Gürcüstan: Bizi zəhərləyən üç şey
1. Tbilisinin havası
Tbilislilərin nəfəs aldığı hava ildən ilə maşın sayının çoxalması səbəbi ilə pisləşir. Ölkə əhalisinin üçdə biri və bütün avtonəqliyyatın 40 faizi paytaxtda cəmlənib. Məsələni ağırlaşdıran səbəblərdən biri də maşınların vaxtında texniki baxışdan keçməməsi ( əsasən Avropanın və Amerikanın istifadə edilmiş avtomobillərdir) və benzinin keyfiyyətinin aşağı olmasıdır.
Bu nə ilə nəticələnir?
Məsələn tənəffüs yolları xəstəlikləri yaradır. Ümümi immunitetin zəifləməsinə səbəb olur. Daimi olaraq, bu cür havanı udmaq zərərli maddələri öldürmək yerinə, əksinə onları orqanizmdə toplayır bu isə öz növbəsində faciəvi nəticələrə səbəb olur.
Bununla necə mübarizə aparmalı?
Əlbəttə ki, insanların avtomobildən velisopedlərə keçməyi bu problemin həllində ən effektiv üsul ola bilərdi. Lakin, Gürcüstan ekologiya nazirliyi yanacağın keyfiyyətinə nəzarət etməyi daha real addım kimi görür, çünki hələlik, onlar ancaq buna nəzarət edə bilir. Qeyd edək ki, Gürcüstanda maşınların texniki nəzarətdən keçirilməsi 10 il əvvəl ləğv olunmuşdur. Keçən il Gürcüstanda benzinin və dizelin keyfiyyəti avropa standartlarına qismən uyğunlaşdırıldı, gələn ildən isə Avropa İttifaqinin standartlarına keçmək planlaşdırılır. Düzdü, bu hələ normalara riəyət olunacağı demək deyil.
Ekoloqlar 2016-ci ildən başlayaraq benzindoldurma məntəqələrinin markalaşdırmağı planlayırlar, bu yolla istifadə etdiyimiz benzinin standartlara cavab verib-vermədiyini müəyyənləşdirmək daha rahat olacaq.
2. Zibil
Gürcüstanın bir çox yaşayış məntəqələrində zibil belə atılır: zibil vedrəsi əlində evdən çıxırlar, deyək ki, hər hansı bir yarğanın yanına yaxınlaşırlar və vedrəni yarğana atırlar. Bəzən vedrənin atıldığı yerlər yarğanlar yox, çay kənarları olur. Bu bir növ qanunsuz zibilliklərdir. Faciənin miqyasını təsəvvür etməyiniz üçün sizə bu qanunsuz zibilliklərin sayını açıqlayaq: bütün şəhər, qəsəbə, və kəndlərimizdə bu tip zibilliklərin sayı 63-dür.
Bunlardan yalnız ikisi Tbilisi və Qardabani – beynəlxalq standartlara cavab verir. Gürcüstanda bu gün də tullantıların istifadəsinə nəzarət mexanizmi yoxdur, zibildən təhlükəsiz və effektiv xilas olmaq üçün heç bir qanunvericilik yoxdur. Ümümiyyətlə bu gün ölkədə bu sahə 200 il bundan əvvəlki kimidir.
Bu nə ilə nəticələnir?
Adətən yarğanlara tökülən zibili yandırmağa çalışırlar. Yəni, bu ərazidə yaşayan insanlar yandırılmış zəhərli zibil ilə nəfəs alırlar. Zibil nəinki insanları məhv edir, həşçinin ev və vəhşi heyvanlara da ziyandır. İnək və donuzlar zibilliklərdə otlayır, gecələr isə çox vaxt tülkülər və canavarlar özlərinə yem daşıyır. Həmçinin qeyd etmək lazımdır ki, istifadə edilmiş elektirk lampaları və ya qırılmış termometrlər ( tərkibində civə olan) də buraya atılır. Deməli onlar da yandırılır və zəhərli duman havaya buraxılır. Deməli bu ərazidə yaşayan insanlar zəhərli havadan udub, zibillikdən yemlənən inəyin südünü içirlər.
Bununla necə mübarizə aparmalı?
Bütün reqionlarda müasir standartlara cavab verən zibilliklər və zibilliklərin sistemli şəkildə daşınması mexanizmi olmalıdır. Daha sonra tullantılar zərərli və zərərsiz qruplara ayrılmalıdır. Nəzərdə tutulmayan yerlərə zibil atılmağına görə yüksək cərimələr tətbiq olunmalıdır. Düzdür, Qərbi Gürcüstanda böyük tullantı anbarının tikintisi məsələsi müzakirə olunur. Böyük irəliləyiş olmasa da, yenə də ümidlənməyə əsas verir.
3. Su
Məsələn Gürcüstanın Kvemo- Kartli bölgəsinin Bolinisi rayonuna nəzər salaq. Bu ərazinin Gürcüstanın digər reqionlarından daha yaxşı iqlimi, münbit torpağı və suni suvarma sistemi var. Buna görə də, buranın əhalisi ildə 3 dəfə məhsul götürə bilər və bütün Gürcüstanı meyvə və tərəvəzlə təmin edə bilər. Kənardan baxanda hər şey normal görünür. Lakin, məsələ burasındadır ki, buranın məhsulların tərkibində ağır metal miqdarı yüksəkdir. Səbəb isə odur ki, yerli sənayə obyektləri ( daha çox da Bolinisi dağ-mədən kombinatı) Kazretuli və Maşaveru çaylarını zəhərləyir.
Bir neçə il əvvəl alman və gürcü mütəxəssisləri birlikdə araşdırma apardılar. Araşdırmanın nəticələri göstərdi ki, Bolinisi rayonunda torpağın hər bir hektarında ən az 12 kiloqram mis, 3 kiloqram sink, 17 qram kadmium var. Bu göstəricilər ümümi qəbul olunmuş normalardan 10 dəfə çoxdur. Lakin, meyvə, tərəvəz və göyərtilər hələ də piştaxtalarda satılıt. .
Bu nə ilə nəticələnir?
Ankoloji xəstəliklərin çoxalması ilə. Bu tip xəstəliklər bu ərazilərin əhalisi arasında çox yayılmışdır. Digər ərazilərdə də ankoloji xəstəliklərin sayı çoxalmışdır. Bir çox həkimlər düşünür ki, Bolinisidəki ekoloji vəziyyət Gürcüstan əhalisinin qaraciyər xərçəngi ilə xəstələnməyinə təsir edir.
Bununla necə mübarizə aparmalı?
Müasir təmizləmə qurğuları alınmalı, sənaye obyektlərinin kimyəvi analizi aparılmalı və yeni texnoloqiyalardan istifadə edilməlidir. Suyun mexaniki təmizlənmənməsindən başqa ( hətta Gürcüstanda bu da çox nadir hallarda aparılır) biloji təmizlənməsi də lazımdır. Həmçinin nəzərə almalıyıq ki, öz razılığımızla zəhərlədiyimiz suyu daha sonra öz doğmalarımıza içirdirik.