Gürcü şərabı: uğurun arxasında nə dayanır?
Gürcü çaxırı Gürcüstanın əsas ixrac məhsulu, vizit kartı və hətta həyat tərzidir. Son illərdə Gürcüstan şərab ixracını getdikcə artırır. Bu, əlbəttə ki, iqtisadiyyat üçün müsbət haldır. Amma məlum olur ki, hər şey o qədər də sadə deyil – məhz başgicəlləndirici uğur nəticədə gürcü şərabının nüfuzuna xələl gətirə bilər. Ən pis vəziyyət də heç bir problemin ola biləcəyi təsəvvür edilməyən yerdədir.
JAMnews-un Gürcüstan, Rusiya və Ukraynadan hazırlanan xüsusi layihəsində biz gürcü şərabının ixraca necə göndərildiyi, Gürcüstan üçün əsas bazarlara çıxarılan məhsulun keyfiyyətinin necə olduğu, istehçalçıların, istehlakçıların və peşəkarların bu məhsul haqda nə düşündüyü və gürcü şərabının digər ölkələrin şərabları ilə rəqabətdə şanslarının nədən ibarət olduğu haqda danışacağıq.
Gürcü şərabının ixracı hər il artır. 2021-ci ilin doqquz ayı ərzində 374 Gürcüstan şirkəti artıq xaricə 72 milyon şüşə şərab ixrac edib ki, bundan da 168 mlyon dollardan çox qazanc əldə edib.
Müqayisə üçün – 10 il əvvəl bütün 2011-ci il ərzində 19 milyon şüşə şərah ixrac edilmişdi və qazanc 50milyon dollar təşkil etmişdi.
Bu il gürcü şərabı dünyanın 62 ölkəsinə ixrac edilib. Amma 43 milyondan çox şüşə və ya bütün ixracın 60 faizindən çoxu bir ölkəyə – Rusiya Federasiyasına gedib. Gürcü şərabı üçün əhəmiyyətinə görə ikinci bazar Ukraynadır, bütün ixracın 12 faizinə yaxını onun payına düşüb.
Rusiya embarqosu aradan qalxandan sonra yüksəliş və risk
“Kvareli şərab zirzəmisi” Gürcüstanın ən böyük şərabçılıq şirkətlərindən biridir, öz məhsulunun 100 faizini ixrac edir.
“Ən başından bizim strategiyamız ancaq ixrac üçün işləməkdəndan ibarət idi. Gürcüstan bazarı böyük deyil və bizə xarici bazara çıxmaq maraqlı idi. Amma ən başından bizim böyük iddialarımız yox idi”, – şirkətin direktoru Oto Tabatadze deyir.
O, bizə müəssisəni göstərir və biznesin 100 min şüşədən beş milyon şüşəyə necə yüksəldiyi haqda danışır.
Şirkət 2008-ci ildə yaradılıb – yəni siyasi ziddiyyətlər fonunda Rusiya Gürcüstan şərablarının idxalına qadağa qoyandan iki il sonra. Müvafiq olaraq şirkətin ilk ixrac bazarı ancaq Belarus və Ukrayna olub.
2013-cü ildən, Rusiya bazarlarının Gürcüstan məhsullarının üzünə açılandan sonra isə “Kvareli zirzəmisi”nin şərab ixracı birinci il üç dəfə artıb: “Buna qədər bizdə maksimum 400 000 şüşə olurdusa, 2013-cü ildə bi 1 200 000 ixrac etdik”, – Oto Tabatadze deyir.
O vaxtdan bəri “Kvareli zirzəmisi” böyük şirkətlərin əksəriyyəti kimi məhsulunun böyük hissəsini Rusiyaya ixrac edir – şirkətin həyata keçirdiyi satışın 65 faizinə yaxını bu ölkənin payına düşür. Belarus və Polşanın hər birinin payına düşən 10 faiz təşkil edir, qalan 15 faiz isə Qazaxıstan, Ukrayna, İsrail, ABŞ və Türkmənistan arasında bölünür.
Rusiyaya şərab ixrac edən bütün şərabçılıq şirkətləri kimi “Kvareli zirzəmisi” də qeyri-stabil və gözlənilməz bazardan asılılığın risklərinin fərqindədir:
“Biz anlayırıq ki, bu bazar istənilən an bağlana bilər, çünki bu ölkə heç bir məntiqə tabe deyil və orada qərarlar siyasi məqsədlərlə qəbul edilir. Biz çalışırıq ki, Rusiya payını maksimum azaldaq və bunun hesabına istənilə başqa bazarı günişləndirək”, – Oto Tabatadze deyir.
