Ədəbsiz təklif: Gürcüstan parlamenti gender kvotalarını müzakirə edir
Gürcüstan parlamenti ilk oxunuşda Seçki Məcəlləsinə dəyişiklikləri təsdiqləyib – dəyişikliklər seçkiqabağı kampaniyanın aparılması, seçki komissiyalarının formalaşdırılması və gender balansla bağlı olub.
Gürcüstan parlamenti adətən qızğın debatlara səbəb olan bu mövzuya ilk dəfə deyil ki, toxunur.
Qanunverici orqanda gender balansın yaxşılaşdırılmasına istiqamətlənən düzəlişlərbeynəlxalq təşkilatlarla və ixtisaslı QHT-lə məsləhətləşmələr əsasında hazırlanıb.
“Gürcü arzusu” iqtidar koalisiyası hər partiyaya öz siyahısına azı dörd qadın daxil etməyi təklif edir.
Kim və niyə əleyhinədir?
Müxalifət – ən azından kişi deputatlar təklifi populist hesab edirlər. “Avropa Gürcüstanı” partiyasının lideri Qiqa Bokeriya bu cür debatlarda ənənəvi olan arqumenti səsləndirib: gender kvotalaşdırılması nəinki lazım deyil, hətta qadınlar üçün təhqiramizdir.
“Siz daha çox qadınların hüquqlarını pozursuz. Siz faktiki olaraq, deyirsiz ki, qadınlar müstəqil şəkildə seçilməyə nail ola bilməzlər. Bu, ən böyük yanlışdır, qadınların azadlıqlarına və hüquqlarına qarşı addımdır”, – Bokeriya deyib.
Onun sözlərinə görə, ölkədə qadın haqları nöqteyi-nəzərindən çox ciddi problemlər var.
“Amma əgər hər problemi olan kvota alsa, bu, demokratiyanın ləğvi, bu qrupun məhvi demək olar – qadınları ikinci dərəcəli vətəndaş hesab edənlərlə mübarizə aparmaq əvəzinə. Belə insanlar isə zalda oturub, kvotalaşdırmaya səs verilər, halbuki özləri həmişə təkrarlayırlar ki, qadının yeri mətbəxdir. İndi siz istəyirsiz ki, onların parlamentdə kuklaları peyda olsun?”
Kim lehinədir?
Hərçənd, qadın deputatlar, o cümlədən də bir çox digər məsələlərlə bağlı iqtidar partiyası ilə münaqişədə olanlar da kvotalaşdırmada təhqiramiz heç nə görməyiblər.
“Qadın namizədlərin seçici siyahıları hazırlanarkən yaddan çıxmaları təhqiramizdir. Belə şeylər bütün partiyalarda baş verir”, – müstəqil deputat Eka Beseliya deyib.
O, təklif edib ki, partiya siyahılarında yerlərin dörddə biri yox, üçdə biri qadınlar üçün ayrılısn.
Beseliyanın sözlərinə görə, Gürcüstan parlamentində qadınların adekvat təmsil olunduğu yeganə partiya “Vətənpərvərlərin Alyansıdır” (nə qədər paradoksal olsa da, bu partiya kəskin Qərb əleyhinə ritorikası ilə seçilən siyasətçiləri birləşdirir və onlar dəfələlə “ailə dəyərlərinin” xeyrinə çıxış edib, onları qadın hüquqları uğrunda mübarizəni dəstəkləmək səyinə inanmaq çətin olardı).
Digər müstəqil deputat Tamar Çuqoşvili “Gürcü arzusunun” təklifinin ideal olmasa da, faydalı olduğunu bildirib:
“Bu mexanizm bütün problemləri həll etməyəcək, amma cəmiyyətə və bilavasitə qadınlara dövlət həyyatında siyasi iştirakda kömək edəcək. Buna görə də bu dəyişiklikləri dəstəkləyirəm”.
“Təbii yolla yüzilliklər lazımdır”
Parlament üçün gender kvotaları mövzusunu ixtisaslaşmış QHT-lər və beynəlxalq təşkilatlar mütəmadi olaraq qaldırırlar. Kvotalar qeyri-bərabərliyi yumşaltmaq üçün müvəqqəti tədbir kimi nəzərdən keçirilir.
“Bu problemin təbii yolla həll edilməsi üçün yüzilliklər lazım ola bilər”, – Gürcüstanın On.ge resursi BMT-nin İnkişaf Proqramının rəbəri Maka Meşvelianidən sitat gətirib. – “Kvotalaşdırma hadisələri sürətləndirmək imkanı verəcək”.
2016-cı il parlament seçkiləri Gürcüstan parlamentinə 24 – deputatların ümumi sayının 16 faizi qədər qadın qazandırdı.
Gürcüstanlı qadınların siyasətdə kifayət qədər təmsil olunmamasından başqa onların çox sayda başqa problemləri də var – femisiddən, erkən evliliklərdən, selektiv abortlardan və ərləri tərəfindən ən müxtəlif təzyiqlərə məruz qalmallarından tutmuş qadıın cinsindən olan qadınların şantaj olunmalarına qədər, bir qayda olaraq bunlar səmərəli şəkildə araşdırılmır.