Gürcü məktəblərində rasizm imtahanı
Qızın anası Rusa Amiredcibi hadisəni belə nəql edir: dərslərdən birində onun 15 yaşlı qızı Mimi ilə mübahisə edərkən ona “ Cəhənnəm ol öz Afrikana, bizim cəmiyyətdə sənə yer yoxdu!.
Rusanı baş vermiş hadisədə insidentdən çox məktəbin reaksiyası hiddətləndirib. Bu ədəbsizliyin qarşısını almaq, yeniyetməyə rasizmin nə olduğunu başa salmaq yerinə Miminin anası məktəbə gedəndə direktor “ananın üstünə düşüb, qızının dərslərdən geri qaldığını və davranışının pis olduğunu deyib. Bütün bunların isə baş vermiş insidentlə heç bir əlaqəsi yoxdur.
“Sabu (Mimi-nin dava etdiyi uşaq) haqqında isə heç nə demədilər. Onun tərəfini tutdular, başını sığalladılar!, Rusa Amirecibi öz feysbuk səifəsində yazıb.
Feysbukda: bu hadisənin bir neçə şərhini görmək olar, hamısında da görünür ki, bu uşaq davasıdır və baiskar üzr istəyib.
Təhsil Nazirliyinin monitorinq və audit idarəsi bu hadisəni araşdırır. Təhsil Naziri Tamar Sanikidze də bəyanat yayaraq bildirib ki, əgər uşağa qarşı irqi ayriseçkilik sübüt olunarsa, bu halda o, özü şəxsən məktəbin müdriyyətinin “maksimal şəkildə cəzalandırılmasına nəzarət edəcək. Belə bir təəsurat yaranır ki, məktəb müdriyyətinin özü də hansı cəza tədbirlərinin həyata keçiriləcəyinə əmin deyil.
Bu Gürcüstanda irqi ayrıseçkilik məsələsinin açıq şəkildə müzakirə olunduğu ilk haldır. Reallıqda bu kimi halların nə qədər baş verdiyi haqqında fikir yürütmək çətindir. Bunun səbəbi mövzünün tabulaşdırılmasından çox Gürcüstanda vətəndaşların irqi mənsubiyyəti ilə bağlı statistika aparılmamasındadır.
Əldə edə bildiyimiz yeganə rəqəm, Gürcü məktəblərində avropoid irqindən olmayan uşaqların qeyri-rəsmi sayına yaxın göstəricidir. Təhsil Nazirliyində bizim sualımıza “təxminən 90 nəfər cavab verdi. Bir çoxları düşünür ki, bu cür statistikanın aparılmasının özü də bir diskriminasiyadır.
Gürcüstanda ayrıseçkilik və hüquq bərabərliyi məsələlərinə Xalq müdafiəçisi aparatı nəzarət edir. Ayrıseçkilik və hüquq bərabərliyi məsələləri üzrə aparatın rəhbəri Maka Stivensonun fikrincə, məktəblərdəki ayrıseçkilik faktları əsasən dini məsələlərlə bağlıdır. Bu hallarla üzləşən vətəndaşlar məsələni hüquqi müstəviyə keçirmək yerinə susmağa üstünlük verir. Onlar qorxur ki, məsələnin ictimailəşməsindən sonra uşaqları daha çox problemlə üzləşə bilər.
Noyabr ayından sonra nazirliyə dini hisslərin təhqir olunması ilə bağlı yalnız iki müraciət daxil olub. Bu müraciətləri nazirliyə zərərçəkmişlərin özü deyil, qeyri-hökümət təşkilatları ünvanlayıb.
2014-cü ilin may ayında Gürcüstanda “Bütün növ ayrıseçkiliyin aradan qaldırılması ilə bağlı qanun qəbul edilib.
Rusa Amirecibi məhz bu qanuna arxalanır.
“ Mən bu qanunun verdiyi imkanlardan yararlanacam, axı kimsə bu məsələni gündəmə gətirməlidir. Mən əminəm ki, bu ölkədə qaradərili uşaq tərbiyə edən tək valideyin deyiləm. Qoy o valideyinlər də mənə qoşulsunlar!