Gürcüstan parlamentində qarşıdurma – jurnalistlər və müxalifət iclası pozub
Gürcüstan parlamentində vəziyyət iclas zalında fiziki qarşıdurma və dava-dalaş həddinə çatıb – bir neçə müxalif telekanalın rəhbərliyi hökumətin istefası tələbi ilə parlamentə gələndən sonra.
Onların sözlərinə görə, onlar iqtidar partiyasının üzvlərinə bir neçə sual vermək istəyiblər.
11 iyul aksiyasında bir neçə Gürcüstan telekanalının jurnalisti iyulun 5-də Tbilisinin mərkəzində radikal qruplar tərəfindən döyülən teleoperatorun ölümündən sonra hökumətin istefasını tələb edib.
Parlament mühafizəsinin müqavimətinə baxmayaraq, etiraz edən bir neçə jurnalist parlamentin iclas zalına girə bilib. Onlara müxalifətdən olan deputatlar kömək ediblər.
Parlament tribunasında Avropa İttofaqının və Gürcüstanın bayraqları asılıb
Müxalifətdən olan bir neçə qadın deputat – Xatiya Dekanoidze, Tina Bokuçava, Ana Natsvlişvili, Xatuna Samnidze, Ana Tsitlidze və Tako Çarkviani parlament spikerinin kürsüsünü tutub. Onlar tribunaya Avropa İttifaqının və Gürcüstanın bayraqlarını düzüblər və bildiriblər ki, spikerə iclası başlatmağa imkan verməyəcəklər.

İqtidar partiyasından və müxalifətdən olan bir neçə kişi deputat elə iclas zalındaca əlbəyaxa dalaşıblar.
“TV Pirveli” kanalının təsisçisi Vato Tsereteli binanın girişində yaranan qarşıdurma nəticəsində xəsarət alıb.
Bu gün parlamentin növbədənkənar iclası keçirilməli idi, amma baş tutmayıb.
Jurnalistlər və mühafizəçilər arasında parlament holunda gərgin vəziyyət yaranıb.
- “Baş nazir istefaya getməlidir” – Tbilisidə minlərlə insan etiraz edir. Fotoreportaj
- İyulun 5-də Tbilisidə radikal qruplar tərəfindən döyülən gürcü teleoperator vəfat edib
Gərginləşmə “Pirveli” telekanalının operatoru Lekso Laşkaravanın ölümündən sonra yaranıb. İyulun 5-də vəzifəsini yerinə yetirərkən ultra-sağçı homofob qrup nümayəndələri tərəfindən amansızca döyülən Laşkarava iyuıun 11-də səhər vəfat edib. Jurnalistlər, müxalifət, QHT və vətəndaş cəmiyyəti baş verənlərdə hökuməti günahlandırıb, çünki hakimiyyət dinc nümayişçiləri cinayətkarlardan qoruya bilməyib.
İyuıun 5-də Tbilisidə “Tbilisi Pride Week” çərçivəsində “Ləyaqət Marşı” baş tutmalı idi. Bu tədbiri pozmaq üçün iyuıun 5-də Gürcüstan Pravoslav Kilsəsi Patriarxlığının çağırışı ilə LGBT icmasını əleyhdarları küçələrə çıxıblar.
Müşahidəçilər qeyd edirlər ki, radikalların səhər saatlarından şəhərdə iğtişaşlar törətməsinə baxmayaraq, hakimiyyət vətəndaşları qorumaq üçün küçələrə kifayət qədər güc strukturları nümayəndələri çıxarmayıb.
İyulun 5-də marş təxirə salınıb, LGBT nümayəndələri küçələrə çıxmayıb, amma homofoblar dağılışmayıblar – onlar məqsədyönlü şəkildə jurnalistləri təqib edib və döyüblər. 5 və 6 iyulda Tbilisidə 53 jurnalist xəsarət alıb.
Ekspertlərin fikrincə, homofob qrupların əməllərinə baş nazir Qaribaşvilinin iyuıun 5-də səhər səsləndirdiyi bəyanatı təkan verib. Qaribaşvili vəziyyətin gərginləşməsi ehtimalında zorakılıq aksuyasının iştirakçılarını yox, “Ləyaqət Marşı”nın təşkilatçılarını günahlandırıb və onları Rustaveli prospektinə çıxmamağa çağırıb. Qaribaşvili bildirib ki, planlaşdırılmış marş yersizdir və arxasında müxalifət dayanır.