Onun sözlərinə görə, ən yaxşı stabillik zəmanəti Avropa İttifaqı bazarıdır, irkət isə digər bazarlarda özünü təsdiqləmək üçün səylərini əsirgəmir və hətta ən kiçik sifarişlərdən də imtina etmək niyyətində deyil: “Biz bir çox şirkətlərlə 500-600 şüədən başlamışdıq və onlarla birlikdə böyüyürdük”.
“Kvareli zirsəmisi”nin direktoru deyir ki, Rusiyadan asılı olan şirkətlər “uzun müddətli inkişaf, stabillik hissinə sahib deyillər və uzun müddətli investisiyalar edə bilmirlər”.
2006-cı ilə qədər gürcü şərabının ixracı az qala tam, 90 faizdən çox Rusiya bazarından asılı idi. Məsələn, 2005-ci ildə Gürcüstandan təxminən 57 milyon şüşə ixrac edilib ki, bunun 52 milyondan çoxu Rusiyaya gedib.
2006-cı ildə Rusiya Gürcüstana qarşı embarqo qoyub. Müvafiq olaraq birinci il şərab ixracı kəskin azalıb və 2007-ci ildə 57 milyon şüşədən 11 milyon şüşəyə düşüb.
2013-cü ildə Rusiya bazarı yenidən açılandan sonra isə son səkkiz il ərzində şərab ixracı ilbəil artır. Nəticədə istehsal olunmuş şərabın böyük hissəsi yenə də Rusiyaya çatdırılır.Foto: JAMnews, mənbə — Gürcüstan Milli Şərabçılıq Agentliyi
“Əlbəttə, Rusiya bazarının açılması bu sektor üçün yaxşı rol oynadı. Kəmiyyət baxımından ixrac artıb. Amma biz hesab edirik ki, konkret bir bazardan hədsiz asılılıq pisdir. Üstəlik bu bazar stabil deyil”, – Mişşi Şərabçılıq Agentliyinin rəhbəri Levan Muxuzla deyib.
Onun sözlərinə görə, Rusiya bazarından asılılığın tarixi öncəsi var. Gürcüstan şərabçılığının industrializasiyasının başladığı XIX əsrdən təbii ki, əsas satış bazarı Rusiya idi. Sovet dövründə isə Qərbə ixracdan sphbət belə gedə bilməzdi.
“Əlbəttə, bütün bunlar tanınmağa təsir edirdi. Faktiki olaraq demək olar ki, ancaq 2013-cü ildə Dövlət Şərab Agentliyi gürcü şərabını dəstəklənməsi proqramını başladandan sonra o, müasir bazarlarda tanınmağa başladı”.
2020-ci ildə Transparency International qeyri-hökumət təşkilatı Gürcüstan iqtisadiyyatının Rusiya bazarından asılılığının təhıükəsini dəyərləndirdi. Təşkilatın dərc etdiyi hesabatda deyilir ki, Gürcüstan şərabının ixracının Rusiya bazarından yüksək asılılığı Gürcüstanın iqtisadi təhlükəsizliyi baxımından ciddi problemdir və özündə siyasi riskləri ehtiva edir.
İqtisadçı Zviad Xorquaşvili deyir ki, eyni problem ancaq şərabla yox, digər mallarla bağlı da mövcuddur – Rusiya hələ də Gürcüstanın əsas üç ticarət tərəfdaşlarından biridir.
“Biz hələ də ucuz bazarı mənimsəyirik. Normal inkişaf etmiş ölkə Rusiya bazarını Avropa İttifaqı bazarlarından üstün tutmaz. O halda ki, Aİ-də alıcılıq qabiliyyəti Rusiyadan yeddi dəfə yeksəkdir”.
Səkkiz min illik tarixə baxmayaraq, Gürcüstan şərabı dünyada az tanınır. Milli Şərabçılıq Agentliyinin sədri deyir ki, Qərb bazarlarında özünü təsdiq etmək üçün stabil və məqsədyönlü marketinq kampaniyası lazımdır. Dövlət proqramı çərçivəsində bu istiqamətdə ancaq strateji bazarlar – Avropa, ABŞ, Çin üzrə işləyirlər. Keçmiş SSRİ ölkələri üçün isə büdcədən heç nə xərclənmir – bu gün dövlət siyasəti belədir.
