Gürcüstan baş nazirinin Bakıya səfəri başlayır. Güman edildiyinə görə, əsas məsələlərdən biri David Qareci monastır kompleksinin taleyidir
Gürcüstanın baş naziri Giorgi Qaxariyanın oktyabrın 9-da Azərbaycana rəsmi səfəri başlayır. Bu, baş nazir vəzifəsində Qaxariyanın səfər etdiyi ilk ölkədir.
Böyük ehtimalla güman etmək olar ki, danışıqların gedişində Azərbaycan və Gürcüstan tərəflərinin toxunacağı əsas məsələ David Qareci monastır kompleksi ətrafında yaranmış vəziyyət olacaq.
•Dağlardakı qədim monastır kompleksi Azərbaycanla Gürcüstanı bir-birindən küsdürə bilər
Gürcü tərəfinin David Qareci, Azərbaycan tərəfinin isə Keşişdağ adlandırdığı, altıncı əsrdə qayalarda və mağaralarda yerləşmiş monastır kompleksi mütəmadi olaraq bu iki qonşu və dost ölkə arasında qarşıdurmaların və hadisələrin səbəbinə çevrilir.
İş burasındadır ki, Gürcüstanla Azərbaycan arasındakı sərhəd düz monastır kompleksinin üzərindən keçir. Gürcüstan iddia edir ki, David Qareci gürcü mədəniyyətinin abidəsidir. Azərbaycan hesab edir ki, kompleks alban mədəniyyətinin hissəsidir və Gürcüstana heç bir aidiyyatı yoxdur.
Bu tarixi abidə ətrafında vəziyyət zaman-zaman kəskinləşir. Sonuncu dəfə bu, 2019-cu ilin aprelində baş verib – həmin vaxt məlumat yayılıb ki, azərbaycanlı sərhədçilər kompleksin Azərbaycan tərəfində olan obyektlərinə girişi bağlayıblar və bunun nəticəsində gürcülər faktiki olaraq ora gedə bilmirlər. Bu zaman gürcü fəallar aksiyalar təşkil etdilər və vəziyyət elə hala gəldi ki, azərbaycanlı sərhədçilərlə qarşıdurmalar baş verdi.
Bununla birgə, sərhədin delimitasiyası və demarkasiyası üzrə Tbilisi ilə Bakı arasında danışıqlar başa çatmayıb. Onlar bu günə qədər də davam edirlər, halbuki heç bir konkret nəticə hələlik görünmür.
Giorgi Qaxariyanın Bakıya səfərinə bir gün qalmış Gürcüstan patriarxlığı Katolikos patriarx İkinci İliyanın baş nazirə müraciətini yayımlayıb. Müraciətdə İkinci İliya baş nazirdən David Qareci ilə bağlı məsələləri tənzimləməyi xahiş edir.
Məktubda deyilir ki, 2019-cu ildən Azərbaycan tərəfi “faktiki olaraq” David Qareci kompleksinə daxil olan Udabno və Çiçxitura monastırlarını “mənimsəyib” və bunun nəticəsində “zəvvarlar, turistlər və ruhanilər bu obyektlərə gedə bilmirlər”.
Gürcüstan Pravoslav Kilsəsinin (GPK) başçısı 1938-ci ildə, sonradan isə 1996-cı ildə Azərbaycanla bağlanmış ikitərəfli sazişləri atırladır ki, həmin sazişlərə görə,
«dövlət sərhədi 1936-1938-ci illərdə Daxili İşlər Xalq Komissarlığı tərəfindən dərc edilmiş 1:200000 miqyaslı xəritələrə əsasən keçməlidir».
Partiarxın baş nazirə məktubunda deyilir ki, həmin xəritələrə görə, David Qareci kompleksinə aid olan Udabno və Çiçxitura monastırları Gürcüstan ərazisində qeyd ediliblər, elə həmin kompleksin Bertubani monastırı isə Azərbaycan tərəfinə düşür.
«Bu səbəbdən Azərbaycan tərəfinin 2019-cu ildə Udabno və Çiçxitura monastırlarının faktiki olaraq əlimizdən alınması ilə nəticələnmiş hərəkətləri bizə qətiyyən aydın deyil ki, nəticədə zəvvarların, turistlərin və ruhanilərin ora getməsi qeyri-mümkün olub. Belə çıxır ki, uzun illər mövcud olmuş reallıq bu il hər hansı məntiq olmadan dəyişib. Biz bununla barışmayacağıq», — Patriarxın bəyanatında deyilir.
Patriarxın müraciətində konkret tələb də qoyulur:
Patriarxlıq tələb edir ki, dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlər başa çatana kimi əvvəlki qayda bərpa olunsun və ruhanilər, zəvvarlar və turistlər maneəsiz olaraq Udabno və Çiçxitura monastırlarını ziyarət edə bilsinlər.
«İkinci dövlətlə razılaşdırmadan, ələlxüsus güc tədbirləri ilə David Qareci ətrafında vəziyyəti dəyişmək yolverilməzdir», — müraciətdə deyilir.
«Düşünürəm ki, dost Azərbaycan xalqı və bu dövlətin hakimiyyəti yaranmış vəziyyəti düzgün qiymətləndirəcəklər və ədalətli qərar qəbul edəcəklər… Ümid edirəm ki, cənab baş nazir, məsələ sizin iştirakınızla müsbət həllini tapacaq və beynəlxalq normalarla təsbit edilmiş tarixi ədalət bərpa ediləcək», — patriarxın məktubu bu sözlərlə bitir.
Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlər bir neçə il müddətinı dayandırılsa da, çoxdan aparılır. Sərhəd məsələləri 2019-cu ilin aprelindən aktuallaşıb. Xüsusi ikitərəfli komissiya yaradılıb ki, o, digər məsələlərlə yanaşı, sərhədin mübahisəli məntəqələrinin müəyyənləşdirilməsi ilə də məşğuldur. Yaxın zamanlarda Tbilisidə bu orqanın növbəti iclası keçiriləcək.
David Qareci kompleksi daim hər iki ölkənin KİV-lərinin diqqət mərkəzindədir. Oktyabrın 6-da Azərbaycan KİV-ləri məlumat yayblar ki, Azərbvaycan Sərhəd Xidməti yeni “Keşikçi qala” sərhəd-buraxılış məntəqəsi açıb.
Azərbaycana səfərindən sonra Gürcüstanln baş naziri gələn həftə Ermənistana səfər edəcək. Həmçinin Giorgi Qaxariyanın bu ayın sonunda baş tutacaq Türkiyəyə səfəri hazırlanır. Baş nazirin administrasiyasından bildirildiyinə görə, Giorgi Qaxariya ilk səfərlərini Gürcüstanın həm beynəlxalq siyasətdə, həm də sosial-iqtisadi məsələlərdə vacib tərıfdaşları olan qonşu ölkələrə edəcək.