Gürcüstan müxalifəti seçki öncəsi razılığa gələ bilib
Gürcüstanda müxalif partiyalar 2020-ci il parlament seçkilərində səslərin qarşılıqlı qorunması haqda xüsusi memorandum imzalayıblar. Bununla da onlar “iqtidarda olan “Gürcü arzusu” partiyasına seçkiləri saxtalaşdırmağa mane olmağa” ümid edirlər.
Həmçinin partiyalararası işçi qrup da yaradılıb.
Seçki günündə “qaynar xətt” fəaliyyət göstərəcək və buraya səsvermə zamanı yaşanan proseslər haqda informasiyalar toplanacaq – müxalif partiyaların liderləri bildiriblər.
Seçki komissiyalarının müxalif üzvləri və müşahidəçilər də işlərini koordinasiya edəcəklər.
Qətnamədə deyilir ki, kölgə lideri Bidzina İvanişvilinin (iqtidar partiyasının sədri və keçmiş baş nazir) oliqarx idarəetməsi ölkə və onun demokratik inkişafı üçün böyük maneədir:
“İvanişvili rejiminin əlində yalnız inzibati resurs və maliyyə resursunun əhəmiyyətli hissəsi birləşməyib, həmçinin dövlət institutları ictimaiyyətin yox, iqtidar komandasının maraqlarına xidmət edir”.
• Gürcüstanda etiraz ayları geridə qaldı? İqtidar partiyası və müxalifət 2020-ci il parlament seçkiləri ərəfəsində
Müxalif partiyalar rəqib namizədlərinin olduğu dairələr də daxil olmaqla bütün dairələrdə birlikdə hərəkət etmək niyyətindədirlər:
“Partiyaların vəzifəsi ayrı-ayrı siyasi seçimləri olan seçicilərin səslərinin müdafiəsi yox, bütün seçki prosesin və hər vətəndaşının seçininin şəffaflığını qorumaq olacaq”.
“Bu, müxalifətin birliyi ilə bağlı güclü siqnaldır”, – “Avropa Gürcüstanı” partiyasının üzvü David Bakradze deyir.
Yalnız “Həmrəylik Alyansı – Bizim Gürcüstan” müxalifətin memorandumunu imzalamaqdan imtina edib.
Qətnaməni imzalayan partiyalar:
“Yeni Gürcüstan naminə”, “Qalib Gürcüstan”, “Aqmaşenebeli strategiyası”, “Qirçi”, “Avropa Gürcüstanı”, “Milli Hərəkat”, “Gürcüstana xidmət et”, “Vahid Gürcüstan – Demokratik hərəkat”, NDP, “Biz özümüz”, “Dövlət xalq üçün” hərəkatı, “Respublika Partiyası”, “Lelo”, “Ədalət naminə”, “Gürcüstan liderlər sırasında”, “Leyboristlər partiyası”, “Azadlıq naminə vətəndaş alyansı”, “Tribuna” siyasi hərəkatı, “Gürcüstan parlamentariləri cəmiyyəti”, “Yeni xristian-demokratik hərəkatı”.
2020-ci martın 8-də hakimiyyət və müxalifət arasında əldə edilən razılaşmaya əsasən, 2020-ci ilin oktyabrında parlament seçkiləri 120/30 modeli üzrə keçiriləcək: 120 deputat proporsional sistem, 30 deputat isə majoritar sitem üzrə seçiləcək.