Gürcüstan 2024-cü ilə qədər Avropa İttifaqına qəbul prossesini başlatmağı planlaşdırır. Bu nə deməkdir?
Gürcüstan 2024-cü ilə qədər Avropa İttifaqına qəbul olmaq üçün müraciət edəcək – yanvarın 6-da Gürcüstanın baş naziri Giorgi Qaxariya bildirib.
Yanvarın 19-da isə Dünya Bankının regional direktoru Sebastyan Molineus Qaxariya ilə görüşdən sonra bildirib ki, Dünya Bankı Gürcüstana 2004-cü ilə qədər Aİ-ə müraciət üçün rəsmi müraciət hazırlamaqda kömək edə bilər.
Aİ üzvlüyünə müraciət ölkə üçün nə deməkdir? Gürcüstan buna nə dərəcədə hazırdır və Gürcüstanın həqiqətən də 2024-cü ildə Aİ üzvlüyünə namizə ölkə olacağı haqda nə demək olar?
Biz bu haqda “Açıq Cəmiyyət – Gürcüstan” Fondunun Avropaya İnteqrasiya Proqramının rəhbəri Vano Çxikvadze ilə danışmışıq.
Gürcüstan Avropa İttifaqına üzvlük üçün müraciət edəndə nə olacaq?
İlk növbədə: Avropa İttifaqına üzvlük üçün müraciət sadə prosedurdur. İstənilən ölkə müraciət edə bilər – ölkənin birinci şəxsinin adından Avropa Şurasına məktub göndərilir.
Bundan sonra isə çətinliklər başlayır.
Ərizə Avropa Komissiyası tərəfindən araşdırılır. Onun rəyinin əsasında üzv ölkələr müraciət edən ölkəyə namizəd statusunun verilib-verilməməsi haqda ilkin qərar qəbul edir.
Sonra müraciət edən ölkə doldurmaq üçün ölkənin siyasi, iqtisadi və inzibati hazırlığını müəyyən edən anket alır. Avropa Komissiyası namizəd ölkənin cavabları əsasənda daha bir rəy hazırlayır.
- Cəmi bir sutkada 50 min Gürcüstan vətəndaşı Almaniyada işləmək üçün qeydiyyatdan keçib
- Gürcüstan: “İzsiz ötməyəcək ayrılıq”
- Gürcüstan vətəndaşları Avropada – vizasız və sığınacaqsız
- Polşa Gürcüstan vətəndaşları üçün işin olduğu ölkədir
Sualların sayı ölkədən asılı olur. Məsələn, Xorvatiya üçün anketdə 4560 sual, Çernoqoriya üçün anketdə isə 2178 sual yer alıb.
Müraciət edən ölkəyə anketi doldurmaq üçün üç ay verilir. Amma bu prosesin uzandığı hallar da olub.
Daha sonra ən mürəkkəb və məsuliyyətli mərhələ başlayır – danışıqlar mərhələsi. Burada Avropaya uyğun olduğuna əmin olmaq üçün namizəd ölkənin qanunvericiliyi öyrənilir.
Əgər bütün qanunlar bu tələbə cavab vermirsə, namizə ölkəni uzun proses gözləyir: ölkə bütün qanunvericiliyini Avropa qanunvericiliyinə uyğunlaşdırmalı olur.
Bu mərhələdə 35 fəsildən ibarət böyük sənəd hazırlanır. Onların hamısı uğurla “bağlanmalıdır”.
Amma bu da kifayət qədər şətri mərhələdir. Qəti qərara qədər Aİ yenidən bu fəsillərin müzakirəsinə qayıda bilər – istənilən vaxt və müxtəlif səbəblərlə.
Məsələn, Çernoqoriya “potensial namizəd” (European Perspective) statusunun hələ 2003-cü ildə alıb, o zaman Serbiya və Çernoqoriya Dövlət İttifaqının tərkibində idi. 2008-ci ildə üzvlüyə müraciət edib, bundan sonra namizəd statusu ala bilməsi üçün daha iki il gözləməli olub. plkənin Aİ-də rəsmi üzvlüyü haqda danışıqlar 2012-ci ildən gedir, amma hələlik Çernoqoriya əsas sənədin 35 fəslindən ancaq üçünü şərti bağlaya bilib.
Ümumilikdə Avropa İttifaqına üzvlük üçün müraciətdən namizəd plkə statusu alana qədər illər sərf olunur.
Ümumilikdə ölkənin namizəd statusu alana qədər qiymətləndirmə meyarları nədir?
“Kopenhagen” meyarları adlanan əsas üç meyarı vurğulamaq olar:
- Ölkədə demokratiyanı, qanunun aliliyini, insan haqlarını və azlıqların müdadfiəsini təmin edən möhkəm institutlar olmalıdır;
- Ölkənin Avropa İttifaqı bazarında rəqabətə davamlı bazar iqtisadiyyatı olmalıdır;
- Bu ölkədə siyasi, iqtisadi və maliyyə məsələlərində Avropa qanunları və qətnamələri tətbiq edilməlidir.
Gürcüstanın 2024-cü ildə namizəd statusunu allmaq şansı nə qədərdir?
