Göy qutabı Qafqazda və ondan kənarda çox məşhur və geniş yayılmış təamlardan biridir. Müxtəlif xalqlarda onu müxtəlif cür adlandırsalar da, məğzi dəyişmir – xəmir, göyərti, sac və bacarıqlı əllər.
Bu dəfə təqdim etdiyimiz videoda bacarıqlı əllər bloqer Əsli Qəhrəmanlıya aiddir. O, özünün orijinal qoy qutabının hazırlanması qaydası ilə bölüşür.