Gürcüstan: covid dövrünün ilk qəbul imtahanı
Diana Petriaşvili, Mediaşəbəkə
Gürcüstanlı abituriyentlər və onların valideynləri bir neçə ay səbrlə hakimiyyətinin Gürcüstanda 2020-ci ilin yayında qəbul imtahanlarının necə keçiriləcəyinə (ümumiyyətlə keçirilib-keçirilməyəcəyinə) dair qərarını gözləyib. Hakimiyyət, nəhayət, hazırlanmış protokolu açıqlayıb və çoxlarını məyus edib. Hərçənd, demək olmaz ki, hökumətin təklif etdiyi varianta çox sayda təhlükəsiz alternativ var.
Hakimiyyət hansı şərtləri hazırlayıb?
Gürcüstanda vahid dövlət imtahanları başlayana qədər bir aydan az vaxt qalıb – imtahanlar iyulun 6-da başlayacaq. Abituriyentlər imtahana maskasız və temperatuuru öölçülmədən buraxılmayacaq. Azca temperaturun yüksək olması imtahandan kənarlaşdırılma demək deyil – temperaturu 37,5 dərəcəyə qədər olanlara ayrıca otaqda imtahan verməyə şərait yaradılacaq. Beləcə epidemioloqlar stress fonunda temperaturu yüksələn insanların vəziyyətini nəzərə alıb.
Hakimiyyət bəyan edir ki, abituriyentlər üçün pulsuz koronavirus testləri təşkil olunacaq – imtahandan bir neçə gün öncə özündə şübhəli əlamətlər hiss edən istənilən şəxsə bu testdən keçmək tövsiyə olunur. Partalar bir-birindən ayrı, təhlükəsiz məsafədə olacaq və şəffaf arakəsmələrlə əhatələnəcək. Gürcüstanlı epidemioloqlar kondisionerlərin istifadəsini yolverilməz hesab edirlər.
Abituriyentlər buna necə münasibət göstərirlər?
Məhz işləməyəcək kondisionerləri abituriyentlər əsas sınaq hesab edirlər. Bu da təəccüblü deyil, çünki adətən iyulun əvvəlində Gürcüstanda 40 dərəcə isti olur. Bundan başqa, abituriyentlərdən tələb olunur ki, bütün imtahan müddətində maskalarını çıxarmasınlar, bəzi məktəblilər və onların valideynləri sosial şəbəkələrdə bu tələbi işgəncə ilə bərabər tutaraq emosional çıxışlar ediblər. Ümumilikdə Gürcüstanda 55 min abituriyent qeydə alınıb. Onlar adətən olduğundan daha kiçik qruplara bölünəcəklər, buna görə də imtahanlar daha çox zaman alacaq – praktiki olaraq bütün iyul boyu davam edəcək.
Son zamana qədər Gürcüstanda ümumiyyətlə imtahanların baş tutacağına dair əminlik yox idi. Məktəblərdə tədris ili iyunun 15-də bitir və Təhsil Nazirliyinin hələ də uşaqların yayda məktəbə gedib-getməyəcəklərinə dair suala cavabı yoxdur.
Gürcüstanda Covid-19 virusuna yoluxanların rəsmi sayı 822 nəfərdir (iyunun 10-a olan məlumata əsasən), son iki gündə həkimlər ölkədə infeksiyanın geri çəkildiyi haqda danışmağa başlayıblar.
Koronavirus Gürcüstanın təhsil sistemində nəyi dəyişib?
Gürcüstan məktəbləri ölkədə ilk koronavirus xəstələri aşkarlanan kimi – martın əvvəlindən distant tədris sisteminə keçib. Operativ olaraq bir neçə onlayn tədris platforması yaradılıb, bundan başqa, dərslər hər gün ictimai televiziyanın efirində yayımlanıb. Bir çox paytaxt məktəbinə bu sistem bütün fənlər üzrə məktəb kursunu tam keçməyə mane olmayıb, bəzi yuxarı sinif şagirdləri bu sistemi hətta adi məktəb gündəmindən daha çox bəyənib.
Amma onlayn tədris heç də bütün məktəblilər üçün əlçatan olmayıb. JAMnews-un məlumatına əsasən, Gürcüstanda orta məkktəb şagirdlərinin 20 faizinin kompüteri və ya “qaceti” yoxdur. Bu, 105 mindən çox uşaq və yeniyetmə deməkdir – onların hamısı daha uğurlu yaşıdları ilə qeyri-bərabət vəziyyətə düşüblər və onların təhsil hüququ pozulub. Bu uşaqlar arasında 12-ci buraxılış siniflərinin şagirdləri də var, onların dvlət imtahanlarına hazırlaşmaq üçün normal şəraitləri sadəcə olmayıb.