Gürcüstan, Azərbaycan və Türkiyə: Üfüqdə yeni hərbi ittifaq var?
Fevralın 18-də Bakıda Gürcüstan, Türkiyə və Azərbaycanın XİN rəhbərlərinin doqquzuncu görüşü baş tutacaq. Nazirlər nə müzakirə edəcək? Gürcüstandan tranzit yolların perspektivi nədir? Bəlkə üfüqdə yeni hərbi ittifaq var? Bakı və Tbilisidən şərhlər.
- Ermənistan, Azərbaycan və Rusiyanı birləşdirəcək yeni nəqliyyat dəhlizləri yaradılır
- Ermənistan sərhədində Azərbaycan-Türkiyə birgə hərbi təlimləri: bu, nə məna daşıya bilər?
- Şərh: “Rusiya-Türkiyə: geosiyasi savaş, yoxsa rəqabətli tərəfdaşlıq?”
Azərbaycanlı diplomat, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, XİN rəhbərlərinin görüşündə bir qayda olaraq iqtisadi məsələlər müzakirə olunmur.
“İqtisadi əməkdaşlıq məsələləri xarici işlər nazirləri səviyyəsində çox nadir hallarda müzakirə olunur. Düşünürəm ki, bu görüşdə daha çox siyasi məsələlər müzakirə ediləcək”, – Zülfüqarov JAMnews-a müsahibəsində bildirib.
İqtisadiyyat qanunları ön plana keçəcək
Azərbaycan və Türkiyəni Gürcüstan vasitəsilə birləşdirən tranzit neft, qaz və nəqliyyat yolları regionda maraq doğurur.
Məsələ burasındadır ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının şərtlərinə əsasən, Türkiyə və Azərbaycan arasında yeni nəqliyyat xətləri Ermənistan ərazisindən keçməlidir. Qeyd edək ki, 2020-ci il 10 noyabr bəyanatı ilə 44 gün davam edən ikinci Qarabağ müharibəsinə son qoyulub.
“Regionda yeni nəqliyyat magistralları fəaliyyətə başlayandan sonra iqtisadiyyat qanunları ön plana çıxacaq. Tərəflər necə və haradan daha sərfəli olduğuna qərar verəcəklər”, – Zülfüqarov bildirib.
Onun fikrincə, Azərbaycan, Gürcüstan və Türkiyə əməkdaşlığı burada dominant tərəfin olmaması ilə maraqlıdır: “Bu tranzit yollardan hər üç tərəf qazanacaq və kiminsə üstünlüyü haqda danışmağa dəyməz”.
Üfüqdə yeni hərbi ittifaq var?
“Azərbaycan və Gürcüstan GUAM təşkilatı çərçivəsində çoxdan siyasi planda əməkdaşlıq edirlər. Bu dövlətlərin ərazilərinin işğalı problemi də ölkələrin yaxınlaşmasına təkan verib”, – keçmiş xarici işlər naziri bildirib.
O, həmçinin qeyd edib ki, Türkiyə Gürcüstanın NATO-ya can atmasında mühüm rol oynayır: “Gürcüstan artıq çoxdan Atlantik Alyansa üzv olmağa çalışır və bu ölkədə tez-tez NATO qüvvələrinin təlimləri keçirilir. Bütün bu tədbirlərdə Türkiyə əsas rolu olmasa da, əsas rollardan birini oynayır. Bu səbəbdən də Türkiyə bir növ Gürcüstanın Qərblə münasibətlərində əsas halqadır”.
“Türkiyə, Gürcüstan və Azərbaycan əməkdaşlığının hərbi tərkibinə gəlincə, bu üç ölkənin silahlı qüvvələri bir neçə dəfə magistral boru-kəmərlərinin mühafizəsi üzrə təlim keçib. Başqa sözlə, bu cür təcrübə mövcuddur. Həmçinin ikinci Qarabağ müharibəsinin nəticələri işığında bu cür əməkdaşlığın başqa formatları da istisna olunmur”, – Zülfüqarov əlavə edib.
