Gürcüstanda ərazilərin “qanunsuz” olaraq Azərbaycana verilməsi araşdırılır. Səs-küylü işin təfərrüatları
Parlament seçkilərinə bir ay qalmış Gürcüstan hakimiyyəti qalmaqallı araşdırmaya başlayıb – Gürcüstan ərazilərinin Azərbaycanın xeyrinə qanunsuz olaraq güzəştə gedilməsi ilə bağlı cinayət işi qaldırılıb.
İki nəfər – Sərhədlərin Demarkasiyası və Delimitasiyası üzrə Dövlət Kommisiyasının keçmiş üzvləri saxlanılıb.
İşin materiallarına əsasən, ipin ucu gedib Gürcüstanın keçmiş hakimiyyətinə, o cümlədən də keçmiş prezident Mixail Saakaşviliyə gedib çıxır.
İşin mahiyyəti bundan ibarətdir: Saakaşvili dövründə işləyən Delimitasiya-Demarkasiya üzrə Gürcüstan-Azərbaycan Dövlət Komissiyası mühüm xəritəni gizlədib, nəticədə Gürcüstana aid olan ərazilərin müəyyən hissəsi Azərbaycan tərəfinə verilməli olub.
Dağlardakı qədim monastır kompleksi Azərbaycanla Gürcüstanın arasını vura bilər
Gürcüstanda bəzi siyasətçilər və ekspertlər bu işi siyasi motivli, həlledici parlament seçkilərinə 24 gün qalmış bir zamanda müxalifət lideri Mixail Saakaşvilini mübarizədər uzaqlaşdırmaq məqsədli bi addım hesab edirlər.
Onlar hımçinin hakimiyyəti Qarabağ müharibəsi fonunda belə dumanlı istintaq işi apardığına görə də tənqid edirlər.
Hakimiyyətin apponentləri başqa bir detala da diqqət çəkirlər – istintaqın başlaması üçün zəmin olan xəritəni prokurorluğa “Gürcü arzusu” iqtidar partiyasına yaxın olan, Rusiyada yaşayan biznesmen təqdim edib.
Kim saxlanılıb?
Sentyabrın 7-də Gürcüstanın Baş Prokurorluğu Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı işə görə İveri Melaşvili və Natalya İlyiçevanı həbs edib.
Onlar Gürcüstan ərazisinin bir hissəsinin xarici dövlətə verilməsi ilə bağlı əməllərdə təqsirləndirilirlər.
Prokurorluq Melaşvili və İlyiçevanın həbsdə saxlanmasını tələb edir. Təqsirli bilinərlərsə, onları on ildən on beş ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Məlumdur ki, onlar özlərini günahkar bilmirlər. İveri Melaşvilinin vkilinin sözlərinə görə, o, istintaqla əməkdaşlıqdan imtina edib.
Melaşvili artıq 25 ildir ki, Xarici İşlər Nazirliyinin idarələrindən birinə rəhbərlik edir. İlyiçeva DİN sərhəd polisində çalışır.
Onların saxlanılması Gürcüstan-Azərbaycan Sərhədinin Delimitasiyası və Demarkasiyası üzrə Dövlət Komissiyasının üzvləri olduqları dövrlə (2007-2017) əlaqədardır.
Gürcüstan-Azərbaycan sərhədi
Gürcüstan-Azərbaycan Sərhədinin Delimitasiyası və Demarkasiyası üzrə Dövlət Komissiyası 2006-cı ildən (Saakaşvilinin prezidentliyi dövründən) fəaliyyət göstərir və məqsədi Gürüstanla Azərbaycan arasında sərhədlərin razılaşdırılmasıdır. Azərbaycanın Gürcüstanla cənub-şərqdə sərhədi var. Ölkələr arasında sərhədin uzunluğu 480 kilometrdir. Sərhədin demarkasiyası başa çatmayıb – 35 faiz razılaşdırılmamış qalıb.
Bu proses bu iki strateji tərəfdaşın və dost ölkənin arasında mübahisəli ərazilərin olması ilə mürəkkəbləşir. Ən kəskin ərazi mübahisəsi David Qareci monastır kompleksinin yerləşdiyi 180 kilometrlik sərhəd hissəsi ilə bağlıdır.