Bazarın diversifikasiyası yeganə həll yoludur
Zviad Xorquaşvili hesab edir ki, yeganə çıxış yolu bazarın diversifikasiyasıdır. O deyir ki, ölkədə istehsal artmalıdır və Gürcüstan bazarı varlı ölkələrin tələblərini təmin etmək iqtidarında olmalıdır: “Bu, hər eydən əvvəl investisiya tələb edir. Ölkədəki iqtisadi və siyasi mühit elədir ki, investisiyalar getdikcə azalır”.
Milli Şərabçılıq Agentliyi də yeganə çıxış yolunu bazarın diversifikasiyasında görür:
“Şirkətlər var, deyərdim ki, nümunəvi şirkətlərdir, Rusiya bazarının stabil olmadığını tam dərk edirlər. Onların məhsuluna Rusiyada böyük tələbat olsa da, onların bu bazara çatdırdığı məhsul 30 faizi keçmir. İstəyərdim ki, digərləri də onları nümunə götürsün”, – Levan Muxuzladeyir.
“Kindzmarauli Korporasiyası” diversifikasiya bazarı olan şirkətlərdən biridir. Şirkət 1996-cı ildən ixracla məşğuldur və dünyanın 22 ölkəsinə ümumilikdə iki milyon şüşə şərab ixrac edir. Rusiyanın payı üç faizdən azdır.
“Məndən ağıllı adamlar deyirlər ki, eşşək palçığa bir dəfə batar. Buna görə də biz bu gün bir qədər ehtiyatlıyıq”, – şirkətin baş direktoru Nuqzar Ksovreli embarqodan əvvəl Rusiya bazarından daha çox asılı olduqları zamanı yada salaraq deyir.
“Bizim marketinqimiz və fəaliyyətimiz daha stabil bazara köklənib. Bu gün biz Çinə ən çox sayda şərab göndəririk, ikinci yerdə Ukrayna, üçüncüdə isə Almaniyadır”.
“Kindzmarauli Korporasiyası” Kiyevdə 2013-2014-cü illərdən fəaliyyətə başlayıb və indi bu bazarda praktiki olaraq bütün növ şərablar təmsil olunub:
“Qiymət seqmenti kifayət qədər yüksəkdir. Orada bahalı premium-klass şərablara tələbat var. Qırmızı, çloxillik şərablar da onlara aiddir. Bu, maraqlı bazardır, o mənada ki, istehlakçılar bu məhsul haqda yaxşı məlumatlıdırlar”, – Nuqzar Ksovreli deyir.
Tələbat və təklif – kütləvi ixraca nə gedir?
Rkatsiteli, Kaxetiya Mtsvane, Tsinandali, Saperavi, Mukuzani, Alazan dərəsi, Kindzmarauli, Xvançkara, Tvişi, Tsolikauri, Ocaleşi – bunlar “Kvareli zirzəmisi”nin ixrac etdiyi şərabların natamam siyahısıdır. Şirkət ən çox kəmşirin qırmızı şərablar istehsal edir.
“Bizdə həm kütləvi tələbata uyğun şərablar da var, kvevridən ehtiyat şərablar da (içində ərab saxlanılan torpağa dasdırılmış gil küp). Əlbəttə ki, onların qiyməti xeyli bahadır [$15-a qədər]. Belə şərablar MDB ölkələrindənsə Avropa və Amerikada daha çox satılır”, – Oto Tabatadze deyir.
Onun sözlərinə görə, bu, istehlakçının dərrakəsi ilə bağlıdır və gürcü çaxırı Rusiya, Belarus, Ukrayna və ya digər postsovet ölkələrinin istehlakçıları üçün bahalı olmamalıdır:
“Əsasən orada kəmşirin şərablara: təxminən üç dollara olan Kindzmarauli və 1,9-2 dollarlıq Alazan dərəsinə tələbat var”.
Milli Şərabçılıq Agentliyinin sədrinin sözlərinə görə, postsovet ölkələrində şirin və kəmşirin şərablara tələbat iki amillə müəyyən olunur: gəlirlər və alıcılıq qabiliyyəti, yəni əhalinin iqtisadi durumu, ikincisi isəşərab istehlakı mədəniyyəti.
