Gürcü casusları Cənubi Osetiyada
Cənubi Osetiya Parlamentinin müzakirəsinə verilən qanun layihəsi nəinki cəmiyyətdə, həmçinin pfrlfmentarilər arasında da etiraza səbəb olub. Qanun layihəsi “Gürcüstanın xüsusi xidmət, təhlükəsizlik və kəşfiyyat orqanları ilə əməkdaşlığın qurulmasına görə cinayət məsuliyyəti haqqında adlanır. Cəza olaraq 50 min rubl [təqribən 800$] həcmində cərimə və ya iki ilə qədər azadlıqdan məhrumetmə təklif olunur. Qanun layihəsində göstərilir ki, “Gürcüstan xüsusi xidmət orqanlarına hətta dövlət sirri olmayan, amma Cənubi Osetiyanın təhlükəsizliyinə təhdid yaradan məlumatları qəsdən və ya bilməyərəkdən təqdim edən insanlara qarşı cəza tətbiq olunmalıdır. Təşəbbüs müəllifi Cənubi Osetiya hökumətinin özüdür.
Parlamentin hüquqi nəzarət idarəsinin rəisi Zita Besayeva hesab edir ki, təşəbbüs beynəlxalq normalara ziddir.
“Beynəlxalq hüquqa əsasən hər bir şəxs dövlət sirri olmayan və qanunla qorunmayan istənilən informasiyanı toplamaq və yaymaq azadlığına malikdir. Belə çıxır ki, bu qanun layihəsi birbaşa insan haqları və azadlıqlarını pozur. Fikrimcə, belə bir normanın mövcudluğa haqqı yoxdur.
Sxinvalda adının açıqlanmasını istəməyən dövlət məmuru qanun layihəsini zərərli adlandırıb:
“Bu qanun layihəsinin dəqiq tərifi yoxdur. Aydın olmayan qanunun qəbul edilməsi vicdansız məmurlar üçün əlyeri yaratmaq deməkdir, onlar bundan xoşlarına gəlməyən insanlara qarşı istifadə edə bilərlər. Misal üçün, məni Roka tunelinin çəkilməsi ilə bağlı qadağa təəccübləndirir, axı oradan hər gün minlərlə video-qeydiyyat cihazlı maşınlar keçir. Həmçinin biz respublikanın təhlükəsizliyi barədə danışırıqsa, niyə qanun layihəsində ancaq Gürcüstan göstərilir? Belə çıxır ki, amerikalılara bu cür məlumatları ötürmək olar?
Politoloq Alan Cussoyev “Эхо Кавказа radiostansiyasının efirində bu təşəbbüsü şərh edərkən deyib:
– Bu qanun layihəsindən aydın olmur ki, kim, harada, nəyi, kimlə müzakirə edə bilər və ya bilməz. Özü də kulinariyadan tutmuş hava durumuna qədər istənilən mövzunu. Çoxlarının Gürcüstanda qohumları var və deməli, onlar Gürcüstanla telefonla daşınır, bir çoxları müalicə üçün Gürcüstana gedir. Belə çıxır ki, azı iki-üç min yetkinlik yaşına çatmış insan bu qanuna görə məsuliyyət daşıyır. Deməli, üç min insan hər telefon danışığından və ya müalicəyə gedib-gələndən sonra 50 min rubl cərimə verməli olacaq. Bütün Leninoqor rayonunu isə tutmaq lazımdır. O cümlədən Znaur rayonunun yarısını və Dzaur rayonunun bir hissəsini – sərhəd ərazilərini nəzərdə tuturam.
“Эхо Кавказа radiostansiyasının elə həmin proqramında anonimlik şərti ilə çıxış edən digər Cənubi Osetiya eksperti bildirib:
“Belə bir qanun qəbul edilərsə, …respublikanın bütün sakinlərinə açıq olan gürcü rezidenturasının kataloqunu buraxmaq lazım olacaq.
Sosial şəbəkədə yayılan şərhlər də əsasən bu təşəbbüsə qarşı tənqidlərdən ibarətdir:
“İstənilən adamı məsuliyyətə cəlb edə bilərlər – Gürcüstana müalicəyə, qohumlarının yanına gedənləri, beynəlxalq tədbirlərə qatılanları, birinci növbədə də Cenevrə danışıqlarının və İnsidentlərin Qarşısının Alınması və Onlara Reaksiya Mexanizmi tədbirlərinin iştirakçılarını, problemlər haqqında yazan bütün jurnalistləri, bütün internet nəşrlərini. . Ağzını yummaq istədiyin istənilən arzu olunmaz şəxsi bu maddəylə ittiham etmək mümkündür.
Məqalədə bildirilən fikirlər müəllifin nöqtei-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.