Aİ üzvlüyünə müraciət etmək niyyətində olan ölkə üçün qızıl qayda öz üzərinə götürdüyü öhdəlikləri düzgün və zamanında yerinə yetirməsidir.
Gürcüstan 2014-cü ildə Avropa İttifaqı ilə Assosiasiya haqda saziş imzalayanda üzərinə öhdəliklər götürüb. Bunlar demokratik institutların, insan haqlarının, qanunun aliliyinin, iqtisadiyyatın inkişafının möhkəmləndirilməsi, Avropa qanunvericiliyinin yaradılmasıdır.
Bu ümumi sözlər arxasında konkret işlər dayanmalıdır. Amma Gürcüstan assosiasiya haqda sazişi imzalayandan sonra öz öhdəliklərini yerinə yetirmək istiqamətində davamlı irəliləmir.
Ən yaxşı vəziyyət ətraf mühitin mühafizəsi sahəsindədir. İnsan haqları sahəsində də əhəmiyyətli dəyişikliklər var – məsələn, məişət zorakılığı ilə bağlı qanunvericilik dəyişdirilib. Əməyin mühafizəsi aqda qanunvericilik təkmilləşdirilib.
Amma bütün bunlar dəryada bir damladır.
Gürcüstanla bağlı halda vəziyyət məhz həlledici məsələlərdə pisdir – bu qanunun aliliyi, ədalətli məhkəmə sistemidir.
Əsas problem ədalətdir
Gürcüstanın Avropaya gedən yolunu bağlayan ən böyük problem məhkəmə sistemidir.
Avropa İttifaqı və ABŞ Dövlət Departamentinin hesabatları da bundan xəbər verir.
Uzun illər müstəqil məhkəmə sisteminin problemləri üzərində çalışmış hüquqşünas Giorgi Mşvenieradze deyir ki, hələlik bu istiqamətdə ancaq zahiri dəyişikliklər var:
“Kağız üzərində islahat aparmaq olar. Amma məsələ onun yerinə yetirilməsindədir. Hələlik biz dövlətin beynəlxalaq aləmdən çox da fərqlənməmək üçün hazırkı vəziyyəti bəzədiyini görürük. Amma bizim tərəfdaşlarımız artıq açıq şəkildə bildirirlər ki, Gürcüstan məhkəməsinin müstəqilliklə bağlı problemi var və onu aradan qaldırmaq üçün hökumət iradə nümayiş etdirməlidir”.
Regional kontekstdə yox, təkbaşına müraciət etmək strateji olaraq nə dərəcədə doğrudur?
Gürcüstan Avropa İttifaqının tarixində Aİ üzvlüyünə təkbaşına müraciət edən üçüncü ölkə olacaq. Buna qədər ancaq Yunanıstan və Xorvatiya eyni addımı atıb.
Həqiqətən də təcrübə göstərir ki, regionun bir neçə ölkəsinin Avropa İttifaqına inteqrasiya üçün birgə müraciəti hansısa ayrıca bir ölkənin təşəbbüsündən daha realdır.
Buna görə də, məsələn, Gürcüsta kimi Avropaya can atan Ukrayna və Moldova ilə birgə müraciətin çəkisi daha yüksək olardı.
Ukrayna və Moldova ilə birgə bəyanatın üstünlüyü həm də ondadır ki, bu ölkələr Gürcüstandan fərqli olaraq Avropa İttifaqı ilə quru sərhədinə sahibdirlər. Sərhəd isə üzvlük üçün mühüm rol oynayır. Quru sərhədi olmadan Aİ-ə daxil ola bilən yeganə ölkə Yunanıstandır.
Amma bu mərhələdə üç ölkə əməkdaşlıqla və Aİ-yə birgə daxil olmağa hazırlıqla bağlı ciddi niyyət nümayiş etdirməyib – Çxikvadze hesab edir.
Aİ-ə ölkələrin birgə daxil olması prosedurunun müsbət tərəflərindən başqamənfi tərəfləri də var.
Gürcüstan islahatlar planında Ukrayna və Moldovanı çox qabaqlayır. Əgər Avropa Komissiyası bu üç ölkənin birgə müraciətinə baxsa, Gürcüstan artıq özünün apardığı islahatların Ukrayna və Moldovada da başlamasını gözləməli olacaq.
Cənubi Qafqaza gəlincə, burada vəziyyət daha qarışıqdır. Gürcüstanın region üzrə qonşuları hələ hansı istiqamətə yönəldiklərinə qəti qərar verməyiblər – onların hətta Avropa İttifaqına qəbul olmağı hədəflədikləri haqda bəyanları da yoxdur. Buna görə də Avropa İttifaqına onlarla birgə yol hədsiz uzun və çətin olacaq.
Bütün bu statusları və mərhələləri çox vacib hesab etmək olarmı?
