Gürcüstanın cənubundakı Marneuli şəhərində yaşayan etnik azlıqların əksəriyyəti gürcü dilini bilmir. Əvvəlki nəsillərin dövlət dilinə gündəlik həyatda ehtiyacı yox idi.
Yeni nəsil tədricən gürcü dilini öyrənməyə başlayır, lakin bu yolda çoxlu maneələr var. Yerli məktəblərdə ya ümumiyyətlə gürcü dili müəllimi yoxdur, ya da ixtisassızdır. Dil öyrənmək üçün ayrılan dərs saatları kifayət etmir, dərsliklər səhvlərlə doludur.
Azərbaycan icmasında yaşayan və gürcülərlə əlaqəsi olmayanlar üçün gürcü dilini öyrənmək xüsusilə çətindir. Lakin Gürcüstan azərbaycanlıları və erməniləri dil bilmədikləri üçün çox vaxt ayrı-seçkiliyə məruz qalırlar.
Bu videoda Qarik, Zulfina və Alina gürcü dilini necə öyrəndiklərindən, Marneulidə bunun üçün şəraitin olub-olmamasından və dili bilməyənlərin necə yaşadıqlarından danışırlar.
Material ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarlığının Ofisinin dəstəyi ilə Tolerantlıq və Müxtəliflik İnstitutunun (TDI) “Milli azlıqların mediada inklüziv və plüralist işıqlandırılmasının gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb. Materialda ifadə olunan fikirlər müəllifə məxsusdur və ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarının mövqeyini əks etdirmir.