Gürcüstanda dərəyə yuvarlanan mikroavtobusda 17 nəfər həlak olub
Gürcüstanın yüksəkdağlıq rayonun mikroavtobusun 80 metr hündürlükdən dərəyəyuvarlanması nəticəsində 17 nəfər ölüb, üç nəfər ağır yaralanıb.
25 avqust Gürcüstanda matəm günü elan olunub.
Həlak olanların əksəriyyəti eyni şirkətin Xevsuretiyə korporativ ekskursiyaya gedən əməkdaşlarıdır. Faciə Duşeti rayonunda Şatili qalasının yerləşdiyi eyni adlı yüksək dağlıq kəndə gedən yolda baş verib.
Sərnişin mikroavtobusu artıq Tbilisiyə qayıdırmış. Əvvəlcə nəqliyyat vasitəsi Yol Departamentinin yolda dayanan maşını ilə toqquşub, sonra isə 80 metr hündürlüyü olan dərəyə yuvarlanıb.
Tur traveler.ge turizm şirkəti tərəfindən təşkil olunub.
• Maska, baryerlər, bahalaşma. Gürcüstanda koronavirusdan sonra turizm necə görünəcək
Mikroavtobusta olan 20 nəfər gəncdən 17-i 30 yaşına qədər qadın, üç nəfər isə kişi olub. Həlak olanlar sırasında bir nəfər əcnəbi turist də var.
Sağ qalan üç nəfər qadındır. Onlar çox sayda müxtəlif xəsarətlər alıblar, üçü də ağır vəziyyətdə Tbilisi Birinci Universitet Xəstəxanasına yerləşdirilib.
Şatili yolundakı faciəyə görə “Gürcü arzusu” 24 və 25 avqusta planlaşdırdığı bütün tədbirləri təxirə salıb.