“Şimali və Şərqi Avropada tarixən əsas baqa spirtli içkilər istifadə olunub. Şərab mədəniyyəti nisbətən gec yaranıb və sıradan istehlakçılar kəmşirin və şirin şəhablara üstünlük verirlər”, – Levan Muxuzla deyir.
Onun sözlərinə görə, belə ölkələrdə Gürcüstanı ənənəvi olaraq Kindzmarauli və Xvançkara şərabları ilə tanıyırlar – “bunlar yarı-əfsanəvi adlardır və bunda pis heç nə yoxdur”.
Milli Şərabçılıq Agentliyinin məlumatına əsasən, ötən il ixracın böyük hissəsi (18 676 195 şüşə) Kindzmaraulinin – istehsal edildiyi yerin adını daşıyan qırmızı kəmşirin şərabın payına düşüb.
Levan Muxuzla deyir ki, Qərb bazarlarında mənzərə tam fərqlidir: “Orada, hazırda bizim də özümüzü təsdiqləməyə çalışdığımız, məsələn, Birləşmiş Ştatlarda əsasən kvevri və ya qırmızı turş şərablar satılır”.
Bəs keyfiyyət?
“Milyonlarla satılmış şüşə yaxşı şərab demək deyil”, – 20 ildən çox şərabla bağlı mövzuları işıqlandıran somelye və jurnalist Levan Sebiskveradze deyir. O hesab edir ki, Rusiya bazarlarına istiqamətlənmək gürcü şərabı üçün uğur zəmanəti olmayacaq, çünki bu bazar keyfiyyətsiz və ucuz şəraba üstünlük verir.
“Rusiya istənilən həcmdə şərabın axıdıldığı nəhəng dəlikdir. Biz bu dəliyi doldura bilmərik. Yaxud da əgər biz onu doldursaq, bununla nəyə nail olacağıq? Bizim keyfiyyətimiz, nüfuzumuz ziyan çəkir və çoxları düşünür ki, gürcü şərabı üç dollara satılandır”.
Onun sözlərinə görə, gürcü şərabı bu gün kütləvi şəkildə istehsal olunan və ixrac ediləndən daha artığıdır – daha bahalı, keyfiyyətli, yüksək ənənələri olan.
“Bizim işimiz kvevri şərabıdır, bahalı şərab, hansısa qəribə kütlə yox – təəssüf ki, bu şərabları ancaq belə adlandıra bilərəm”.
Milli Şərabçılıq Agentliyindən bildirilir ki, “əgər bu gün inkişaf edən nəsə varsa, bu, unikal məhsul hazırlayan ailə zirzəmiləridir”.
Levan Muxuzla deyir ki, əgər 2013-cü ildə 50 şərabçılıq müəssisəsi qeydiyyatdan keçmişdisə, indi 1500-ə yaxındır:
“Bizi heç tanımadıqları yerə biz unikal kvevri şərabı və ya qırmızı turş şərablarla çıxırıq”.
“Bu, Gürcüstan şərabçılığının iki-üç faizidir”, – Levan Sebiskveradze deyir. O, hesab edir ki, dövlət şərabçılıq sahəsinin real inkişafında maraqlı deyil:
“Şərabçılıq haqda seçkilər vaxtı xatırlayırlar. Onlar büdcədən pul götürürlər və havaya sovururlar – bu, üzüm yığımının subsidiyalaşdırılması adlanır. Böyük şirkətlər, böyük şərabçılıq müəssisələri böyük pullar qazanırlar. Bu, Gürcüstan şərabçılığına heç nə əlavə etmir. Bu pullar havayı xərclənib”, – Sebiskveradze deyir.
2008-ci ildən dövlət hər il məhsul yığımının subsidiyalaşdırılmasına milyonlarla lari xərcləyir. Bu seçkilərə il bir neçə ay qalmış büdcədən 100 milyon lari [31 mln. dollara yaxın] ayrılıb. Bu məbləğdən dövlət şərabçıların kəndlilərdən üzüm almasını qismən kompensasiya edir.
Milli Çərabçılıq Agentliyinin sədri inkar etmir ki, bu, ancaq böyük şirkətlərə gəlir gətirir nvə deyir ki, “subsidiya olduğu zaman istınilən halda daha çox üzüm alan qazanclı çıxır”.
