Turizmin xilası üçün beş maddə. Gürcüstanın turizm sektoru açıq məktubla hökumətə müraciət edib
Gürcüstanın turizm sektoru turizmin xilası və bərpası üçün hökumətə beş maddədən ibarət plan təklif edib.
Hökumət administrasiyasına ünvanlanan açıq məktubda bu sahənin nümayəndələri qeyd ediblər ki, onların tövsiyələri müxtəlif ölkələrin təcrübəsinə əsaslanır və iqtisadi fəaliyyətin təhlükəsiz başlanğıcını təmin edir.
Birinci maddə. Füvralın 1-dən qış kurortları açılmalıdır.
Arqumentlər: səfərbərlik yüksək olacaq, təchiz edilmiş insanlar virus ötürmək riskinə məruz qalmır, dağ kurortlarında otellər isə təhlükəsizlik qaydalarına riayət edə bilər, səfərbərliyin kifayət qədər yüksək olduğu, amma epidemioloji vəziyyəti pisləşdirməyən Kaxetiyadakı və digər regionlardakı otellərdə olduğu kimi.
İkinci maddə. Həm quru, həm də hava sərhədlərinin açılması
Turizm sektoru sərhədlərin açılmasını qeyd-şərtsiz yox, aşağıdakı qaydalara müvafiq olaraq açılmasını tələb edir:
а) ölkəyə ancaq sərhəddə vaksinasiyanı təsdqiləyən və ya uçuşdan 72 saat əvvəl edilmiş PCR-testin nəticələrini və ya antitellərin olduğunu göstərən sənədləri təqdim edən şəxslər buraxılmalıdır.
б) əgər qonağın yuxarıda sadalanan heç bir sənədi yoxdursa, sərhəddə testdən keçməlidir (testin xərci ya turist tərəfindən, ya da turizm şirkəti tərəfindən ödənir);
в) vətənə qayıdan Gürcüstan vətəndaşlarına qarşı da eyni qayda tətbiq edilsin (hazırda Gürcüstana qayıdan vətəndaşlar özünütəcrid rejimi keçir);
г) qonşu ölkələrlə quru sərhədlərində əlaqələri eyni qaydalara əsasən bərpa etmək.
Üçüncü maddə. Xarici qonaqlar üçün dərhal Covid-sığorta proqramını hazırlamaq
Bu o deməkdir ki, Gürcüstana giriş zamanı ziyarətçi sığorta proqramına qoşulmalı və müstəqil şəkildə bunu ödəməlidir. Sığorta paketlərinin dəyəri müxtəlif ola bilər, maliyyələşdirmədən asılı olaraq.
Arqumentlər: Bu, sığorta şirkətlərinə əlavə gəlir qazandıracaq, o cümlədən də Gürcüstanda əcnəbi vətəndaşda virus aşkarlandığı zaman onu kimin və hansı vəsaitlə müalicə edəcəyi problemini həll edəcək.
Dördüncü maddə. Restoranları, muzeyləri və digər ictimai məkanların açılması
Turizm industriyasının nümayəndələri tələb edirlər ki, mütəmadi reyslər ciddi qaydalar və ciddi nəzarət çərçivəsində bərpa olunduqdan dərhal sonra restoranlar və digər ictimai yerlər açılsın.
Arqument: əgər bütün bunlar açılmasa, turistlər ölkəyə gəlməyəcək və digər qaydaların ləöv edilməsinin də bir mənası olmayacaq.
Beşinci maddə. 2021-ci il üçün turizm strategiyasının hazırlanması
Turizm nümayəndələri tələb edirlər ki, yaxın gələcəkdə özəl sektorun iştirakı ilə işçi qrup yaradılsın ki, “2021-ci il üçün turizm strategiyasını tez, doğru, təhlükəsiz və biznes maraqları nəzərə alınaraq hazırlansın”, – açıq məktubda deyilir.
Noyabrın 28-dən Gürcüstanda ciddi məhdudiyyətlər qüvvədədir. Məktəblər, ictimai nəqliyyat, kafe və restoranlar, ərzaq mağazalarından başqa bütün ticarət obyektləri, o cümlədən də əyləncə müəssisələri və digər ictimai məkanlar bağlıdır. Axşam saat 9-dan sonra isə komendant saatı tətbiq edilir.
Məhdudiyyətlərin əksəriyyəti yanvarın sonundan ləğv edilməli idi, amma hökumət uzadılmasına qərar verdi. Hökumətin qərarı ilə fevralın 1-dən ancaq mağazalar açılacaq. Bütün qalan obyektlər hələ də bağlı qalacaq.