kişidən” “qadına” dəyişdirilib.
Gender məlumatının dəyişdirilməsi üçün vətəndaş Dövlət Xidmətləri Agentliyinə tibb müəssisəsindən cinsiyyətinin dəyişdirilməsi əməliyyatı keçirdiyi haqda arayış təqdim edib. Ona məlumatların dəyişdirildiyi yeni doğum haqda şəhadətnamə təqdim olunub.
- “İnsanların dəyişəcəyinə ümid yaranıb”. Gürcüstanda transgenderlərlə həmrəylik
- “Evdən çıxandan sonra geri salamat qayıdıb-qayıtmayacağını heç vaxt bilmirsən”
“Qadın Təşəbbüslərinə Dəstək Qrupu” təşkilatından bildirilir ki, rəsmi sənədlərində gender məlumatının dəyişdirilməsi sorğusuna rədd cavabı almış iki gürcüstanlı transgenderin işinə 2017-ci ildən Strasburq məhkəməsində baxılır.
Onların nümunəsində Gürcüstan hakimiyyəti bildirmişdi ki, gender məlumatlarının dəyişdirilməsi üçün cinsiyyətin dəyişdirilməsi şərtdir.
“Bu tələb Beynəlxalaq hüquq və Avropa İnsan Haqları Məhkəməsi tərəfindən müəyyən edilmiş standartlara ziddir. Bu, tibbi prosedurlardan keçmək istəməyən, amma transgender olan insanların hüquqlarının məhdudlaşdırılmasıdır”, – təşkilatın bəyanatında deyilir.