Onun sözlərinə görə, dövlətin planlarında gələcəkdə üzümün subsidiyalaşdırılmasını dayandırmaq var: “Subsidiyalara ehtiyacın qalmayacağı davamlı və özünü təmin edə bilən sektorun yaradılması daha doğru və məqbul olar”.
Levan Sebiskveradze hesab edir ki, əgər dövlət həqiqətən şərabçılıq sahəsinin inkişafına nail olmaq istəyirsə, subsidiya üçün ayrılan milyonlar daha yaxşı işlərə və tam fərqli istiqamətlərdə xərclənməlidir.
“Mən düşünürəm ki, əgər şərabçının öz biliklərini artırmaqsına kömək edərsə, maddi cəhətdən kömək edərsə, məsələn kvevri almağa, dövlət dəstəyi daha əhəmiyyətli olar. Kvevri hazırlanması məktəbini maliyyələşdirmək üçün, bu sahəni xilas etmək və inkişaf etdirmək üçün”.
Twins Wine Cellar şirkəti Kaxeti regionlarında kvevri istehsalına başlamaq istəyir. Müəssisəni yaradanlar əkiz qardaşlar Qiya və Qela Qamtkitsulaşvililərdir. Onların Napareuli kəndində kiçik zirzəmiləri var və onlar ancaq bahalı şərablar istehsal edirlər.
“Bizim şərabımız az sayda satılır, amma bu, kveri şərabıdır, əl işidir və bahalıdır”, – Qiya Qamtkitsulaşvili izah edir. Buna görə, hələlik istehsalı genişləndirmək çətindir, amma onların iddialı planları var.
Burada kvevridən ilk şərabı 2006-cı ildə süzüblər. Bu gün məhsulun 50 faizi şüşəsi 25 dollardan ixraca gedir.
“2009-cu ildən biz ilk olaraq Yaponiyaya kvevri şərabı ixrac etməyə başladıq. Sonra Rusiya, Çin, İsveç, Böyük Britaniya, Almaniya, ABŞ… kimi bazarlar da oldu”, — Qiya Qamtkitsulaşvili deyir.
Onun sözlərinə görə, onlar daima yeni bazarlar axtarırlar. Onların şərabına tələbat getdikcə artır, amma o, qeyd edir ki, “xaricdə kvevri şərablarının unikal xüsusiyyətlərini çox da yaxşı anlamırlar və böyük iş görmək lazım gəlir”.
Rusiya – gürcü şərabı haqda əfsanə
Gürcü şərabının Rusiya bazarına daşınmasının sürətli artımı 2013-cü ildə idxala qoyulan qadağa aradan qalxandan dərhal sonra başlayır.
Gürcüstan şərab ixracına görə Rusiyada sadəcə İtaliya və İspaniyadan geri qalmaq sürətlə üçüncü yerə çıxıb və həgtta Fransanı da geridə qoyub. JAMnews-la söhbətində Rusiya Riteyl Bazarı Ekspertləri Assosiasiyasının vitse-prezidenti, WineRetail layihəsinin informasiya rəhbəri Aleksandr Stavtsev bildirib.
2020-ci ildə Gürcüstandan idxal 7 faiz azalıb, 2021-ci ildə isə yenidən yüksəlib.
Rusiyalı eskpertlərin bildirdiyinə görə, gürcü məhsulunun belə populyar olmasının iki səbəbi var. Birinci növbədə, Sovet İttifaqı dövründə gürcü şərabı ən yaxşı hesab olunurdu və yaşlı nəslin əksər nümayəndələri hələ də belə hesab edirlər.
İkinci səbəb isə turizmdir.
“Rusiyada şərabdan çox əfsanə içirlər. Gürcüstan mühüm turizm istiqamətinə çevrilib və insanlar, o cümlədən də gənclər Gürcüstna gələndə bu şərablardan içmək istəyirlər, çünki bura Gürcüstandır. Hətta keyfiyyətinə belə baxmadan.ə Gürcüstan Rusiya bazarında böyük brend və böyük mifdir”, – Stavtsev deyir.
Amma ekspertin fikrincə, Gürcüstandan idxalın kütləviliyi keyfiyyətin xeyrinə işləmir. Və sonsuza qədər bellə dava edə bilməz.
“Gürcüstan indi yaxşı təmsil olunub,amma gec, ya tez alternativ tapılacaq… Bazar tərəddüd edir və hansısa məqamda “Gürcüstanın kəmşirin” köpüyü partlayacaq”, – Stavtsev deyir.
