Gürcüstan avqust müharibəsinin 11 illiyini qeyd edir
Avqustin 7-8-də Gürcüstanın bütün dövlət qurumlarının binalarındakı dövlət bayraqları bir qədər endirilib.
Gürcüstanda Rusiya-Gürcüstan müharibəsinin 11-ci ildönümü qeyd olunur. Hakimiyyətin və ictimai fəalların təşkil etdiyi tədbirlər bütün ölkəni əhatə edir.
- Avqust 2008. Cənubi Osetiya ətrafında müharibə. Hər şey necə olub?
- Abxaziya: mənzillər “hərbi qənimət” kimi – onnları sahiblərinə qaytaracaqlarmı?
- Cənubi Osetiya ətrafında avqust müharibəsindən 10 il sonra – indi nə olacaq?
Atoneli küçəsindəki prezident iqamətgahında keçirilən mərasimdə Gürcüstan prezidenti Salome Zurabişvili müharibə veteranlarını Vətənin müdafiəsi və onun bütövlüyü uğrunda “Hərbi şücaətə görə”, göstərdiyi qəhrəmanlıq və igidliyə görə medalları ilə təltif edib.
Zurabişvilinin sözlərinə görə, əgər ölkə öz veteranlarına hörmət edirsə, deməli, bu ölkə özü hörmətə layiqdir.
Müharibənin başlanması və əvvəlki hakimiyyıtin məsuliyyəti ilə bağlı suala cavab verərkən Zurabişvili bildirib:
“Mən bununla bağlı fikrimi prezident olmazdan əvvəl bildirmişəm. Bu gün prezident kimi siyasi qiymət vermək mənim işim deyil, hətta keçmiş hakimiyyətlə bağlı olsa belə. Mən nə etməli olmadığımla bağlı danışa biklərəm. Amma bu, bizi çox maraqlandırsa, biz Haaqada və ya başqa bir yerdə deyilik, çünki bu, bizim daxili məsələmizdir, yəqin ki,zaman gələcək, daxili komissiya yaradacağıq. Tarixçilər toplaşar və cəmiyyət hər şeyi müzakirə edər”, – Zurabişvili deyib.
Daha əvvəl seçkiqabağı kampaniyasının başlanğıcında jurnalistin avqust müharibəsilə bağlı sualına cavab verərkən Zurabişvili bildirmişdi ki, Rusiya Gürcüstana qarşı müharibəni çoxdan başlayıb, amma 2008-ci ilin avqustunda məhz “Gürcüstan hərbi əməliyyatların bu hissəsini başladıb”. Onun bu sözləri Gürcüstanda kəskin tənqidə səbəb olub.
Öz Facebook səhifəsində Gürcüstanən baş naziri Mamuka Baxtadze əvvəlki Gürcüstan hakimiyyətini tənqid edib, çünki onun sözlərinə görə, məhz bu hakimiyyət “öz dövlət əleyhinə yönəlmiş siyasəti ilə işğal planının həyata keçirilməsini mümkün edib”.
Baş nazir həmçinin qeyd edib ki, Gürcüstanın tam işğaldan azad edilməsi “xalqqımızın konsolidasiyası və beynəlxalq aləmlə birgə ardıcıl siyasət yürütməklə” mümkündür.
Müharibənin 11-ci ildönümü ilə əlaqədar olaraq Gürcüstan XİN-i də avqustun 7-də xüsusi bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, Rusiya hələ də 2008-ci il avqustun 12-də Aİ-nin vasitəçiliyi ilə imzaladığı atəşkəs haqda razılaşmaya əməl etmir. Gürcüstan XİN-i Rusiyanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırır.
Gürcüstan XİN-i vurğulayır ki, “Gürcüstanın Abxaziyada və Sxinvali regionlayında qalan gürcü əhalinin etnik mənşəyinə görə diskriminasiyası və sıxışdırılması, o cümlədən də onların doğma dildə təhsil almalarının qadağan edilməsi və məcburi yolla etnik kimliklərinin dəyişdirilməsi ilə ifadə olunan ləyaqətlərinin alçaldılması” davam edir.