Əsas sübut – xəritə
İlk dəfə bu iş haqda sentyabrın 29-da məlum olub. Gürcüstan prokurorluğu bəyan edib ki, Gürcüstan ərazilərinin xarici ölkəyə qeyri-qanuni vermək cəhdi ilə bağlı faktı araşdırır.
Bu iş üzrə əsas sübut 1936-1937-ci illərə aid xəritədir. Prokurorluqdan bildirilir ki, sərhədin demarkasiyası üçün istifadə edilməli olan bu xəritənin bilinməyən səbəblərdən gürcüstanlı ekspertlər tərəfindən gizlədilməsi Azərbaycanın xeyrinə olub. Prokurorluğun iddiasına görə, keçmiş komissiya üzvlərinin bu əməlləri nəticəsində Gürcüstan ərazisinin 3500 ha hissəsinin itirilməsi təhlükəsi yaranıb.
Prokurorluğun bildirdiyinə görə, həmin xəritə haqda avqustun 17-də Müdafiə Nazirliyindən məlumat daxil olub və bundan sonra araşdırma başladılıb, xəritənin orijinalı isə Natalya İlyiçevanın evində, şəxsi kabinetində aşkarlanıb.
Həbsindən əvvəl İveri Melaşvili jurnalistlərə bir neçə müsahibə verə bilib. O deyib ki, yeganə sübut sayılan xəritənin qüsurları var, buna görə də komissiya bu xəritədən çıxış etməyib.
“Bu xəritə zamanında analiz edilib və biz ondan imtina etmişik. Onun çoxlu qüsurları var, nöqtələr nöqtələrlə, çaylar çaylarrla üst-üstə düşmür”, – “Pitveli” telekanalına müsahibəsində İveri Melaşvili deyib.
O, həmçinin bildirib ki, prokurorluğun mübahisələndirdiyi sərhəd hissəsi ümumiyyətlə Azərbaycanla razılaşdırılmayıb, yəni prokurorluğun araşdırdığı cinayət baş verməyib.
Melaşvilinin sözlərinə görə, Azərbaycan tərəfi ilə uzun illər sürən iş nəticəsində Sərhədlərin Demarkasiyası üzrə Komissiya sərhədin yalnız 66 faizi ilə bağlı razılığa gələ bilib, mübahisəli David Qareci təpəsi də bura daxil deyil.
Savid Qareci mübahisəli ərazidir
Prokurorluğun materialları sərhədin mübahisəli David Qareci hissəsi ilə bağlıdır.
Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış hissəsində yeyləşən qədim monastır kompleksi çoxdan bəri iki ölkə arasında ciddi diplomatik mübahisələrə səbəb olur.
Söhbət Gürcüstanda David Qareci, Azərbaycanda isə Keçikçidağ tarixi abidəsindən gedir.
Kompleks təxminən altıncı əsrdə inşa edildiyi üçün hər iki tərəf müxtəlik mənbələrəvə tarixi faktlara istinad edirlər. Sərhəd düz kompleksin içindən keçir v iki dost ölkə – tərəfdaş arasında bu məsələ ilə dəfələrlə yenilənən danışıqlar heç bir nəticə verməyib.
Gürcüstan bildirir ki, bu, gürcü mədəniyyətinə aid nümunədir. Azərbaycanda isə hesab edirlər ki, kompleks qədim Qafqaz Albaniyası dövlətinin mədəniyyətinə aiddir və gürcülərlə heç bir əlaqəsi yoxdur.
Rusiya izi?
İşdə maraqlı olan şey odur ki, “Mtvari” teleşirkətinin baş direktoru Nika Qvaramiya prokurorluğu bir gün qabaqlayıb və öz proqramında bildirib ki, prokurorluq Saakaşviliyə qarşı Daviq Qareci monastırı ilə əlaqədar cinayə işi hazırlayır.
Qvaramiya deyib ki, Müdafiə Nazirliyinə Bidzina İvanişvilinin dostu, rusiyalı biznesmen David Xidaşelidən xəritə haqda məlumat daxil olub.
Prokurorluq bəyanatında təsdiqləyib ki, bu xəritə haqda məlumatı Müdafiə Nazirliyi xaricdə yaşayan Gürcüstan vətəndaşından alıb. Amma həmin şəxsin kimliyini açıqlamayıb.