Digər ekspert – Rusiya Somelye və Ekspertlər İttifaqının rəhbəri, əslən gürcüstanlı Artur Sarkisyan da onunla razıdır.
“Gürcüstan Rusiya bazarında ən böyük yerlərdən birini tutur, amma bu, uzun müddət davam etməyəcək. Burada rəqabət çox böyükdür”, – Sarkisyan deyir.
Gürcüstanlı istehsalçılar Rusiyanın “hər şeyi həzm etməsindən” sui-istifadə edirlər və əsasən bura keyfiyyətsiz ucuz şərab ixrac edirlər və digər ölkələrdə bu şərab çətin ki, bu həcmdə satıla bilərdi – ekspert hesab edir.
“Təəssüf ki, Rusiya Gürcüstan istehsalçılarının əksəriyyəti üçün elə bir yerdir ki, bura nə göndərsən satılacaq. Amma bundan önkənin imici ziyan çəkir”.
Sarkisyanın sözlərinə görə, Rusiyada artıq idxal üzrə məhdudlaşdırıcı dequstasiya komissiyaları yaradılır ki, bunlar da keyfiyyətsiz şərabları ələyəcək. Bu da o deməkdir ki, Rusiyaya gətirilən şərablar üçün qaydaların sərtləşdiriləcəyi riski var.
Gürcüstan Rusiyanın daha keyfiyyətli və bahalı şərablar seqmentində təmsil olunubmu? Rusiyalı ekspertlər bildirirlər ki, praktiki olaraq yox.
“Əgər Gürcüstan burada rəqabətə girmək istəsə, ona çətin olacaq. Avropa ölkələrinin, elə Rusiyanın özünün də Rusiya bazarında öz şərablarının ttəbliği üçün marketinq proqramları var, Gürcüstan isə ölkə olaraq buna yatırım etmir”, – Aleksandr Stavtsev bildirir.
Onun sözlərinə görə, Gürcüstanda bahalı yüksək küyfiyyətli ərablar da istehsal olunur, amma onları Rusiyada müvafiq dəstək olmadan satmaq çətin olacaq. Keyfiyyətli gürcü şərabının təbliği ilə – marketinq kampaniyaları, lazımi bürokratik prosedurlarla – Rusiyada heç kim məşğul olmur.
Müvafiq olaraq, “Gürcüstan Rusiyada kvalifikasiyalı və layiqli alıcılarını itirir”.
“Rusiya bazarı çox böyükdür və biz premium və orta səviyyəli şərablardan danışanda, Gürcüstan burada yoxdur, o, çox aşağı seqmentdədir. Gürcüstan hökuməti buna diqqət yetirməlidir, istisna deyil ki, istehlakçıya qarşı belə hörmətsiz münasibət iqtisadiyyat üçün ciddi fəsadlara gətirib çıxara bilər”, – Artur Sarkisyan bildirib.
Ukrayna – seçim imkanı var
Ukrayna gürcü şərabı üçün əhəmiyyətinə görə ikinci bazardır. Rusiya bazarından fərqli olaraq bu bazar daha dostcanlıdır və burada Gürcüstan məhsullarına həmişə şaddırlar, istehlakçıları ya yaxın gələcəkdə heç bir siyasi risk və bir anın içində bazarı itirmək qorxusu gözləmir.
2020-ci ildə Gürcüstan Ukraynaya şərab idxalına görə İtaliya və Fransadan sonra üçüncü yeri tuturdu.
Postsovet ölkələri kimi Ukrayna bazarının da Rusiya bazarı ilə ümumi cəhətləri çoxdur – məsələn, burada ən çox tələbatın olduğu gürcü şərabının assortimenti. Rusiyada olduğu kimi burada da şərti olaraq “Alazan dərəsi” adlandırılan ucuz kəmşirin şərablar daha çox satılır.
Ölkənin ən böyük on şərab idxalçısı sırasına daxil olan “Şevçenko” şirkətinin kommersiya direktoru Sergey Sinçenko deyir ki, şirkət stabil olaraq gürcü şərabının idxalını artırır, hətta pandemiyaya baxmayaraq, son iki ildə də tendensiya pozulmayıb.
Onların arasında turş şərablar da var, amma əsas hissəsi kəmşirin şərablardır. Sinçenko bunu tarixi xüsusiyyətlə izah edir.
