Gürcüstanda orta təhsilin zəifliyini sübut edən 8 göstərici
Gürcüstan məktəblərindəki şagirdlərin 10 faizinin valideyni uşaqlarını özəl məktəblərdə oxudur. Özəl təhsilin belə məşhur olmasının səbəbi əhalinin maddi durumunun yaxşı olması ilə deyil, əhalinin bələdiyyə məktəblərinin təhsil səviyyəsindən narazı olmasıdır.
Narazılıq yaradan səbəblər aşağıdakılardır:
1. Sinifdə həddən artıq çox adam olur
Bələdiyyə məktəblərində bir sinifdə 35-40 şagird olur. Valideyinlər və müəllimlər şikayət edir ki, bu qədər şagirdin olduğu sinifdə nəinki onlara fərdi yanaşmaq, hətta uşaqlara dərsi istənilən qaydada izah etmək də mümkün olmayacaq. Məsələn, laboratoriya məşğələsi keçirmək demək olar ki mümkün olmur.
2. Səlahiyyət azlığı
Bələdiyyə orta məktəblərindəki müəllimlərin aylıq əmək haqqı 200 dollardır, özəl məktəblərdə isə bu məbləğ 5 dəfə çox ola bilər. Buna görə də özəl məktəblərdə dərs demək üçün çoxlu çətin müsabiqələrdən keçmək lazım gəlir. Bu tip məktəblərin müdiriyyəti əsasən qərb təhsilli və xaricdə iş təcrübəsi olan müəllimlərə üstünlük verir. Bu hələ internetin varlığı ilə təzə tanış olan mühafizəkar bələdiyyə orta məktəbləri üçün fantastik görünür.
3. İntizam
Bələdiyyə məktəblərində “nizam-intizam deyildikdə, müəllimə şərtsiz hörmət və ona tabe olmaq başa düşülür. Sakit və hərəkətsiz oturmaq, lövhəyə çağırılmadan danışmamaq. Hər ehtimala qarşı məktəb direktorundan qorxmaq. Bu cür nizam –intizamın isə heç bir mənası yoxdur. O, tələbələri nə tənəffüs zamanı davalardan, nə də tualetdə siqaret çəkməkdən çəkindirir.
4. Təhlükəsizlik
Bir çox valideynlər hətta məktəbin girişində yaşlı gözətçinin yerinə polis mühafizəsinin olmasına görə də pul ödəməyə hazırdır. Valideyinlər məktəbin girişində nəzarətin və dəhlizlərdə işləyən müşahidə kameralarının olmasını istəyirlər.
5. Təmizlik
Nə qədər təəccüblü olsa da, Gürcüstanın bələdiyyə məktəblərində ən adi sanitar –gigiyena normalarına da riayət olunmur. Yəni, uşaqların əllərini sabunla yuyub, dəsmala silmək imkanı yoxdur. Böyük bir məktədbə nə sabun, nə də dəsmal tapılacaq. Məktəbin tualetləri elə vəziyyətdədir ki, uşaqlar bacardığı qədər ora daxil olmamağa çalışır. Yeri gəlmişkən, məktəbin tualetlərində ayrı kabinələr yoxdur və beş altı nəfər tualetdən eyni anda istifadə edir.
6. Qidalanma
Çipslər, limonad və “suxarilər – budur vergi ödəyicilərinin pulları hesabına mövcud olan məktəblərin sizin uşaqlara təklif etdiyi “sağlam qidaların tam olmayan siyahısı. Gürcüstanda uşaqların məktəblərdə necə və nə ilə qidalandığına nəzarət etmə mexanizmi yoxdur, buna görə də məktəb müdoriyyəti yalnız insanların sağlam qida haqqında şəxsi biliklərinə arxayın olur. Təcrübə isə göstərir ki, məktəblərdə bu barədə bilik o qədər də çox deyil.
7. Əlavə dərs almaq zəruriliyi
Təqribən beşinci sinifdən başlayaraq, demək olar ki bütün məktəb fənləri üzrə şagirdə dərsdənkənar müəllimlər tutulmağa başlanır. Bu isə ona görə baş verir ki, bələdiyyə məktəbləri öz işinin öhdəsindən gələ bilmir. Əgər əlavə müəllimlərin məhz onlara məktəbdə dərs deyən müəllimlər olduğunu nəzərə alsaq, belə bir sual yaranır – bəlkə müəllimlər özləri uşaqların pulsuz tam bilik almasında maraqlı deyillər?
8. Pul
Bir çox valideyn uşaqlarını dövlət məktəblərindən özəllərə keçirir. Nə qədər parodoksal olsa da onlar düşünür ki, özəl məktəblər daha ucuz başa gəlir. Çünki, illik təhsil haqqına sadəcə məktəb dərsləri deyil, şəxsi maraqlara görə dərnəklər, məktəb proqramı üzrə əlavə məşğələlər də daxildir.