Tbilisidən şərh
Gürcüstanlı ekspert Paata Zakareişvilinin sözlərinə görə, indiyə qədər Gürcüstan Qarabağ ətrafında eritik hadisələrlə əlaqədar şəxsi təşəbbüslə çıxış etməyib: “Ona görə yox ki, onu kimsə bu məkandan sıxışdırıb çıxarıb. Buna görə də çox yaxşıdır ki, Cənubi Qafqazda strateji cəhətdən ən perspektivli alyans: Türkiyə-Gürcüstan-Azərbaycan aktivləşir.”
“Gürcüstan və Azərbaycan arasında David Qareci monastırı [sərhədin delimitasiya olunmamış hissəsində mübahisəli ərazi] ətrafında müəyyən gərginlik var. Gürcüstanda müəyyən səviyyədə islamofobiya da var. Ola bilər ki, bu məsələlər xarici işlər nazirlərinin Bakıdakı görüşünün rəsmi gündəmində deyil, amma düşünürəm ki, bu haqda söhbət olacaq. Söhbət dövlət sərhədindən gedir, bu, iki ölkənin suverenlik məsələsidir. Böyük ehtimalla Türkiyə də bu kontekstlə bağlı məlumatlıdır”, – Zakareişvili JAMnews-a müsahibəsində bildirib.
“Amma gündəliyi mən tərtib etmiş olsaydım, deyərdim ki, bu üçtərəfli formatın əsas mövzusu NATO-nun Cənubi Qafqazda gələcəyi olmalıdır. Hər iki dövlət – Türkiyə və Azərbaycan Rusiya ilə “şərq diplomatiyası” aparır: təmkinli və xoşməramlıdırlar, amma prinsipial mövqe tutublar. Bu, Türkiyənin siyasətidir – digər oyunçunu qıcıqlandırmamaq, amma bununla yanaşı doğru hesab etdiyin kimi davranmağa davam etmək. Dağlıq Qarabağ münaqişəsi kontekstində də özünü yaxşı biruzə verdi”, – o əlavə edib.
“Gürcüstan hərəkətverici qüvvə kimi çıxış edə bilər”
Ekspert qeyd edib ki, Türkiyə və Azərbaycanın Rusiya ilə açıq qarşıdurmasını gözləmək lazım deyil: “Əminəm ki, Türkiyə üçün təhlükəsizlik platformasının yaradılması [Rusiyanın iştirakı ilə] qzrə onun təşəbbüsü prinsip məsələsi olacaq. Gürcüstan isə Rusiyanı sıxışdırıb çıxarmağa cəhd etmək əvəzinə formatın dəyişdirilməsini təklif edə bilər. Məsələn, beş oyunçudan ibarət vahid platformanın yerinə regionda təhlükəsizlik konsepsiyası üzərində çalışan iki və ya üçtərəfli qruplar ola bilər. Və onların bir neçəsində Rusiya iştirak etməyəcək.
Gürcüstan Rusiya haqda sərt danışmaq haqqına sahibdir, çünki oŞ Gürcüstan ərazilərini işğal edib. Buna görə də Gürcüstan burada Rusiya ilə yox, yalnız Azərbaycan və Türkiyə ilə paralel iş formatlarını təklif edəcək hərəkətverici qüvvə kimi çıxış edə bilər.
Gürcüstanın həllində çox kömək edə biləcəyi digər məsələ Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə formatlarında vasitəçi olmaqdır. Aydındır ki, Avropa Qafqazdakı proseslərdə iştirakda çox da maraqlı deyil, Qarabağ hadisələri bunu çox yaxşı göstərdi. Bu pisdir, amma reallıqdır. Bu vəziyyətdə Gürcüstan vahid Qafqaz çevrəsini yaratmağa köməkedəcək oyunçu kimi çıxış edə bilər.
Bu. Ermənistanın suverenliyinin qorunacağı Qafqaz alyansı ola bilər. Heç kim onun suverenliyinin şübhə altına almaq və Ermənistan ümumi Qafqaz konsepsiyasına cəlb olunmuş olacaq və burada öz ləyaqətini və imkanlarını nümayiş etdirə biləcək.
Gürcüstanın təşəbbüs nümayiş etdirə biləcəyi başqa sahələr də var. Hələ ki, bu istiqamətdə addımlat atılmayıb. Ola bilər ki, bu, həmin görüşdə baş verəcək.