Gürcüstan əhalisinin 21,3%-i yoxsulluq həddindən aşağı vəziyyətdə yaşayır
Gürcüstan əhalisinin 21.3%-i (794 min nəfərə qədər insan) 2020-ci ildə yoxsulluq həddindən aşağı səviyyədə yaşayıb. Bu o deməkdir ki, vacib olan minimal həyat şərtləri bu insanlar üçün əlçatmazdır.
Milli Statistika İdarəsinin məlumatına əsasən, ölkədə yoxsulluq həddindən aşağı səviyyətə yaşayan insanların sayı ilbəil artıq. Məsələn, 2019-cu ildə bu kateqoriyaya əhalinin 19,5%-i aid idi, bir il sonra 70 minə yaxın insan onlara əlavə olundu.
Kəndlərdə vəziyyət şəhərlərə nisbətən daha pisdir. 2020-ci ildə kənd əhalisinin 27,5%-i, şəhər əhalisinin isə 17,1%-I yoxsulluq həddinin altında yaşayırdı.
- Gürcüstanda 30 minə yaxın uşaq sabundan istifadə və evdə yuyunmaq imkanından məhrumdur – UNICEF
- “Anam məni danlayırdı: kitablar nəyinə lazımdır! Ondansa ərə get” – Gürcüstanda tənha qocalıq haqda
Gürcüstanda əhalisinin təxminən yarısının (43 faizi) sosial müavinət aldığı regionlar var. Bunlar Gürcüstanın ən az əhalisi olan dağ regionlarıdır – Raça-Leçxumi və Kvemo Svaneti.
Böyük regionlardan əhalinin əksəriyyətinin ağır vəziyyətdə yaşadığı qərb regionları Sameqrelo və Quriyadır. Sameqrelo regionunda Abxaziyadan məcburi köçkünlərin böyük hissəsi yaşayır.
Ən az sosial müavinəti Samtsxe-Cavaxetiya və İmereti regionlarında alırlar. Bunu bu iki regionda miqrasiya həddinin xüsusilə yüksək olması faktı ilə izah etmək olar.
Cavaxetiyada etnik ermənilər kompakt yaşayır və onilliklər boyunca yerli kişilər mövsümi işlərdə çalışmaq üçün Rusiyaya gedirlər.
İmeretidən Avropaya – İtaliya, Yunanıstan, o cümlədən də Türkiyəyə böyük miqrant axını gedir.