Gürcüstanda erməni dilinə təhsilin 4 əsas problemi
Müəllim çatışmamazlığı
Reqionda peşəkar ermeni dili və ədəbiyyatı müəllimi yoxdur. Məsələn, ən böyük regionlardan biri olan Samçe- Cavaxeti və Axalkalaki bölgələrində əsl müəllimlərin, yəni, ali pedaqoji təhsili olan insanlar 30%-i keçmir. Hətta təsviri incəsənət və fiziki tərbiyə müəllimləri də ermeni dili və ədəbiyyatı dərsi verə bilər. Axalkalakidə yerli erməni əhalisi 95 faiz, Nonoçmindski bölgəsində isə 98 faiz təşkil edir. Bunu baxmayaraq regionda erməni dilinində sadəcə danışmaqla kifayətlənməyib, muasir erməni dilini və ədəbiyyatından xəbərdar olan və məktəblərdə bu dərsi tədris edəcək insanların sayi olduqca azdır.
Dərslik problemi
Erməni məktəbləri Gürcüstan təhsil sisteminin bir parçası olduğu üçün, bu məktəblərdə tədris olunan bütün kitablar Gürcüstanda yazılır, tərcümə və çap olunur. Müəllimlər deyir ki, kitablar təkcə texniki cəhətdən keyfiyyətsiz olsaydı bununla hardasa barışmaq olardı. Lakin məsələ bundadır ki, kobud səhvlər və çoxlu uyğunsuzluqlar var.
Yerli müəllimlər təhsil nazirliyini artıq monitorinqlər etməyə çağırır. Əgər kitablar dəyişilməyəcəksə, heç olmasa kitabların içərisinə düzəlişlər olunmuş vərəqlər əlavə etsinlər. “Hüquqi dövlət üçün Vətəndaş Təhsili təşkilatının sədri Seda Muradyan: “ Erməni müəllimlərin özlərini bu işə cəlb etməklə prossesi sütətləndirmək olar. Çünki, onlar hansı kitabın hansı səifəsində səhvlərin olduğunu əzbər bilir
Ermənistandan göndərilən erməni dili və ədəbiyyatı dərslikləri ilə bağlı isə olduqca şətin vəziyyət yaranıb. Kitablar uzun müddət gömrükdə qalıb və keçən il bir çox məktəblər dərslik ala bilməyib. Nə təhsil nazirliyi, nə də gömrük bu məsələ ilə bağlı jurnalistlərə dərsliklərin gömrükdə qalmasının səbəbi barədə dolğun məlumat verə bilməyib.
Status problemi
Samça –Cavaxeti bölgəsində 77 məktəb var. Bu məktəblərin hamısında ermeni dili insanların bildiyi və danışdığı yeganə dildir. Buna baxmayaraq Gürcüstan təhsil nazirliyi erməni dili və ədəbiyyatı fənnini görməzdən gəlir. Erməni dilinin heç bir statusu yoxdur. Bu o deməkdir ki, abituriyentlər öz ana dilindən- erməni dili və ədəbiyyatından imtahan vermirlər.
Bu isə öz növbəsində o deməkdir ki, erməni dili müəllimlərinin ixtisasartırma kimi imkanları yoxdur.
Digər fənn müəllimləri üçün testlər və sertifikatlaşmalar var, lakin erməni dili müəllimlərinin belə şansı yoxdur- “Hüquqi dövlət üçün Vətəndaş Təhsili təşkilatının sədr müavini Anaida Jamkoçyan deyir.
Problemi anlamırlar
Keçmiş illərdə etnik azlıqların kompakt yaşadığı bölgələrdə dövlət dili olan gürcü dilinin tədrisi olduqca zəif həyata keçirilmiş və ermeni məktəblərinin buraxılış siniflərində demək olar ki, çox az şagird gürcü dilini öyrənmişdi.
Təxminən 10 il əvvəl, nəhayət, etnik azlıqlara gürcü dilinin öyrədilməsi üçün xüsusi dövlət proqramı həyata keçirilməyə başlanmışdır. Bir müddət sonra həmin proqram öz müsbət nəticələrini göstərməyə başladı. Yenilikçilər bununla kifayətlənməyərək, ikidilli təhsil sisteminin tətbiqinə başladılar. Qərar alınmışdı ki, tədrisin 30 faizi gürcü dilində, 70%- i isə etnik azlıqların ana dilində ( azərbaycan, erməni və rus dillərində) aparılsın.
Lakin sonradan bu sistemin çətinlikləri ortaya çıxdı. Məsələn, bu halda bir fənn üçün 2 müəllim lazım olacaqdı. Bir müəllim fənni gürcü dilində, digəri isə erməni dilində izah etməli idi. Lakin, müəllim bir idi və öz fənninin gürcü dilində olan hissəsini bir qayda olaraq izah etmirdi.
Yəni, belə çıxırdı ki, şagird bütün kitabı yox, kitabın 70%-ni oxuyur və dərsin bir hissəsini bilir, – Seda Melkumyan deyir.
Persspektiv yoxdu
Ümümilikdə, Samçe Cavaxetiyanın erməni məktəblərində tədris o qədər özünəməxsusdur ki, nə gürcüstanın nə də ermənistanın təhsil sisteminin standartlarına cavab verir. Bu isə öz növbəsində şagirdlərə çətinlik yaradır.
Ali məktəblərə qəbul olunmaq da asand deyil- gürcü dili burda da əsas əngəldir. Lakin, Yerevanda da ali məktəbə qəbul olunmaq Tbilisidəki kimi çətindir: təhsil və universitetlərə qəbul sistemi hər iki dövlətdə fərqlidir.
Lakin, Gürcüstan regionlardan olan miqrasiyanın qarşısını almaq üçün etnik azlıqların kompakt yaşadığı ərazilərdə milli azlıqlar üçün xususi güzəşt proqramları hazırlayıb və bu proqramın uğurlu olacağına inanır. Hər il çətinliklə də olsa Cavaxetiya bölgəsindən bu proqram üzrə bir çox məktəbli Tbilisidəki ali məktəblərə daxil olur.