Avropaya inteqrasiya yolunda hər bir addım çox vacibdir və hər birinin öz siyasi yükü var
Gürcüstan Avropa İttifaqına inteqrasiya yolundadır, amma statussuz. Assosiasiya haqda saziş imzalanandan sonra Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən də Gürcüstanın eyni zamanda “potensial tərəfdaş” statusu alacağı gözlənilirdi. Amma bu baş vermədi. Assosiasiya haqda sazişdə “potensial namizəd” (European Perspective) statusunun adı çəkilmir.
Baxmayaraq ki, nəzəri cəhətdən ölkənin ilkin “potensial namizəd” (European Perspective) statusundan yan ötərək namizəd statusu alacağı mümkündür.
Ən son mərhələ üzvlük haqda sazişin imzalanmasıdır. Bu o deməkdir ki, ölkə uğurlu şəkildə namizəd statusundan keçib və artıq üzvlük gözləyən ölkə statusunu alıb. Bu mərhələdə ölkə Avropa İnstitutlarında müşahidəçi hüquqlarından yararlanır.
Qoşulma ssenarisi hər bir ölkə üçün fərdidir və çox şeydən asılıdır. Albaniya, Makedoniya, Çernoqoriya, Serbiya və Türkiyə artıq namizəd ölkələrdir. Bosniya və Herseqovina hələ Aİ-ə yaxınlaşmağa çalışır.
Baltikyanı ölkələr zamanında belə siyasi və iqtisadi iradə fadə ediblər və o qədər tez islahatlar həyata keçiriblər ki, bir çox mərhələləri ötürərək tezləşdirilmiş qaydada Avropa İttifaqının üzvü olublar.
Amma Qərbi Balkan ölkələri ilə bağlı halda bu prosedur daha çox uzanır. Gürcüstanda da bu proses daha əvvəl, 2004-cü ildə başlayıb, amma danışıqların növbəti mərhələsi yenə də uzanır. Yeri gəlmişkən, məsələn, danışıqlar prosesinin bərpası üçün Şimali Makedoniya 15 il sərf edib.
Türkiyə misalında isə Avropa inteqrasiyasının mərhələləri o qədər uzanıb ki, bu gün hətta namizəd ölkənin özü də üzvlüyə marağını itirib.
2024-cü ildə nə olacaq?
Gürcüstan 2024-cü ildə Avropa İttifaqına üzvlük üçün müraciət edəcək, hazırlaşmaq üçün də az vaxt qalıb. Amma yenə də bu vacib və dəyişikliklər dolu prosesə hazırlaşmaq üçün vaxt var. Ən əsası siyasi iradə və islahatlara hazır olduğunu nümayiş etdirməkdir – Çxikvadze hesab edir.
Məhkəmə sistemində islahatlar da bi siyahıda birinci yerdədir.
Marokko ilə baş verənlər çətin ki, Gürcüstanın da başına gəlsin. Bu ölkənin müraciəti qyeri-Avropa ölkəsi olmasıəsasında dərhal rədd edilib.
“Bir neçə il əvvəl Gürcüstan Şərqi Avropa ölkəsi kimi tanınıb. Düzünə qalsa, çox qeyri-müəyyən və ziddiyyətli termindir, amma eyni zamanda Marokko ssenarisinin bizə tətbiq edilməyəcəyinə əsas verir”, – Çxikvadze deyir.
Amma Gürcüstanla bağlı prosesin uzanacağı təhlükəsi realdır.
Bundan başqa, Avropa İttifaqına üzv ölkələrin əksəriyyətinin təşkilatın gələcək genişlənməsi ilə bağlı skeptik yanaşmasını nəzərə almaq lazımdır.
Eyni zamanda Gürcüstanın Aİ ölkələri arasında ciddi tərəfdarları da var. Bunlar əsasən Avropa İttifaqına yeni qoşulan ölkələrdir. Bu sırada ilk Polşanı qeyd etmək olar. Onlar Gürcüstanın Aİ tərkibinə qəbul olunmasında maraqlıdırlar.
Amma Gürcüstan digər üzv ölkələri də əmin etmək üçün əsaslı arqumentlər təqdim edə bilməsə, tərəfdarları Gürcüstana kömək edə bilməyəcək. Bu arqumentlər islahatlar, qanunvericilik dəyişiklikləri, siyasi və ya iqtisadi vəziyyətin yaxşılaşması olmalıdır.
Gürcüstan Avropa İttifaqına üzvlük üçün müraciət etməyə hazırlaşdığı müddətdə, yəni 2024-cü ilə qədər onu dəstəkləyən ölkələrlə əlaqələri daha fəal möhkəmləndirməlidir:
“Bizim diplomatik missiyalarımız bu resursdan maksimum istifadə etməlidir. Bizə həmçinin Avropa İttifaqının genişlənməsinə şübhə ilə yanaşan üzv ölkələrdə də daha fəal işləməliyik”.
Çxikvadze baş nazirin üzvlüyə müraciət tarixini açıqlamasını doğru qərar hesab edir.
“Gürcüstan artıq Avropaya inteqrasiya yolunda müəyyən mərhələləri keçib. Əgər müraciət etsə, top Avropa İttifaqının meydançasına keçəcək. Yəni bütün proseslər artıq Gürcüstanın Avropa İttifaqının bir hissəsi olub-olmaması nisbətində baş verəcək”.