Gürcüstan müxalifətinin lideri həbs edilib, xüsusi əməliyyat keçirilib, gözyaşardıcı qaz tətbiq olunub
Gürcüstan müxalifətinin lideri, Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya Tbilisidə səhər saat 8:50-də keçirilən xüsusi əməliyyat nəticəsində həbs edilib. Onu həbs etməyə gələn xüsusi təyinatlılar partiyanın qərargahına daxil ola bilməyib, binaya toplaşan yüzlərlə müxalifət tərəfdarı hərbçiləri içəri buraxmayıb. Xüsusi təyinatlılar nərdivanlardan istifadə edərək binaya pəncərələrdən girə biliblər, onlar binaya gözyaşardıcı qaz buraxıblar, yalnız bundan sonra Meliyanı ələ keçiriblər.
Müqavimət yarım saata yaxın davam edib, qərargah darmadağın edilib.
“Bu gün, 23 fevral, Sovet Ordusu Günüdür və İvanişvili dinc sakinləri dağıtmağı əmr edib. Sovet Gürcüstanında oyandıq. Bu şizofrüniyadır”, – Avropa Gürcüstanı Partiyasının mətbuat katibi Qiqi Uqulava deyib.
Nika Meliyanın tərəfdarları fevralın 17-də məhkəmə onun haqqında həbs qərarı çıxarandan bəri fasiləsiz partiyanın ofisində olublar. Bütün müxalif qüvvələr bu qərarın əleyhinə çıxıb, diplomatik və beynəlxalq strukturlar dəfələrlə Gürcüstan hakimiyyətinə müxalifət liderinə qarşı zorakılıqdan imtina etməsi çağırışı ilə müraciət ediblər.
Vahid Milli Hərəkat Partiyasının ofisi ətrafında hərəkət dayandırılıb.
Binada və ətrafda hələ də yüzlərlə insan var – müxtəlif müxalifət partiyalarının liderləri, müxalifət tərəfdarları, fəallar.
Gürcüstanda siyasi böhran 31 oktyabr parlament seçkilərindən sonra başlayıb. Müxalifət seçkilərin nəticələrini tanımır və nəticələri saxtalaşdırılmış hesab edir.
Müxalifət növbədənkənar seçki tələb edir və onuncu çağırış parlamentin işini boykot edir. 51 nəfər müxalif düputat stefa verib. Hazırda iclaslarda 150 deputatdan yalnız altı nəfəri müxalifəti təmsil edir, qalanı iqtidar partiyasındandır.
Fevralın 17-də məhkəmə Vahid Milli Hərəkat Partiyasının lideri Nika Meliyanın həbsi ilə bağlı həbs qətimkan tədbiri qərarı çıxarandan sonra siyasi böhran daha da dərinləşib.
Meliya dövlət çevrilişində ittiham olunur. İttiham tərəfi 2019-cu il iyunun 20-də Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun Gürcüstan parlamentinə dəvətinə qarşı keçirilən etirazlar zamanı Meliyanın etirazçıları parlament binasına daxil olmağa çağırmasını onun günahının sübutu hesab edir.
Meliya məhkəmənin girov ödəməsilə bağlı qətimkan təbiri haqda qərarını icrasını rədd etdikdən sonra prokurorluq siyasıtçinin həbsi ilə tələbilə məhkəməyə müraciət edib.
Gürcüstan parlamentiMeliyanın deputat toxunulmazlığından məhrum edilməsinı səs verib.
Məhkəmə qərarından bir gün sonra, fevralın 18-də Meliya hüquq-mühafizə orqanları tərəfindən həbs edilməli olduğu zaman ölkənin baş naziri Georgi Qaxariya istefa verib. Qaxariya vəzifədən getməsinin səbəbini iqtidarda olan “Gürcü arzusu” partiyası ilə arasındakı ziddiyyətlə izah edib – komanda müxalifət liderinin həbsini tələb edib, Qaxariya isə Meliyanın həbsinin ölkədəki siyasi böhranı dərinləşdirəcəyi fikrində olub.
Qaxariyanın istefasından sonra Daxili İşlər Nazirliyi bəyanatla çıxış edib və bildirib ki, müxalifət liderinin həbsi yeni baş nazir və hökumətin seçilməsinə qədər təxirə salınıb.
Fevralın 22-də axşamın gec saatlarında parlament İrakli Qaribaşvilini yeni baş nazir vəzifəzinə təsdiqləyib. Onun təyinatından dərhal sonra Vahid Milli Hərəkat Partiyasının ofisində xüsusi əməliyyat həyata keçirilib.