“Gürcüstan vətəndaşı digər ölkələrdə vacib arxiv materialları, o cümlədən də topoqrafik xəritələr aşkarlayıb və Müdafiə Nazirliyinə ötürüb, hansılar ki, istintaqa təqdim olunub”, – prokurorluğun məlumatında deyilir.
Gürcüstanın Müdafiə Nazirliyiniə xəritələri təqdim etdiyini biznesmen Xidaşeli özü də “Birinci kanal”ın efirində təsdiqləyib.
Biznesmen bu xəritələrin hansı dövrə aid olduğunu və sənədlərin onun əlinə necə keçdiyini açıqlamayıb.
Xidaşeli “Birincikanal”ın müxbirinə bildirib ki, bir həftədən sonra Gürcüstana qayıdacaq və media nümayəndələrinin suallarına cavab verəcək.
Google-da David Xidaşeli haqda bu ilin aprelinə aid informasiya tapmaq mümkündür, orada deyilir ki, Xidaşeli dövlətin koronavirusla mübarizə fonduna 1,2 milyon lari köçürdüyü qeyd olunub.
Gürcüstan mediasının məlumatına əsasən, Xidaşelinin Rusiyada və Yunanıstanda biznesi var.
Siyasi dəyərləndirmə
Bu mövzunun iki təhlükəli konteksti var – siyasətçilər və ekspertlər deyirlər. Birincisi, daxili istifadə üçün – parlament seçkilərinə sayılı genlər qalmış “Gürcü arzusu” iqtidar partiyasının əsas rəqibi Mixail Saakaşvili ilə mübarizə.
İkincisi, daha təhlükəli kontekst – Azərbaycanla ikitərəfli münasibətlərin pisləşməsi ehtimalı.
Hakimiyyət nümayəndələri hər iki konteksti rədd edir:
“Bu, Gürcüstanın daxili işidir və prinsipcə, bu məsələni siyasiləşdirməyə imkan vermək, xüsusən də onu Gürcüstan-Azərbaycan münasibətləri ilə bağlı təhlükəli kontekstdə müzakirə etmək olmaz”, Tbilisi meri və “Gürcü arzusu” ppartiyasının baş katibi Kaxa Kaladze yib.
Gürcüstanın xarici işlər naziri David Zalkalianinin sözlərinə görə, hər hansı ölkənin siyasi maraqlarına ziyan vurmayacaq qərar qəbul ediləcək.
“Bizim opponentlərimizdən eşitdiklərimiz sadəcə siyasi manipulyasiyadır və həqiqətən dövlət əleyhinə yanaşmadır. Biz maraqlarımızı sona qədər müdafə etməkdə ardıcıl olacağıq və mən əminəm ki, biz azərbaycanlı həmkarlarımızla razılığa gələ biləcəyik, hansı ki, hər iki tərəf üçün məqbul olacaq və tərəflərin dövlət maraqlarına ziyan vurmayacaq”, – Zalkaliani deyib.
Müxalifət hesab edir ki, “Gürcü arzusu” regionda yeni münaişə ocaqları yaradır:
“Azərbaycanın müharibə şəraitində olduğu bur zamanda Gürcüstan hökumətinin ötən hakimiyyət dövründə Azərbaycana ərazi verildiyi haqda bəyanatı aydın deyil və regionumuzda cari proseslər üçün böyük təhlükə kəsb edir”, – müxalif Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Salome Samadaşvili bildirib.
“Siz Azərbaycana qarşı ərazi iddiası irəli sürürsüz? Siz 3500 hektarı mübahisəələndirirsiz? Düşmən obrazı və qütbləşməyə əsaslanan seçkiqabağı kampaniya Bidzina (ivanişvili – iqtidar partiyasının lideri) hökumətinin yeganə texnologiyasıdır. Sərhədlərin demarkasiyası üzrə komissiyanın sədrinin və üzvünün həbsi Saakaşvilidən bir daha düşmən obrazı yaratmaq cəhdi ilə şərtlənib”, – Birləşmiş Müxalifət Seçki Blokunun üzvü, müxalif Respublikaçılar Partiyasının liderlərindən biri David Berdzenişvili Facebook-da yazıb.
Siyasətçilər və fəallar saxlanılanlara dəstək məqsədilə etiraz aksiyası keçirməyi planlaşdırırlar.