Gürcüstan beynəlxalq dəstəkdən məhrum ola bilər – Vaşinqtondan növbəti tənqidi məktub
Gürcüstanın baş naziri Georgi Qaxariya yanvarın 30-da Vaşinqtondan növbəti məktubu alıb.
Bundan əvvəlki məktub yanvarın 22-də gəlmişdi və orada deyilirdi ki, Gürcüstan hökuməti vəd etdiyi demokratik islahatlardan imtina edib, siyasi opponentlərini təqib edir, ölkədəki investisiya mühiti isə pisləşir.
• Amerikalı konqresmenlər Gürcüstanın baş nazirinə məktub yazıblar: Gürcüstanın səkkiz əsas problemi
• Tbilisidə etiraz aksiyasında gözü çıxarılsa da, o, mitinqlərə gəlməyə davam edir. Niyə? Video
Bu dəfə Gürcüstan hakimioyyətinin ünvanına tənqid ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Ceyms Riş və bu komitənin üzvü Cin Şahindən gəlib.
Və bu yeni məktubda ötən dəfəkindən daha kəskin tənqidlər yer alıb. Məktubda deyilir:
“Gürcüstan demokratik kursdan kənar düşüb və inkişafı, islahatları dayandırıb. Hökumət dinc nümayişləri yatırır, siyasi opponentləri ilə qanundan kənar qruplar və məhkəmə hakimiyyəti vasitəsilə mübarizə aparır.
Məhkəmələrdə qərəzsiz hakimlər yox, hökumətin siyasi müttəfiqləri şləyir.
Ölkəni qeyri-formal lider idarə edir, onun bəyanatlarından hakimiyyət rəqiblərinin taleyi asılı olur.
Bütün bunlara görə Gürcüstan beynəlxalq dəstəkdən məhrum ola və Rusiyanın orbitinə qayıda bilər”.
Hakimiyyətin əsas uğursuzluqları: siyasi opponentləri ilə mübarizə və qeyri-bərabər seçkiqabağı şərait
Əvvəlki məktubda olduğu kimi senatorlar Gürcüstanın Sovet İttifaqı dağılandan sonra keçdiyi inkişaf yolunu vurğulayıblar:
“Demokratiya güclənib, iqtisadiyyat yüksəlib, vətəndaş cəmiyyəti isə çiçəklənib”, – onlar yazıblar.
“Gürcüstan regionda təsirli nümunə olub. Biz 2012-ci il parlament seçkilərini müşahidə etmişik və Gürcüstanın əsas demokratiya prinsiplərinə necə sadiq qaldığına şahid olmuşuq”, – məktubda deyilir.
• Müxalifətlə mübarizə və Rusiyanın təsiri? Gürcüstanda yeni liman layihəsi ətrafında qalmaqal
• Gürcüstanın əsas oliqarxını yeni baş nazirlə nə bağlayır? – Bütün təfərrüatlar
Amma senatorların fikrincə, bütün bu uğurlar indii sual altına qoyulub.
Senatorlar əsas iki uğursuzluğu qeyd ediblər:
•Parlament seçki islahatları keçirməklə bağlı öhdəliklərini yerinə yetirməyib,
•Hökumət Gürcüstan parlamentinin seçki islahatlarını dəstəkləməyəndən sonra başlayan dinc etirazları yatırıb
Senatorlar birbaşa yazırlar:
“Sizin hakimiyyətin bu dəyişikliklərə mane olmaq qərarı Gürcüstanın demokratik institutların yaradılması ilə üzərinə götürdüyü öhdəlikləriyerinə yetirməyə qadir olmadığını göstərir”.
Məktubda deyilir ki, müxalifət liderlərinə hücumları “iqtidar partiyası ilə bağlı olan insanlar” həyata keçirirlər.
Senatorlar müxalifət liderlərinə qarşı illər öncə qapanmış cinayət işlərinin yenidən açılmasını da şübhəli hesab edirlər. Senatorlar hakimiyyətin öz rəqiblərini susdurmaq üçün məhkəmələrdən istifadə etdikləri qənaətindədirlər.
“Çoxları cəzalarını çəkməli olacaq” – iqtidar partiyasının lideri Bidzina İvanişvili bəyan edib
Yeni məktubda Gürcüstanın kölgə lideri Bidzina İvanişvilinin noyabrın 28-də televiziya efirindən səsləndirdiyi bəyanatla bağlı növbəti dəfə narahatlıq ifadə olunub. O, bu bəyanında rəqiblərinin həbsxanaya düşəcəyini bildirib.
Sitat:
“Bu, faciəvi vəziyyətdir. Mənim xoşuma gəlmir ki, onlar başlarımı daşa döyürlər, onların heç bir şansı yoxdur. Gecələr yatmırlar, bir-birlərini aldadırlar ki, “Bu gün olmasa da, sabah biz gələcəyik”. Onların şansı yoxdur. Bu zamn onlar “va-bank” gedirlər. Çox böyük enerji sərf edirlər. Bəziləri iki günlük gedir [həbsxanaya], bəziləri bir həftəlik. Bəzilərinin travmaları önəmsizdir, bəzilərinki daha pisdir. Bəziləri uzun illər yatıb [həbsxanada] və çoxları yatmalı olacaq, amma onlar özlərini qurban verirlər”.
Müxalifət bu bəyanatı təhdid kimi qəbul edib.
Hakimlər siyasi müttəfiqlər kimi
Senatorlar parlament tərəfindən Ali Məhkəməyə ömürlük təyin edilən hakimlərlə bağlı xüsusilə ağır nəticələr çıxarıblar.
Məktubdan sitat:
“Biz Ali Məhkəməyə ömürlük təyin edilən hakimlərin peşəkarlığının tam dəyərləndirilməsinin aparılmaması faktından xüsusilə narahatıq. Bu, Gürcüstanın məhkəmə sisteminialt-üst edir”.
Bu nə deməkdir? Gürcüstan beynəlxalq dəstəkdən məhrum ola bilər
Senatorların sözlərinə görə, Gürcüstanın çoxlu dostu və müttəfiqi var – amma bu dəstək şərtsiz deyil və yalnız “müstəqil, demokratik Gürcüstana” göstərilə bilər.
Senatorlar həmçinin hesab edirlər ki, islahatların əngəllənməsi və mütəmadi gərginlik “Rusiyanın ölkəyə və ümumilikdə regiona müdaxiləsini gücləndirmək” üçün yaxşı zəmin ola bilər.
Senatorlar Gürcüstan hakimiyyətinin vəziyyəti yaxşılaşdıracağına ümidlərini ifadə edib və onlardan “təcili tədbirlər” gözlədiklərini bildiriblər.