Bakı ən romantik şəhərlərdən biridir – Dubay saytı belə hesab edir
Azərbaycan Sevgililər Günündə getməyə dəyər ən romantik yerlərdən biridir. Dubayın “Tajawal” turizm portalı belə hesab edir.
“Azərbaycan öz uzun dolanbac küçələri, çox sayda butikləri və yerli məhsul satılan mağazaları, qəhvə və restoranları ilə Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşir. Ölkənin kosmopolit paytaxtı – Bakı şəhərində mədəniyyət və yeməklər Şərqlə Qərbin əsl qarışığıdır” – Travel Daily Media sitat gətirib.
Romantik səyahətlər üçün tövsiyə olunan beş məkan sırasına Gürcüstan, Maldivlər, Oman və Kipr də daxil edilib.
• Əlçatmaz Naxçıvan – Azərbaycanın ən qapalı regionu haqda hekayə