“Agentlər haqqında” qanun Gürcüstan parlamentinin plenar iclasında birinci oxunuşda qəbul edilib. 83 deputat lehinə, 0 nəfər əleyhinə səs verib.
Parlament dinləmələri və müzakirələri müxalifətin və vətəndaş cəmiyyətinin etirazları fonunda baş tutub. Parlamentin spikeri Şalva Papuaşvili müxalifət partiyalarının nümayəndələrini: Vahid Milli Hərəkatın sədri Levan Xabeişvili, “Aqmaşenebeli” Strategiyasının lideri Giorgi Vaşadze, “Milli Hərəkat” fraksiyasının sədri Tina Bokuçava və “Lelo” partiyasının üzvü Anu Natsvlişvilini zaldan çıxarıb.