“Bu, SSRİ-dən qalma irsdir, o zaman seçim imkanı yox idi. Olanlar arasında isə gürcü şərabları ən yaxşısı premium idi. Biz portfeldə 600-ə qədər adda şərab var. Amma mənim 65 yaşlı anam ona “Kindzmarauli” gətirməyimi xahiş edir. Belə insanlar da kifayət qədər çoxdur”.
Onun sözlərinə görə, son zamanlar Gürcüstanda şərabçılıq doğru istiqamətdə inkişaf edir, turş şərablar, kvevri şərabları, orijinal üzüm növlərindən – Kisi, Xixvi şərablar çoxalır. Bazarda öz yerini tutan premium şərablar hazırlanır. Amma əsas satışlar ucuz şərablar seqmentində baş verir.
“Alkomaq” mağazalar şəbəkəsinin və “Vinovnik” restoranının somelyesi Aleksandr Kotov gürcü şərabları haqda danışarkən Gürcüstanın hər sadə sakinin eşitmədiyi şərab regionlarının və yaşayış məntəqələrinin adlarını sadalayır.
O, təəssüflə deyir ki, belə zənglik, kefiyyət və müxtəliflik içində bütün idxalçıların satış flaqmanı kəmşirin və ya bəyaz şərabdır, “hansı ki, istehlakçını, onun zövqünü inkişaf etdirmir və istehlakçı bir yerdə addımlayır”. Onun sözlərinə görə, bu səbəbdən gürcü şərabına “sovet nəsnəsi” kimi yanaşırlar, buna görə də istehlakçı bunun üçün 300 qrivendən [$11 yaxın] çox ödəmək istəmir.
“Biz çalışırıq ki, onu inkişaf etdirək, dequstasiyalar, şam yeməkləri keçiririk, bir çox şərabçılar əsl Tsinandali və Kisinin dadına baxır və təəccüblənirlər ki, bu, gürcü şərabıdır, çünki Gürcüstandan belə bir şey gözləmirlər”, – Kotov danışır.
Ukraynada ən populyar gürcü şərabları perspektivdə Gürcüstan şərabçılığının imicinə ziyan vurur ki, bu da uzun müddətli perspektivdə onların bazardakı mövqeyinə də təsir edə bilər. İtaliyanın Somelyelər Assosiasiyasının üzvü və Ukraynada somelye məktəbinin əsasını qoyan Vitali Kovaç belə hesab edir.
“Məsələn, mən Gürcüstan şərabçılığına tövsiyə edərdim ki, imic üzərində işləsinlər, çünki (kütləvi gürcü şərablarına) alternativ tapmaq kifayət qədər asandır. Burada hələlik ölkələr və millətlər arasındakı münasibətlər işə yarayır. Gürcüstan şərabçılığı ölkəmizin bazarında yetərli iş aparmır”.
Amma Ukraynada gürcü şərabını başqa tərəfdən də tanıyırlar. Ukraynada tanınmış somelye Zorik Umanski “GoodWine” mağazalar şəbəkəsində şərab və tünd alkoqollu içkilərin satışına cavabdehdir. Bu şəbəkədə bütün dünyadan ancaq ən yüksək keyfiyyətli premium şərablar təqdim olunub.
Burada gürcü şərabı üçün də ayrıca bir hissə var. Umanskinin sözlərinə görə, “GoodWine”də Gürcüstandan 40 adda şərab təqdim edilib.
“Gürcüstan şərabçılığının qüruru olan və onun dünyadakı imicini dəyişən ən yaxşı gürcü şərablarını tapmaq çox da asan deyil. Onları satmaq da asan deyil”, – Umanski deyir. Amma onun sözlərinə görə, şirkət şərab satışıyla ancaq gəlir üçün yox, həm də məmuniyyət üçün məşğul olur.
Onun sözlərinə görə, gürcü şərabları kiçik bahalı istehsalçılar seqmentində kifayət qədər uğurla rəqabət aparır. Söhbət narıncı və turş qırmızı, o cümlədən də bio və təbii şərablardan gedir.
Amma onun sözlərinə görə, çox vaxt Gürcüstanın hətta ən keyfiyyətli şərab istehsalçılarına da stabillik çatmır – heç də hamıda məhsuldan məhsula yüksək keyfiyyəti dəstəkləmək alınmır.
