Qurban Verdiyev Şuşa şəhərindən məcburi köçkündür. İndi Azərbaycanın Bərdə rayonunun Mustafalı kəndində yaşayır. Kiçik emalatxanada tar hazırlayır.
Tarın hazırlanması uzun müddətli və çətin prosesdir. Qurban ustanın fikrincə, sənətkarın əsas vəzifəsi sənətin standartlarına mümkün qədər yaxın olmaqdır. Tarın ölçüsü, materialı, hazırlanma metodu – bütün bunlar əsrlər öncə müəyyən olub.
Qurbanın hələ lap gənc ikən işləməyə başladığı Şuşadakı tar fabrikində Mədəniyyət Nazirliyinin təsdiqlədiyi bu standartlara diqqətlə əməl olunurdu.
Qurban onun sənətinə marağın olmamasından gileylənir:
“Bir zamanlar tarla ümumiyyətlə heç kim maraqlanmırdı, o zaman mən sanki sənətdən incidim, işi buraxdım. Sonra isə yenidən başladım. Son vaxtlarda isə daha yaxşı olub, amma biz yenə də ildə bir-iki tar sata bilirik. Dəstəksiz ağırdır”.
Qurban Verdiyev hesab edir ki, turistlərin diqqətini cəlb etmək üçün sərgilər hazırlamaq lazımdır, bu yolla biznes inkişaf edərdi. Hələlik isə o, özünün də dediyi kimi, ənənəvi tarı “itirməmək” və onun sirlərini gələcək nəsillərə ötürmək üçün çalışır.
“Eşidilməyən səslər” layihəsi International Alert təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə işinin bir hissəsidir. Bu, münaqişəyə cəlb olunmuş icmaların jurnalistləri ilə işin və bu münaqişənin “nə müharibə, nə sülh” şəraitində yaşayan insanların həyatına necə təsir etdiyini göstərmək üçün onların birgə səylərinin nəticəsidir. Bu layihə həmin insanların səslərinin həm öz icmaları daxilində, həm də digər tərəfin cəmiyyətində eşidilməsinə şərait yaradır və bununla da düşmən obrazı arxasında gizlənən real insan simalarını oxuculara göstərməyə imkan verir.
Sözügedən layihə Avropa İttifaqının sayəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə Avropa Tərəfdaşlığı (EPNK) çərçivəsində həyata keçirilir.
Bu səhifədə yerləşdirilən materiallara görə məsuliyyəti jurnalistlər daşıyır , International Alert təşkilatının və donorların nöqteyi-nəzərini əks etdirməsi mütləq deyil. Bizim jurnalistlər buradakı etik məcəlləni əsas götürür.