Güclü külək Bakıda 80 ağacı aşırdı
Şiddətli külək 80 ağacı aşırıb, pəncərələri çərçivəsindən, şiferləri damlardan çıxarıb, şüşələri sındırıb. Bu noyabrın 29-da axşam və gecə Bakıda baş verib. İnsan tələfatı yoxdur. Rəsmi məlumatlara görə, bir avtomobil və restoranın damı xəsarət alıb.
Paytaxtın yaşıllaşdırma idarəsindən bildirildiyinə görə, bir çox ağaclar kökləri ilə yerindən çıxıb. Tufanın nəticələrini bütün gecə ərzində aradan qaldırmaq lazım gəlib, səər saatlarında iş hələ davam edirdi.
• Qışda Bakıda qızınmağın alternativ yolları
Bakı üçün güclü külək adi haldır. Şəhəri hətta qeyri-rəsmi olaraq “küləklər şəhəri” adlandırırlar. Bakının müasir adının da məhz fars dilindəki bu söz birləşməsindən yarandığı deyilir. Bakıda soyuq şimal-qərb küləyi “xəzri” adlandırılır.
Sosial şəbəkə istifadəçiləri tufandan sonra öz təəssüratları və macəraları ilə bölüşüblər:
«Hələ də özümüzə gələ bilmirik. Kiçik qızım maşından düşdü və evə tərəf gedərkən arxasında – kürəyindən bir neçə santimetr aralıda yerə şüşə düşdü. Küləyə nifrət edirəm!»
«Şifer parçası tövlədən qopdu, ana ilə qızı isə müəllimin evindən qayıdırdılar. Qız kənara çəkilə bildi, anası isə macal tapmadı – ayağına dəydi. Şükür ki, yüngülcə toxundu. Ayağı göyərib və şişib»
«Taksiyə tərəf qaçanda külək məni divara çırpdı. Sürücü maşından çıxıb məni birtəhər maşına tərəf apardı».