Ukraynalı ekspertlər və sahibkarlar hesab edirlər ki, Gürcüstan şərabçılarına Avropa istehsalçılarının uğurlu təcrübələrini öyrənərək öz məhsullarını yaxşılaşdırmaq üçün hələ çox işləmək lazımdır. Həmçinin də onun təbliği və təşviqi üçün.
Gürcüstan bütün dünyada “narıncı” və ya “kəhraba” adlandırılan və son illərdə böyük tələbatın olduğu şərabın vətənidir. Amma ekspertlərin dediyinə görə, “narıncı” şərablar üzrə birinciliyi İtaliya, Sloveniya və digər ölkələrdən olan istehsalçılar Gürcüstanın əlindən alıblar.
Ukraynada şərab istehlakı və şərab bazarı stabil olaraq böyüyür, şərab içmək orta sinif arasında dəbə minir. Bu bazarda uğurla irəliləmək üçün isə Gürcüstan istehlakçıları həm də istehlakçıların zövqlərinin necə dəyişdiyini və gənc nəslin nələrə üstünlük verdiyini nəzərə almalıdırlar.
“Onu da demək lazımdır ki, sizdə ancaq “Alazan dərəsi” yox, həm də turş və digər şərablar da var. İstehlakçı beş yox, on avroya şərab görəndə, onu Avropa şərabı ilə müqayisə etməyə balayır. Bu kateqoriya üçün mübarizə aparmaq lazımdır – İtaliya, Fransa ilə. Demək lazımdır ki, “Biz şərab hazırlayanda fransızlar hələ ağaca dırmaşırdılar”. Narıncı şərabla gürcülər bunun “narıncı” yox, Kaxetiya şərabı olduğunu demək şansını əldən verdilər, bu haqda yüksəkdən danışmaq lazım idi. Beş-on il sonra şərab içəcək yeni nəsil bunu bilməlidir”, – Vitali Kovaç məsləhət görür.
“Cavanlar daha çox turş və bio, yaxud təbii şərablar içirlər, doğru istehlak və sağlam həyat tərzi ilə bağlı hər ey”, – Zorik Umanski danışır.
Ekspertlər həmçinin Ukraynada istehsal olunan, amma gürcü adları daşıyan şərablarla rəqabət probleminə də fikir verməyi tövsiyə edirlər. Əgər şərabda qismən də olsa Gürcüstan üzümündən istifadə olunubsa, bu qanunidir. Amma bu cür şərablar əsl gürcü şərabından iki dəfə ucuz olur.
Sergey Sinçenko bildirir ki, Gürcüstan dövləti adların qorunmasına daha çox diqqət yetirməlidir. Onun sözlərinə görə, məhz bu problem üzündən bir zamanlar Ukrayna bazarından əsl Çili şərabları yoxa çıxıb.
“Bundan başqa, təbliğatda da dövlətin dəstəyi vacibdir. Fransa, İtaliya, Portuqaliya fəal şəkildə dövlət siyasəti yürüdür, zəmanətlər verirlər. istehsalçılar gəlirlər, dequstasiya imkanı verirlər, idxalçı axtarırlar. Bu proses daha keyfiyyətli şəraba tələbata təkan verəcək”, – Sinçenko deyir.
Zorik Umanski hesab edir ki, keyfiyyətli gürcü şərabının Ukraynada təbliği üçün məhz gürcü çərablarının populyarlığı mane olur:
“Ukraynada problem ondadır ki, Gürcüstan şərabçılığının sovet dövründən qalma mənfi şleyfi var. Siz gürcü şərabının Böyük Britaniyada, Skandinaviyada, Yaponiyada uğurunu təsəvvür edin! Orada onu sözün əsl mənasında əldən qapır, haısını alırlar. Çünki orada hər şey təmiz səhifədn balayıb”.
“Gürcüstan doğru istiqamətdə irəliləyir və doğru şeylər edir. Gürcüstanın çox perspektivləri var – unikal növlər, tarixi təcrübə, orada şərabı sevirlər, şərab orada həyat tərzidir. Bu şeylər nəticə verəcək”, – Sergey Sinçenko əmindir.
Bundan başqa, Ukraynada gürcü şərabının böyük üstünlüyü var – gürcü mətbəxi. Kiyevdə gürcü restoranlarına demək olar ki, hər addımbaşı rast gəlmək mümkündür. Gürcü şərabı isə gürcü yeməkləri üçün ən məntiqli tamamlayıcıdır.