Gürcüstanda “Borjomi” zavodunun işçiləri tətil edir. Çiaturada etiraz aksiyası davam edir
Gürcüstanda “Borjomi” zavodunun işçiləri tətil edir. Manqan hasil olunan Çiaturada etiraz aksiyası davam edir. “Borjomi” zavodunun işçiləri əmək şəraitlərinin yaxşılaşdırılmasını və əməkhaqlarının qaldırılmasını tələb edirlər.
Bir neçə gün əvvəl “Georgian Manganese” şirkəti tərəfindən aparılan və evləri qəzalı vəziyyətə salan işlərə etiraz əlaməti olaraq etirazçıların ağızlarını tikdiyi Çiatura rayonunun Şukurti kəndində etiraz aksiyaları davam edir.
Mayın 17-də Şukurti kəndində daha bir nəfər etiraz əlaməti olaraq ağzını tikib və beləliklə aclığa qoşulub.
Borjomidə nə tələb edirlər?
“Borjomi” zavodunun tətil edən əməkdaşlarının sözlərinə görə, şirkətlə danışıqlar aparılır, amma rəhbərlik əməkdaşların tələblərini yerinə yetirmək niyyətində deyil.
Etirazçılar həmçinin şirkət tərəfindən gələn təhdidlər haqda bildirirlər. Onların sözlərinə görə, “Borjomi” zavodunun rəhbərliyi qəti şəkildə onlardan işə qayıtmağı tələb edir, əks təqdirdə işdən qovmaqla hədələyir.
“Hətta indi, biz burada dayandığımız zaman onlar əməkdaşlara zəng vurur və onları işə çıxmazlarsa, qovulacaqları ilə təhdid edərək qorxutmağa çalışırlar. “Əmək qaydaları ilə bağlı vəziyyət, əməkhaqqı və fəhlələrin iş şəraiti yaxşılaşdırılana qədər bu tətil o zamana qədər davam edəcək ”, – o deyib.
İkinci aksiya iştirakçısının sözlərinə görə, insanlar istirahət günləri olmadan işləyirlər, əməkhaqqı isə günə cəmi 17 lari [5 dollara yaxın] təşkil edir.