Gürcüstan hökuməti iqtisadiyyatı xilas etməyə çalışır
Gürcüstan hökuməti koronavirus pandemiyası şəraitində iqtisadi itkilərin minimuma endirilməsi planını açıqlayıb.
Əsas vurğu turizm sahəsinin üzərinə edilib, çünki ən ağır zərbəni məhz bu sahə alıb.
Tbilisidə artıq 10 mehmanxana bağlanıb. Digər otellər otaqların bir hissəsini bağlamaqla qənaət etməyə çalışır. Məsələn, HOLIDAY INN belə eləyib – hazırda orada otaqların yalnız 20 faizinə xidmət göstərilir.
Sahibləri kredit götürmüş və indi ödəyə bilməyən yüzə yaxın otel hökumətin və bankların qərarını gözləyir. Bu haqda Gürcüstanın Mehmanxanalar və Restoranlar Federasiyasının banisi Şalva Alaverdaşvili bildirib.
Turoperatorlar və ekskursiya şirkətləri də ziyan çəkənlər sırasındadır – onların dümək olar ki bütün bronları ləğv olunub.
Əyləncə məkanları ağır maliyyə durumundadır – insanlar kütləvi toplaşma yerlərindən uzaq gəzir. Bütün məşhur gecə klubları – “Kür üzərində”, “Basiani”, “Xidi” müvəqqəti olaraq bağlanıb.
Son 10 gün ərzində larinin məzənnəsi də düşüb – milli valyuta dollara nisbətən 20 vahid ucuzlaşıb. Bu gün rəsmi məzənnəyə görə bir dolları 2.9494 lariyə almaq mümkündür.
Baş nazir Giorgi Qaxariyanın fikrincə, iş adamlarına ayaqda qalmağa və iş yerlərini qoruyub saxlamağa imkan verəcək hökumətin ən mühüm təşəbbüsləri haqda:
Turizm sahəsi
1. Banklar üç ay ərzində ən çox ehtiyacı olan şirkətlərə borclarını restrukturlaşdırmağa kömək edəcək. Ehtimal olunur ki, bu, turizm sahəsinə təxminən 100 milyon larini [36 milyon dollar yaxın] qorumağa imkan verəcək.
2.Fiziki şəxslər üç ay müddətinə götürdükləri kreditlər və ssudalar üzrə öhdəlikləri yerinə yetirməkdən azad olunacaqlar.
3.Hökumət dörd ay ərzində turizm sahəsində işləyən şirkətlər üçün vergilərin ödənməsini təxirə salacaq. Bu qərar ümumilikdə 18 min şirkəti və 50 mindən çox işçini əhatə edəcək. Bunun mart ayından iyun ayına qədər olan dövr ərzində turizm sahəsinə daha 100 milyon larini [36 milyon dollar yaxın] qorumağa imkan verəcək.
Şirkətlər 2020-ci ilin iyulunda vergiləri adi qaydada ödəmyə başlayacaqlar. Toplanan borcları onlar 2020-ci il noyabrın 1-ə qədər ödəməli olacaqlar.
4.Hökumət turizm sahəsində vergi formasında toplanan həmin məbləği əlavə dəyər kimi iki qat artırmaq niyyətindədir. Mart ayından iyun ayına qədər olan dövr ərzində bu məbləğin təxminən 600 milyon lari [təxminən 215 milyon dollara yaxın] təşkil etməsi gözlənilir.
“Bu o deməkdir ki, bir il ərzində iqtisadiyyata vergi sayəsində əlavə dəyər olaraq bir milyard 200 milyon lari [500 milyon dollara yaxın] qayıdacaq”, – baş nazir bildirib.
5.Dövlət altı ay ərzində otaq sayı 50-ə qədər olan iki min mehmanxana üçün kreditlər üzrə faiz xərclərini öz üzərinə götürəcək.
6.Dövlət ilin sonuna qədər kapital və infrastruktur xərclərinə 300 milyon lari [107 milyon dollar] investisiya yatıracaq.
•Koronavirus: pandemiya elan edilib. Bu nə deməkdir və nə gözləmək lazımdır?
•Koronavirusdan necə qorunmalı və təhlükə nədən ibarətdir? Sualların cavabları iki dəqiqəlik videoda
Bank imtiyazları
Gürcüstanın ən böyük bankları hökumətlə koordinasiya olunmuş fəaliyyətə hazır olduqlarını bildiriblər.
“Sakartvelos Banki” və TBC öz müştərilərinə ödəmələr üzrə üç aylıq möhlət təklif edəcək.
TBC həmçinin turizm sahəsi ilə bağlı olan müştərilərin problemlərini fərdi şəkildə də həll etməyə hazırdır.
“Liberty Bank” da müxtəlif yüngülləşmələr və güzəştlər təqdim etmək niyyətindədir.
“Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvilinin bilavasitə əlaqədə olduğu “Kartu” Fondu da Gürcüstana maliyyə yardımı göstərməyə hazırdır.
Fond bəyan edib ki, koronavirusla mübarizə dövründə dövlət strukturlarının uğrayacağı maliyyə itkilərinin ləğvinə kömək etməyə hazırdır.