Gürcüstanda seçkilər: sayım, etiraz, boykot
Gürcüstanda parlament seçkilərində ardıcıl olaraq üçüncü dəfə iqtidar partiyası qalib gəlib. Müxalifət kütləvi saxtalaşdırmalar haqda bildirir, nəticələri tanımaqdan imtina edir və yeni parlamenti boykot edir. Beynəlxalq təşkilatlarseçicilərin qorxudulması və satın alınması faktlarını təsdiqləyib, amma yenə də seçkilərin “rəqabət mühitində” keçdiyi qənaətinə gəliblər. Gürcüstanda nələr baş verdiyi haqda danışırıq.
Kim qalib gəlib?
Gürcüstan MSK-nın ilkin məlumatına əsasən, oktyabrın 31-də keçiriliən parlament seçkilərində “Gürcü arzusu” liderlik edir.
İqtidar partiyası 48,15 faiz səs toplayıb. Onun əsas opponenti “Milli Hərəkat – Güc Birlikdədir” blokuna seçicilərin 27,13 faizi səs verib. Parlament seçkilərində dahha yeddi müxalif partiya – “Avropa Gürcüstanı”, “Lelo”, “Vətənpərvərlər Alyansı”, “Aqmaşenebeli Strategiyası”, “Qirçi”, “Vətəndaşlar” və Leyboristlər Partiyası da iddialıdır. Onlar ümumilikdə 18,46 faiz səs toplayıblar. Ümumilikdə seçici bülletenlərində 60 partiyanın siyahısı təqdim olunub.
MSK bəyan edib ki, 14 majoritar dairədə ikinci tur keçiriləcək. Amma onun nəticələrinin həlledici əhəmiyyəti olmayacaq.
“Yeni seçki tələb edirik!” – Tbilisidə müxalifət etiraz edir. Fotoreportaj
Maskalar, sanitayzerlər və uzun növbələr. Gürcüstanda seçki necə keçib? – video
Ağaclar və flaminqo hakimiyyət rəmzi kimi. Gürcüstanlı oliqarxın “həvəsindən” nə alındı?
Bu insanlar kimdir?
“Gürcü arzusu” iqtidar partiyasını 2012-ci ildə parlament seçkiləri ərəfəsində milyarder Bidzina İvanişvili təsis edib. O zamandan “Arzu” parlament çoxluğuna hakimdir, həmçinin hakimiyyətin digər qollarına da tam nəzarət edir. İndi o, Gürcüstanın ardıcıl olaraq üç müddətə parlamentə seçilən yeganə partiya olmalıdır.
Son illərdə iqtidar partiyasının mövqeləri xeyli sarsılıb, müxtəlifliklərdən ibarət olan müxalifət isə birləşə və səfərbər ola bilib, buna görə də Gürcüstanda çoxları seçkilərdən başqa nəticə gözləyirdi.
Hakimiyyətin əsas opponenti Mixail Saakaşvilinin yaratdığı Vahid Milli Hərəkatdır.
Seçkilər haqda nə bilmək lazımdır?
Gürcüstan parlament respubliaksıdır, buna görə də oktyabrın 31-də qalib gələn partiya növbəti dörd il ərzində ölkəni idarə edəcək. Seçki ilk dəfə yeni sistem üzrə keçirilib. Deputatların əsas tərkibi (150-dən 120-i) siyasi partiya üzvlərindən təşkil olunur (proporsional sistem). Qalan 30 yer 30 birmandatlı dairələrdən seçilən majoritarlar arasında bölüşdürülür.
Bu yeni sistemlə bağlı razılaşma 2020-ci ilin yazında təxminən yarım il sürən küçə etirazlarından və Qərb diplomatlarının vasitəçiliyi ilə hakimiyyətlə müxalifət arasındakı danışıqlardan sonra əldə edilib.
Gedişat, sayım, etiraz
Gözləntilərin əksinə olaraq koronavirus seçiciləri qorxutmayıb, məntəqələr qarşısında növbələr düzülüb.
Səsvermə günü jurnalistlər məntəqələrdə toqquşmalar, hətta atışma haqda məlumat veriblər, seçicilərə qarşı təzyiq və təhdidlə bağlı şahid ifadələri təqdim olunub.
Şənbə günü axşam seçki məntəqələri bağlanandan sonra həm hakimiyyət, həm də müxalifət qələbəni bayram edib. Tərəflərin hər biri öz ekzitpolunun nəticələrunə əsaslanıb, bu nəticələr isə müxtəlif olub.
MSK informasiya paylaşımı üçün tələsməyib – ilk rəqəmlər bazar günü səhərə yaxın elan olunub. Müstəqil müşahidəçilər sosial şəbəkələrdə səsvermə protokollarının fotoları yayılmağa başlayıb, bu sənədlərdə rəqəmlər çox fərqli olub. Məsələn, iqtidar partiyasına səs verənlərin sayının həmin məntəqədə səs verən seçicilərin ümumi sayını aşması halları olub.
Müxalifət liderləri bəyan ediblər ki, seçkilər saxtalaşdırılıb, ilk etiraz çıxışları artıq gecədən başlayıb, bazar günü isə davam edib – müxalifət səkkiz minə yaxın insanı küçələrə çıxarıb.
Beynəlxalq təşkilatların reaksiyası
Bazar günü gündüz ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun (DİİHB) nümayəndələri çıxış edib və seçkiləri qüsurlu adlandırıblar, amma bildiriblər ki, ümumilikdə seçkilər rəqabət mühitində keçib.
“Seçki məntəqələrində koordinatorlar, partiya təmçilçiləri və vəziyyəti gərginləşdirən fəallar olublar”, – ATƏT/DİİHB-un Gürcüstanda seçkilərin müşahidəsi üzrə missiyasının rəhbəri Cillian Stirk bəyan edib.
ABŞ-ın Gürcüstandakı səfirliyindən bildirilib ki, seçicilərin qorxudulması və satın alınması seçki prosesinə ziyan vurur, amma bunlar seçkini qeyri-legitim adlandırmaq üçün yetərli deyil. Bu cür reaksiya Gürcüstanda çoxlarını məyus edib və hətta qəzəbləndirib:
“Bəlkə bu bəyanatı sizin üçün prezident Putin tərtib edib?”, “Seçicilərin qorxudulduğu seçkiləri necə legitim adlandrmaq olar?”, “Bəs ABŞ-ın özündə bu cür səsvermə sizi təmin edərdi?” – Facebook-un gürcü seqmentinin istifadəçiləri ABŞ-ıb Tbilisidəki səfirliyinin dərc etdiyi bəyanatların altında yazıblar.
Yerli qeyri-hökumət təşkilatları da seçkiləri tənqid ediblər.
Bundan sonra nə olacaq?
Bazar ertəsi bütün müxalif partiyalar növbə ilə parlamenti iqnor edəcəklərini bildiriblər.
“Seçkilərin nəticələri saxtalaşdırılıb və gürcü xalqının iradəsini ifadə etmir”, – “Lelo” partiyasının baş katibi Badri Caparidze brifinqdə bildirib.
Parlament mandatlarından imtina edənlər seçkiləri baş tutmamış saymağı, MSK-nı buraxmağı və parlamenti yenidən seçməyi tələb edirlər.
Texniki cəhətdən bu boykot heç nəyi dəyişməyəcək. Yeni parlamentin işə başlaması və hökuməti təsdiqləməsi üçün “Gürcü arzusu”nun kifayət qədər mandatı var.