Gürcüstan: minlərlə seçici koronavirusa görə səs verə bilməyəcək
Şənbə günü, oktyabrın 31-də Gürcüstanda baş tutacaq parlament seçkilərində minlərlə seçici səs verə bilməyəcək.
Bunlar koronavirusa yoluxmuş xəstələr, o cümlədən də karantin və özünütəcrid rejimində olan insanlardır.
Bu cür seçicilər üçün Gürcüstanın Mərkəzi Seçki Komissiyası xüsusi daşınan qutular sistemi tətbiq edib, amma qutulardan istifadə etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımdır.
“Amma seçicilər bir sıra bürokratik əngəllərlə qarşılaşırlar, bu da prosesin təkmil olmadığından xəbər verir”, – Transparency International Georgia qeyri-hokumət təşkilatının xüsusi bəyanatında deyilir.
Təşkilatın məlumatına əsasən, bu səbəbdən minlərlə seçici oktyabrın 31-də seçkilərdə iştirak edə bilməyəcək.
Gürcüstanda parlament seçkiləri oktyabrın 31-ə təyib edilib. Seçkilərdə 48 partiya və iki seçki bloku iştirak edir.
Gürcüstan parlament ölkəsi olduğu üçün seçkilərdə qalib gələn partiya növbəti dörd ildə ölkəni idarə edəcək.
“Gürcü arzusu” iqtidar partiyası üçüncü müddətə hakimiyyətdə qalmağa çalışır. Hələlik Gürcüstanda heç bir siyasi qüvvə üç müddətə hakimiyyətdə qala bilməyib.
İlk növbədə problem özünütəcriddə olan insanların qeydiyyat müddətindən ibarətdir – qeydiyyat 27 oktyabr 18:00-a qədər mümkündür. [İlkin olaraq müddət 14:00-a qədər idi, amma müxalif “Avropa Gürcüstanı” partiyasının lideri Elene Xoştariyanın fəallığı nəticəsində MSK müddəti bir neçə saat uzadıb]. Bu o deməkdir ki, hələ qeydiyyatdan keçməyənlər və ya yaxın üç gün ərzində koronavirus əlamətləri aşkarlananlar, yaxud virus daşıyıcısı ilə təmasda olduğu üçün özünütəcrid rejiminə keçməli olanlar səs verə bilməyəcəklər.
Претенденты на регистрацию также сталкивались с другими препятствиями – горячая линия ЦИК была постоянно перегружена, а граждане находящиеся в самоизоляции не знали, что они не могут зарегистрироваться на сайте ЦИК, пока Минздрав не внесет их в специальный список.