Azərbaycan 14 fevralda: səngimiş mübahisələr və reallıq – VİDEO/FOTO
14 fevral – Sevgililər Günü Azərbaycanda həmişə sosial şəbəkə istifadəçiləri arasında qızğın mübahisələrlə yadda qalır. Cəmiyyət həmin gün ənənəvi olaraq iki qarşı cəbhələrə bölünür – Müqəddəs Valentin Gününün qeyd olunmasının tərəfdarları və əleyhdarlarına. Amma bu il bu mənzərə müşahidə olunmadı.
Koronavirus pandemiyasına görə uzunmüddətli karantin və hərbdən sonrakı dövr Azərbaycanda Sevgililər Gününün qeyd olunmasının lazımlı və ya lazımsız olması ətrafında mübahisələri ikinci plana atıb. Hər halda bütün əvvəlki illərdən fərqli olaraq bugün sosial şəbəkələrdə belə kəskin qarşıdurmalar yaşanmadı.
JAMnews bu günü qeyd edən cütlüklərin və gəclərdən ibarət qrupların da gözə dəydiyi Bakı küçələrindən fotosessiya və video hazırlayıb.