Gürcüstanın keçmiş prezidenti Mixal Saakaşvili də bu tarixlə bağlı açıqlama verib. Facebook-da yayımladığı video-müraciətində o, 2008-ci ili “Gürcüstanın mövcud olduğu bütün tarix boyu ən şanlı səhifə” adlandırıb, çünki “əsl qəhrəmanlığın çox böyük nümunəsini əks etdirib”.
“Bu, əsl qəhrəmanlıqdır, çünki kim nə deyisə, desin, 2008-ci ildə Putin Rusiyası öz strateji hhədəflərindən keç birinə çata bilmədi”, – Saakaşvili bəyan edib.
412 al qırmızı və ağ şar
Dövlət mərasimlərindən başqa, ictimaiyyət nümayəndələri də müxtəlif aksiyalar təşkil ediblər.
Parlament binasının qarşısında işğal əleyhinə mitinqin iştirakçıları səmaya Gürcüstan bayrağının rənglərində 412 şar buraxıblar. Aksiya təşkilatçılarının sözlərinə görə, avqust müharibəsində məhz bu sayda insan həyatını itirib.
Aksiyada həlak oaln 412 nəfərin soyadları oxunub.
Parlament qarşısındakı aksiyada Rusiya vətəndaşı İqor Kuroptev çıxış edib və gürcü xalqı ilə həmrəylik ifadə edib. Öz çıxışında o, deyib ki, onun həmvətənləri “11 il əvvəl Rusiya qoşunlarının dost ölkənin ərazisinə soxulduğu və onun işğalına başladığı” haqda faktiki olaraq heç nı bilmir.
“Rusiyalılar öyrənməlidirlər ki, bu proses, bu müharibə bu günəə qədər davam edir və bugün Gürcüstan sürünən işğal üzündən ərazilərini itirir”, – artıq yeddi ildir ki, Rusiyadan Gürcüstana köçən İqor Kuroptev qeyd edib.
Gürcüsyan parlamenti qarşısındakı aksiyada o, rus dilində danışıb, onun nitqi gürcü dilinə tərcümə olunub.
“Mənim çıxışım Qərbdə bir çox media vasitələri ilə yayılacaq və bu vacibdir. Mən demək istəyirəm ki, Putin işğalçıdır, Gürcüstanı, Ukraynanı və mənim ölkəmi işğal edib”, – Kuroptev deyib.
Çıxışının sonunda o gürcü dilində “Erio biçebo” vətənpərvərlik mahnısını oxuyub.
Müharibə Facebook-da
Demək olar ki, hər il avqust müharibəsinin ildönümündə Facebook-un Gürcüstan seqmenti qızğın mübahisələr meydanına çevrilir.
Əsasən mübahisələr Saakaşvili hakimiyyətinin müharibənin başlanmasında rolu ətrafında gedir.
Əsas sual – müharibəni kim başladıb və kim daha çox günahkardır?
Ümumilikdə bir neçə tendensiyanı qeyd etmək olar:
Bugünkü hakimiyyət tərəfdarlarının çoxu Saakaşvilini müharibəni qızışdırmaqda günahlandırır və hesab edirlər ki, məhz Gürcüstan Saakaşvilinin rəhbərliyi altında 2008-ci ilin avqustunda müharubəni başladıb.
Keçmiş prezidentin tərəfdarları bildirirlər ki, müharibəni Rusiya başladıb və Gürcüstan hakimiyyəti praktiki olaraq heç nə edə bilməzdi və doğru davranırdı.
Üçüncü qism hesab edir ki, müharibıni Rusiya başladıb, amma taktiki addımlarla və dinc əhalinin müdafiəsi ilə bağlı Saakaşvili hakimiyyətinə yönəlik çox sayda sual var.
2008-ci il avqust müharibəsində Gürcüstan tərəfindən 412 hərbçi və mülki vətəndaş, osetinlərdən isə 365 hərbçi və mülki vətəndaş həlak olub.
Cənubi Osetiya ərazisindəki gürcü kəndlərinin 20 min nəfərə yaxın sakini məcburi köçkün vəziyyətinə düşüb.
Gürcüstan 125 kəndin yerləşdiyi ərazilər üzərində nəzarəti itirib. Rusiya Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət olaraq tanıyıb.